Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 34
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Sidqiyyəyə hökm xəbəri (1—7)

      • Qulları azad etmə qanunu pozulur (8—22)

Ərəmya 34:1

Çarpaz istinadlar

  • +2Pd 25:1; Ər 32:2; 39:1; 52:4

Ərəmya 34:2

Çarpaz istinadlar

  • +2Sm 36:11; Ər 37:1
  • +Ər 21:10; 32:28, 29; 39:8

Ərəmya 34:3

Çarpaz istinadlar

  • +Ər 37:17; 39:5
  • +2Pd 25:6, 7; Hz 12:13

Ərəmya 34:5

Çarpaz istinadlar

  • +Hz 17:16

Ərəmya 34:7

Çarpaz istinadlar

  • +Mi 1:13
  • +Yş 15:20, 35
  • +Ər 4:5

Ərəmya 34:8

Çarpaz istinadlar

  • +Çx 21:2

Ərəmya 34:13

Çarpaz istinadlar

  • +Çx 13:3
  • +Çx 24:7

Ərəmya 34:14

Haşiyələr

  • *

    Hərfən: qardaşınızı.

Çarpaz istinadlar

  • +Çx 21:2; Lav 25:10, 39—42; Qn 15:12

Ərəmya 34:16

Çarpaz istinadlar

  • +Lav 19:12

Ərəmya 34:17

Çarpaz istinadlar

  • +Çx 21:2; Lav 25:10
  • +2Pd 25:3; Ər 21:7
  • +Ər 15:2, 4; 29:18

Ərəmya 34:18

Çarpaz istinadlar

  • +Yr 15:10, 17

Ərəmya 34:20

Çarpaz istinadlar

  • +Qn 28:26; Zb 79:2; Ər 16:4

Ərəmya 34:21

Çarpaz istinadlar

  • +Ər 37:5
  • +2Pd 25:6, 7; Mrs 4:20

Ərəmya 34:22

Çarpaz istinadlar

  • +2Pd 25:9, 10; Ər 32:29; 39:8
  • +Lav 26:33; Ər 44:2

Digər

Ərm. 34:12Pd 25:1; Ər 32:2; 39:1; 52:4
Ərm. 34:22Sm 36:11; Ər 37:1
Ərm. 34:2Ər 21:10; 32:28, 29; 39:8
Ərm. 34:3Ər 37:17; 39:5
Ərm. 34:32Pd 25:6, 7; Hz 12:13
Ərm. 34:5Hz 17:16
Ərm. 34:7Mi 1:13
Ərm. 34:7Yş 15:20, 35
Ərm. 34:7Ər 4:5
Ərm. 34:8Çx 21:2
Ərm. 34:13Çx 13:3
Ərm. 34:13Çx 24:7
Ərm. 34:14Çx 21:2; Lav 25:10, 39—42; Qn 15:12
Ərm. 34:16Lav 19:12
Ərm. 34:17Çx 21:2; Lav 25:10
Ərm. 34:172Pd 25:3; Ər 21:7
Ərm. 34:17Ər 15:2, 4; 29:18
Ərm. 34:18Yr 15:10, 17
Ərm. 34:20Qn 28:26; Zb 79:2; Ər 16:4
Ərm. 34:21Ər 37:5
Ərm. 34:212Pd 25:6, 7; Mrs 4:20
Ərm. 34:222Pd 25:9, 10; Ər 32:29; 39:8
Ərm. 34:22Lav 26:33; Ər 44:2
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
Müqəddəs Kitab
Ərəmya 34:1—22

Ərəmya

34 Babil padşahı Navuxodonosor qoşunları ilə, tabeliyindəki padşahlıqlarla və bütün xalqlarla Yerusəlimə və onun bütün şəhərlərinə qarşı döyüşdüyü vaxt Ərəmyaya Yehovanın sözü nazil oldu:+

2 «İsrailin Allahı Yehova belə deyir: “Get, Yəhuda padşahı Sidqiyyəyə+ söylə ki, Yehovanın sözü budur: “Bu şəhəri Babil padşahına təslim edirəm. O, şəhərə od vuracaq.+ 3 Sən onun əlindən qurtula bilməyəcəksən. Səni tutub ona təslim edəcəklər.+ Babil padşahı səninlə üz-üzə, göz-gözə danışacaq. Sən Babilə gedəcəksən”.+ 4 Amma sən, ey Yəhuda padşahı Sidqiyyə, Yehovanın sözünü eşit. Yehova sənin haqqında deyir: “Sən qılıncla ölməyəcəksən. 5 Öz əcəlinlə öləcəksən.+ Ata-babaların üçün, səndən əvvəl olan padşahlar üçün buxur yandırdıqları kimi, sənin üçün də buxur yandıracaqlar. “Vay padşahımız” deyib səni ağlayacaqlar. Bunu Mən deyirəm” — bəyan edir Yehova”».

