Ərəmya
24 Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yəhyakim+ oğlu Yəkunyanı*+, Yəhuda əmirlərini, sənətkarları, dəmirçiləri* Yerusəlimdən Babilə sürgün etdi.+ Bundan sonra Yehova mənə iki səbət əncir göstərdi. Səbətlər Yehovanın məbədinin qarşısında idi. 2 Səbətin birində olan əncirlər ilk məhsul kimi çox yaxşı idi. O biri səbətdəki əncirlər isə elə xarab idi ki, yeməyə yaramırdı.
3 Yehova məndən soruşdu: «Ərəmya, nə görürsən?» Mən dedim: «Əncir görürəm. Yaxşı əncir çox yaxşıdır, xarab əncir isə elə xarabdır ki, yeməyə yaramır».+
4 Onda mənə Yehovanın sözü nazil oldu: 5 «İsrailin Allahı Yehova belə deyir: “Bu yerdən Kəldan ölkəsinə sürgün etdiyim adamlar nəzərimdə yaxşı əncir kimi olacaq. 6 Onların rifahı naminə gözüm həmişə üstlərində olacaq. Onları bu ölkəyə qaytaracağam.+ Onları dirçəldəcəyəm, yıxmayacağam, əkəcəyəm, qoparmayacağam.+ 7 Onlara elə ürək verəcəyəm ki, Mənim Yehova olduğumu bilsinlər.+ Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı.+ Çünki onlar bütün qəlblərilə Mənə dönəcəklər.+
8 Yeməyə yaramayan xarab əncirlər+ barədə isə Yehova deyir: “Yəhuda padşahı Sidqiyyəyə+, onun əyanlarına, Yerusəlim əhlindən sağ qalıb bu ölkədə və Misir diyarında yaşayanlara+ bu əncirlər kimi baxacağam. 9 Onların başına elə müsibət gətirəcəyəm ki, dünyanın bütün səltənətləri dəhşətə gələcək.+ Səpələdiyim hər yerdə onları rüsvay edəcəyəm, zərbi-məsələ çevirəcəyəm. Onları məsxərəyə qoyacaqlar, lənətləyəcəklər.+ 10 Üstlərinə qılınc,+ aclıq, azar+ göndərib onları ata-babalarına və onlara verdiyim torpaqdan yox edəcəyəm”».