İkinci Salnamələr
2 Süleyman Yehovanın adına ev+ və özü üçün saray tikmək barədə fərman verdi.+ 2 Süleyman 70 000 fəhlə, dağlarda daş kəsmək üçün 80 000 işçi+ və bütün bu adamlara nəzarət etmək üçün 3600 nəzarətçi seçdi.+ 3 Sonra o, Sur padşahı Hirama+ xəbər göndərdi: «Atam Davudla əlaqələriniz sıx idi. O, özünə ev tikəndə ona sidr tirləri göndərmişdin.+ 4 İndi mən Allahım Yehovaya həsr etmək üçün Onun adına ev tikirəm. İstəyirəm ki, hər səhər-axşam,+ şənbə günlərində,+ təzə ay mərasimlərində+ və Allahımız Yehovanın bayramlarında+ orada, Allahın önündə ətirli buxur yandırım,+ hüzur çörəyi+ qoyum və yandırma qurbanları təqdim edim. Bu, İsrail üçün əbədi qaydadır. 5 Tikdiyim ev böyük olacaq, çünki bizim Allahımız bütün allahlardan ucadır. 6 Onun üçün ev tikməyə kimin gücü çatar? O, göylərə, göylərin göyünə sığmaz.+ Mən kiməm ki, Onun üçün ev tikim. Təkcə önündə qurban tüstüsü təqdim etmək üçün ev tikə bilərəm. 7 Mənə qızıl, gümüş, mis,+ dəmir, bənövşəyi yun, tünd-qırmızı, göy ipliklə işləməyi bacaran, həkkaklıq sənətindən başı çıxan sənətkar göndər. O, Yəhuda və Yerusəlimdə atam Davudun ixtiyarıma verdiyi sənətkarlarla birlikdə işləyər.+ 8 Mənə Livandan sidr, ardıc+ və səndəl+ tirləri göndər. Mən bilirəm ki, sənin xidmətçilərin Livan ağacları kəsməyi bacarırlar.+ Mənim xidmətçilərim səninkilərlə birlikdə işləyib+ 9 mənim üçün çoxlu tir hazırlayar, çünki tikdiyim ev çox böyük olacaq. 10 Mən isə sənin xidmətçilərini, ağac kəsənləri ərzaqla təmin edərəm.+ Onlara 20 000 kor* buğda, 20 000 kor arpa, 20 000 bat* şərab və 20 000 bat yağ verərəm».
11 Sur padşahı Hiram Süleymana namə göndərdi: «Yehova Öz xalqını sevdiyi üçün səni onların padşahı edib». 12 Ardınca belə dedi: «Yeri-göyü yaradan İsrailin Allahı Yehovaya alqış olsun! O, Davud padşaha ağıllı, hikmətli, dərrakəli oğul verib!+ Bu oğul Yehova üçün ev tikəcək, padşah sarayı inşa edəcək. 13 Budur, sənə bacarıqlı, işinin ustası olan Hiramabini göndərirəm.+ 14 O, danlı qadının oğludur. Atası surludur. Qızıl, gümüş, mis, dəmir, daş, tir, bənövşəyi yun, tünd-qırmızı və göy iplik, zərif parça ilə işləməyi bacarır,+ həkkaklığın hər sirrinə bələddir, əlindən hər iş gəlir.+ O, sənin və atanın, ağam Davudun bacarıqlı sənətkarları ilə birgə işləyər. 15 Qoy ağam da söz verdiyi kimi, xidmətçilərinə buğda, arpa, yağ, şərab göndərsin.+ 16 Biz də sənə lazım olan qədər Livan ağacları kəsib göndərərik.+ Onları salların üstündə dəniz yolu ilə Yaffaya gətirərik,+ sən də oradan Yerusəlimə apararsan».+
17 Süleyman atası Davud kimi, İsraildə yaşayan bütün yadelliləri saydı.+ Onların sayı 153 600 nəfər idi. 18 Süleyman onların 70 000 nəfərini fəhlə, 80 000 nəfərini dağlarda daş kəsən,+ 3600 nəfərini isə bu işçilərə nəzarətçi qoydu.+