6 Ərəmya peyğəmbər bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyyəyə söylədi. 7 Həmin vaxt Babil padşahının qoşunları Yerusəlimə və Yəhudanın işğal olunmamış şəhərlərinə, Lahişə+ və Əzqaya+ qarşı döyüşürdü.+ Yəhudanın işğal olunmamış qala-şəhərlərindən təkcə bunlar qalmışdı.

8 Ərəmyaya Yehovanın sözü nazil oldu. Bundan əvvəl Sidqiyyə padşah Yerusəlim sakinləri ilə onları köləlikdən azad etmək barədə əhd bağlamışdı.+ 9 Əhdə görə hər kəs öz ibrani qulunu və qarabaşını azad etməli idi, yəhudi soydaşını köləlikdə saxlamamalı idi. 10 Bütün başçılar və xalq bu əhdə tabe olmuşdu. Hər kəs qul-qarabaşını azad etmək, onları köləlikdə saxlamamaq barədə bağlanan əhdi qəbul etmişdi, əhdə tabe olub onları buraxmışdı. 11 Lakin sonra azad etdikləri qul-qarabaşları geri qaytarıb yenidən kölə etmişdilər. 12 Odur ki, Ərəmyaya Yehovanın sözü nazil oldu. Yehova dedi:

13 «İsrailin Allahı Yehova belə deyir: “Ata-babalarınızı Misir diyarından, köləlik evindən çıxardığım gün+ onlarla əhd bağlayıb demişdim:+ 14 “Yeddinci ilin sonunda özünü qul kimi sizə satan və altı il sizə xidmət edən ibrani soydaşınızı* buraxmalısınız, onu azad etməlisiniz”.+ Amma ata-babalarınız Məni eşitmədilər, Mənə qulaq asmadılar. 15 Bir müddət əvvəl siz soydaşlarınızı azad etməklə pis yolunuzdan dönüb bəyəndiyim işi gördünüz. Adımı daşıyan evdə önümdə əhd bağladınız. 16 Amma sonra fikrinizi dəyişdiniz, istəklərinə görə azad etdiyiniz qul-qarabaşları geri qaytarıb yenidən kölə etdiniz. Və Mənim adımı ləkələdiniz”.+

17 Ona görə də Yehova belə deyir: “Siz Mənə itaət etmədiniz, qardaşlarınızı, soydaşlarınızı azadlığa buraxmadınız.+ Amma Mən sizi azad buraxacağam, qılınc, azar, aclıq ağzına verəcəyəm.+ Dünyanın bütün səltənətləri sizə baxıb dəhşətə gələcək,+ — bəyan edir Yehova. — 18 Dananı şaqqalayıb şaqqaları arasından keçərək önümdə bağladıqları əhdi+ pozan, əhdimə xilaf çıxan kəslərin, 19 dana şaqqalarının arasından keçən Yəhuda və Yerusəlim başçılarının, saray məmurlarının, kahinlərin, bütün ölkə sakinlərinin aqibəti belə olacaq: 20 onları düşmənlərə, canlarının qəsdinə duranlara təslim edəcəyəm, meyitləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq.+ 21 Yəhuda padşahı Sidqiyyəni və əyanlarını geri çəkilən düşmənlərinə,+ canlarının qəsdinə duranlara, Babil padşahının qoşunlarına təslim edəcəyəm”.+

22 “Fərman verib onları bu şəhərə geri gətirəcəyəm. Onlar döyüşüb bu şəhəri ələ keçirəcək, ona od vuracaqlar.+ Yəhuda şəhərlərini xaraba, kimsəsiz qoyacağam”,+ — bəyan edir Yehova».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş