Haşiyə
a Yunus peyğəmbərin Cəlilə bölgəsindən olması maraqlı məqamdır. Çünki fərisilər İsa peyğəmbər barədə təkəbbürlə belə sözlər demişdilər: «Axtarsan, görərsən ki, Cəlilədən peyğəmbər çıxmayacaq» (Yəh. 7:52). Bir çox tərcüməçilərin və tədqiqatçıların fikrincə, fərisilər Cəliləni əhəmiyyətsiz hesab etdikləri üçün düşünürdülər ki, oradan peyğəmbər çıxmayıb və çıxmayacaq. Bu cür düşünməklə fərisilər həm tarixi, həm də peyğəmbərliyi inkar edirdilər (Əşy. 9:1, 2).