İkinci Salnamələr
3 Süleyman Yerusəlimdə, Yehovanın Davuda göründüyü Muriyyə dağında+ Yehova üçün məbəd tikməyə başladı.+ Atası Davud burada, yəbusi Ornanın xırmanında yer hazırlamışdı.+ 2 O, hakimiyyətinin dördüncü ilində, ikinci ayın ikinci günü tikinti işinə başladı. 3 Süleyman qədim ölçü vahidilə 60 qulac* uzunluğunda, 20 qulac enində+ Allahın evinin təməlini qoydu. 4 Evin qarşısındakı eyvanın uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, hündürlüyü 20* idi. Onun içini xalis qızılla örtdü.+ 5 Əsas otağı ardıc ağacı ilə örtüb üstünə xalis qızıl çəkdi,+ üzərini xurma ağacı+ və zəncir təsvirləri ilə bəzədi.+ 6 Sonra məbədi gözəl, qiymətli daşlarla bəzədi.+ İşlətdiyi qızıl+ Pərvayimdən gətirilmişdi. 7 O, məbədi, tirləri, kandarı, divarları və qapıları qızılla örtdü,+ divarların üstündə kərrub təsvirləri oydu.+
8 O, Ən müqəddəs yeri düzəltdi.+ Onun uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, eni 20 qulac idi. Oranı 600 talant* xalis qızılla örtdü.+ 9 Mıxlar üçün ayrılmış qızılın çəkisi 50 şekel* idi. Üst otaqları da qızılla örtdü.
10 Sonra o, Ən müqəddəs yerdə iki kərrub düzəltdi və üstlərini qızılla örtdü.+ 11 Kərrubların qanadlarının+ ümumi uzunluğu 20 qulac idi. Birinci kərrubun bir qanadı 5 qulac idi və divara dəyirdi. O biri qanadı da 5 qulac idi və o biri kərrubun qanadına dəyirdi. 12 İkinci kərrubun bir qanadı 5 qulac idi və o biri divara dəyirdi. O biri qanadı da 5 qulac idi və birinci kərrubun qanadına dəyirdi. 13 Kərrubların qanadları 20 qulac uzunluğunda açılmışdı. Onlar ayaq üstə idi və üzləri Müqəddəs yerə baxırdı.
14 O həmçinin tünd-qırmızı və göy iplikdən, bənövşəyi yundan, zərif parçadan pərdə+ tikdi və üzərində kərrub təsvirləri işlədi.+
15 Daha sonra məbədin qabağında iki sütun düzəltdi.+ Sütunların hündürlüyü 35 qulac, üstlərindəki sütun başlıqlarının hər biri 5 qulac idi.+ 16 O, boyunbağıya bənzər zəncirlər düzəldib sütun başlıqlarına qoydu, həmçinin 100 nar düzəldib zəncirlərə bərkitdi. 17 Sütunları məbədin qarşısına, birini sağ tərəfə, o birini sol tərəfə qoydu. Sağdakına Yakin*, soldakına Buəz* adını verdi.