Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Lavililər 21
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Lavililərin məzmunu

      • Kahinlər müqəddəs və pak olmalıdır (1—9)

      • Baş kahinin paklığı (10—15)

      • Kahinin bədənində qüsur olmamalıdır (16—24)

Lavililər 21:1

Çarpaz istinadlar

  • +Sy 19:14

Lavililər 21:5

Çarpaz istinadlar

  • +Qn 14:1
  • +Lav 19:27, 28

Lavililər 21:6

Çarpaz istinadlar

  • +Çx 29:44
  • +Lav 18:21; 19:12; 22:32
  • +Əş 52:11; 1Bt 1:15, 16

Lavililər 21:7

Çarpaz istinadlar

  • +Lav 19:29; Qn 24:1; Hz 44:22

Lavililər 21:8

Çarpaz istinadlar

  • +Çx 28:41
  • +Çx 28:36; Lav 11:45; 20:7, 8

Lavililər 21:9

Çarpaz istinadlar

  • +Lav 20:14

Lavililər 21:10

Çarpaz istinadlar

  • +Lav 8:12
  • +Çx 28:2; 29:29; Lav 16:32
  • +Yr 37:34; Lav 10:6

Lavililər 21:11

Çarpaz istinadlar

  • +Sy 6:7; 19:11, 14

Lavililər 21:12

Çarpaz istinadlar

  • +Lav 10:7
  • +Lav 8:12

Lavililər 21:13

Çarpaz istinadlar

  • +Hz 44:22

Lavililər 21:15

Çarpaz istinadlar

  • +Üz 9:2

Lavililər 21:20

Haşiyələr

  • *

    Digər variant: cılız.

  • *

    Ekzema.

Çarpaz istinadlar

  • +Qn 23:1

Lavililər 21:22

Çarpaz istinadlar

  • +Lav 22:10; Sy 18:19
  • +Lav 2:10; 6:14, 16; 24:8, 9; Sy 18:9

Lavililər 21:23

Çarpaz istinadlar

  • +Çx 30:6
  • +Çx 38:1
  • +Çx 25:8
  • +Çx 28:41

Digər

Lav. 21:1Sy 19:14
Lav. 21:5Qn 14:1
Lav. 21:5Lav 19:27, 28
Lav. 21:6Çx 29:44
Lav. 21:6Lav 18:21; 19:12; 22:32
Lav. 21:6Əş 52:11; 1Bt 1:15, 16
Lav. 21:7Lav 19:29; Qn 24:1; Hz 44:22
Lav. 21:8Çx 28:41
Lav. 21:8Çx 28:36; Lav 11:45; 20:7, 8
Lav. 21:9Lav 20:14
Lav. 21:10Lav 8:12
Lav. 21:10Çx 28:2; 29:29; Lav 16:32
Lav. 21:10Yr 37:34; Lav 10:6
Lav. 21:11Sy 6:7; 19:11, 14
Lav. 21:12Lav 10:7
Lav. 21:12Lav 8:12
Lav. 21:13Hz 44:22
Lav. 21:15Üz 9:2
Lav. 21:20Qn 23:1
Lav. 21:22Lav 22:10; Sy 18:19
Lav. 21:22Lav 2:10; 6:14, 16; 24:8, 9; Sy 18:9
Lav. 21:23Çx 30:6
Lav. 21:23Çx 38:1
Lav. 21:23Çx 25:8
Lav. 21:23Çx 28:41
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
Müqəddəs Kitab
Lavililər 21:1—24

Lavililər

21 Yehova Musaya dedi: «Kahinlərə, Harunun oğullarına belə de: “Sizlərdən heç kim xalqın adamlarından kiminsə meyitinə görə özünü murdarlamamalıdır.+ 2 Ancaq ölən qan qohumunuza: ananıza, atanıza, oğul və qızınıza, qardaşınıza 3 və sizinlə bir yerdə yaşayan subay, bakirə bacınıza görə özünüzü murdarlaya bilərsiniz. 4 Soydaşlarınızdan kimdəsə ərdə olan qadına görə özünüzü murdarlayıb ləkələməməlisiniz. 5 Başınızı keçəl etməyin,+ saqqalınızın qıraqlarını qırxmayın, bədəninizdə yara açmayın.+ 6 Siz Allahınızın gözündə müqəddəs olmalı,+ Allahınızın adını ləkələməməlisiniz,+ çünki sizlər Yehovaya məxsus yandırma təqdimələrini, Allahınızın çörəyini təqdim edirsiniz. Siz müqəddəs olmalısınız.+ 7 Fahişə ilə, ləkələnmiş və ya boşanmış qadınla evlənməməlisiniz,+ çünki kahin Allahın gözündə müqəddəsdir. 8 Kahin müqəddəs olmalıdır,+ çünki o, Allahınızın çörəyini təqdim edir. O, sizin üçün müqəddəs olmalıdır, çünki Mən, sizi müqəddəs edən Yehova, müqəddəsəm.+

9 Fahişəlik edib özünü ləkələyən kahin qızı atasının adına ləkə gətirmiş olur. Belə qız yandırılmalıdır.+

10 Qardaşları arasından başına məsh yağı tökülüb+ vəzifəyə təyin olunan, kahin paltarlarını+ geyinən baş kahinin saçı dağınıq olmamalıdır və o, yaxasını cırmamalıdır.+ 11 Baş kahin heç bir ölüyə yaxın getməməlidir.+ Ölən hətta atası və ya anası olsa belə, özünü murdarlamamalıdır. 12 O, müqəddəs məkanı tərk etməməli və Allahının müqəddəs məkanını ləkələməməlidir,+ çünki həsr nişanı, Allahının məsh yağı onun üzərindədir.+ Mən Yehovayam.

13 Baş kahinin aldığı qız bakirə olmalıdır.+ 14 O, dul, boşanmış, ləkələnmiş və ya fahişə qadın almamalıdır. Öz xalqından olan bakirə qızla evlənməlidir. 15 O, xalqı içində öz övladlarını ləkələməməlidir,+ çünki Mən Yehovayam, onu müqəddəs edən Allah”».

16 Yehova sözünə davam edərək Musaya dedi: 17 «Haruna belə söylə: “Sənin gələcək nəslindən qüsuru olan heç bir kəs Allahın çörəyini təqdim etmək üçün qurbangaha yaxınlaşmasın. 18 Qüsuru olan adam oraya yaxınlaşmasın: nə kor, nə axsaq, nə sifəti eybəcər hala düşmüş, nə əl-ayağının biri uzun, biri qısa olan, 19 nə ayağı və ya qolu sınıq olan, 20 nə qozbel, nə cırtdanboy*, nə gözündə qüsur olan, nə sövdalı* və ya dəmrovlu, nə də ki xayaları zədələnmiş.+ 21 Kahin Harunun nəslindən qüsuru olan heç bir kəs Yehovaya məxsus yandırma təqdiməsi gətirmək üçün qurbangaha yaxınlaşmasın. Qüsuru olduğuna görə o, Allahının çörəyini təqdim etmək üçün oraya yaxınlaşmamalıdır. 22 O, Allahının çörəyindən — müqəddəs yeməklərdən+ və son dərəcə müqəddəs yeməklərdən yeyə bilər.+ 23 Lakin pərdəyə+ və qurbangaha+ yaxınlaşmamalıdır, çünki qüsurludur. O, Mənim müqəddəs məkanımı+ ləkələməməlidir, çünki Mən Yehovayam, onları müqəddəs edən+ Allah”».

24 Musa Harunla oğullarına və bütün israillilərə bu sözləri çatdırdı.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş