Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwhf məqalə 1
  • Qəzəbinizi necə cilovlaya bilərsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qəzəbinizi necə cilovlaya bilərsiniz?
  • Ailələrə komək
  • Başlıqlar
  • Oxşar material
  • Nəyi bilməlisiniz?
  • Nə edə bilərsiniz?
  • Müqəddəs Kitabda qəzəb haqda nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Emosional sağlamlıq
    Oyanın! 2019
Ailələrə komək
ijwhf məqalə 1
Qadın qabları yuduğu vaxtda ərinin televizora baxdığını görüb əsəbləşir

AİLƏLƏRƏ KÖMƏK

Qəzəbinizi necə cilovlaya bilərsiniz?

Həyat yoldaşınız sizi qəzəbləndirəcək söz və ya hərəkətə yol verir, siz isə qəzəbinizi gizlətməyə çalışırsınız. Amma həyat yoldaşınız nəyinsə düz getmədiyini sezir və məsələni araşdırmağa başlayır. Bu isə sizi daha da qıcıqlandırır. Belə vəziyyətdə qəzəbinizi necə cilovlaya bilərsiniz?

  • Nəyi bilməlisiniz?

  • Nə edə bilərsiniz?

Nəyi bilməlisiniz?

  • Qəzəblənmək səhhətinizə ziyan vura bilər. Tədqiqatçılar qeyd edir ki, qarşısı alınmayan qəzəb yüksək qan təzyiqi, ürək xəstəliyi, depressiya və həzm problemləri riskini artırır. Həmçinin qəzəb yuxusuzluqla, həddən artıq narahatçılıqla, dəri problemləri ilə və ifliclə nəticələnə bilər. Buna görə də Müqəddəs Kitabda deyilir: «Qəzəbi burax... çünki bu, ziyandan başqa heç nə gətirməz» (Zəbur 37:8, haşiyə).

  • Qəzəbi gizlətmək də zərərli ola bilər. Qəlbinizdə yuva salan qəzəb sizi daxildən didib-parçalayan bir xəstəlik kimi ola bilər. Məsələn, siz daha pessimist və tənqidyönlü olacaqsınız. Belə əhval-ruhiyyə həyatınızı ağırlaşdıra və nikahınıza ciddi zərər vura bilər.

Nə edə bilərsiniz?

  • Həyat yoldaşınızda müsbət xüsusiyyətlər axtarın. Həyat yoldaşınızda sizi heyran qoyan üç cəhəti yazın. Növbəti dəfə onun hansısa hərəkəti sizi qəzəbləndirərsə, aşkar etdiyiniz bu xüsusiyyətlər haqda düşünün. Bu, sizə qəzəbinizi cilovlamağa kömək edə bilər.

    Müqəddəs Kitab prinsipi: «Şükür edənlərdən olun» (Koloslulara 3:15).

    İşləri başından aşan qadın düşünür ki, əri ona ev işlərində kömək etməli, onu dinləməli və xəstələnəndə qayğısına qalmalıdır
  • Bağışlamaq xüsusiyyətini inkişaf etdirin. İlk öncə, hər şeyə həyat yoldaşınızın gözü ilə baxmağa çalışın. Bu, sizə anlayışlı olmağa, Müqəddəs Kitabın «bir-birinizin dərdinə şərik... olun» çağırışına hay verməyə kömək edəcək (1 Butrus 3:8). Sonra özünüzdən soruşun: «Bu o qədərmi ciddi məsələdir ki, bağışlaya bilmirəm?»

    Müqəddəs Kitab prinsipi: «Günahın üstündən keçmək insanın yaraşığıdır» (Məsəllər 19:11).

  • Hisslərinizi mülayimcəsinə və nəzakətlə ifadə edin. «Mən» sözünü istifadə edin. Məsələn, «Sən çox etinasızsan, harada olduğunu zəng edib xəbər vermirsən» deməkdənsə, «Mən elə narahat oluram ki, sən evə gecikəndə, düşünürəm, bəlkə, başına nəsə gəlib» deyin. Özünüzü mülayimcəsinə ifadə etmək qəzəbinizi cilovlamağa kömək edəcək.

    Müqəddəs Kitab prinsipi: «Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun» (Koloslulara 4:6).

  • Hörmətlə dinləyin. Hisslərinizi ifadə edəndən sonra həyat yoldaşınızın sözünü kəsmədən cavab verməsinə imkan verin. O, sözlərini bitirəndə dəqiqləşdirin görün dediklərini düzgün başa düşmüsünüz, ya yox. Sadəcə dinləmək qəzəbinizi cilovlamaqda böyük rol oynaya bilər.

    Müqəddəs Kitab prinsipi: «İnsan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19).

Tim və Cenifer

«Qəzəbinizi içinizdə saxlasanız, onda problem yenidən baş qaldıracaq və axır-əvvəl özünüzdən çıxacaqsınız. Yaxşı olar ki, problemi hörmətcil şəkildə müzakirə edəsiniz. Hər şeyi danışıb qurtarandan sonra bir-birimizə “gəl yenidən dost olaq” sözlərini demək elə xoşumuza gəlir ki!» (Cenifer və əri Tim).

Ceyd və Kori

«Həyat yoldaşımda sevdiyim cəhətlərdən biri məni həmişə dinləməsi və narahatçılıqlarımı başa düşməsidir. Hətta mənimlə razı olmasa belə, fikirlərimi nəzərə alır. Heç vaxt qoymur ki, keçirdiyim hisslərə görə özümü axmaq kimi hiss edim» (Ceyd və əri Kori).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş