Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 35
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Rəhablıların itaətkarlığı (1—19)

Ərəmya 35:1

Çarpaz istinadlar

  • +2Pd 23:34; 2Sm 36:5; Dn 1:1

Ərəmya 35:2

Çarpaz istinadlar

  • +2Pd 10:15; 1Sm 2:55

Ərəmya 35:6

Çarpaz istinadlar

  • +2Pd 10:15

Ərəmya 35:11

Çarpaz istinadlar

  • +2Sm 36:5, 6; Dn 1:1

Ərəmya 35:13

Çarpaz istinadlar

  • +Ər 32:33

Ərəmya 35:14

Çarpaz istinadlar

  • +Ər 35:8
  • +2Sm 36:15, 16; Nə 9:26, 30; Ər 25:3

Ərəmya 35:15

Çarpaz istinadlar

  • +Ər 7:24, 25
  • +Əş 1:16; Ər 25:5; Hz 18:30; Hş 14:1
  • +Ər 7:5—7

Ərəmya 35:16

Çarpaz istinadlar

  • +Ər 35:8

Ərəmya 35:17

Çarpaz istinadlar

  • +Qn 28:15; 29:26, 27; Yş 23:15, 16; 2Pd 23:27
  • +Əş 65:12; 66:4; Ər 7:13, 14

Digər

Ərm. 35:12Pd 23:34; 2Sm 36:5; Dn 1:1
Ərm. 35:22Pd 10:15; 1Sm 2:55
Ərm. 35:62Pd 10:15
Ərm. 35:112Sm 36:5, 6; Dn 1:1
Ərm. 35:13Ər 32:33
Ərm. 35:14Ər 35:8
Ərm. 35:142Sm 36:15, 16; Nə 9:26, 30; Ər 25:3
Ərm. 35:15Ər 7:24, 25
Ərm. 35:15Əş 1:16; Ər 25:5; Hz 18:30; Hş 14:1
Ərm. 35:15Ər 7:5—7
Ərm. 35:16Ər 35:8
Ərm. 35:17Qn 28:15; 29:26, 27; Yş 23:15, 16; 2Pd 23:27
Ərm. 35:17Əş 65:12; 66:4; Ər 7:13, 14
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
Müqəddəs Kitab
Ərəmya 35:1—19

Ərəmya

35 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ dövründə Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Rəhablıların+ evinə get və onlarla danış. Onları Yehovanın məbədinə, yemək otaqlarından birinə gətir və onlara içməyə şərab ver».

3 Mən Həbəzzinyə oğlu Ərəmyanın oğlu Əzniyanı, onun qardaşlarını, oğullarını, rəhablıların bütün nəslini 4 Yehovanın məbədinə gətirdim. Onları Allah adamı İqdiyal oğlu Hənanın oğullarının yemək otağına apardım. Bu otaq qapıçı Səllum oğlu Məseyyənin yemək otağının üstündə yerləşən başçıların yemək otağı ilə yanbayan idi. 5 Mən şərabla dolu piyalələri və camları rəhablıların qarşısına qoyub dedim: «Şərab için».

6 Amma onlar dedilər: «Biz şərab içmirik. Çünki əcdadımız Rəhab oğlu Yəhunədab+ bizə buyurub: “Nə siz, nə də oğullarınız heç vaxt şərab içməyin, 7 ev tikməyin, toxum səpməyin, üzüm bağı salmayın, ona sahib olmayın. Ömrü boyu çadırlarda yaşayın. Belə edin ki, qərib kimi yaşadığınız diyarda çox yaşayasınız”. 8 Biz əcdadımız Rəhab oğlu Yəhunədabın əmr etdiyi hər şeyə tabe oluruq. Nə özümüz, nə arvadlarımız, nə oğullarımız, nə də qızlarımız şərab içmirik, 9 ev tikib orada yaşamırıq, üzüm bağlarımız, tarlalarımız yoxdur, toxum səpmirik. 10 Çadırlarda yaşayırıq, əcdadımız Yəhunədabın əmrinə tabe oluruq. 11 Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edəndə+ biz dedik: “Gəlin kəldanilərin və aramilərin qoşunlarından canımızı qurtarıb Yerusəlimə gedək”. Ona görə indi Yerusəlimdə yaşayırıq».

12 Bu zaman Ərəmyaya Yehovanın sözü nazil oldu: 13 «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Get, Yəhuda camaatına və Yerusəlim əhlinə söylə: “Mən dönə-dönə sizə əmr etməmişəm ki, sözlərimə tabe olun?+ — bəyan edir Yehova. — 14 Rəhab oğlu Yəhunədab övladlarına şərab içməməyi buyurub, onlar da onun əmrinə itaət edirlər. Bu günə kimi şərab içmirlər, əcdadlarının əmrinə tabe olurlar.+ Amma Mən dəfələrlə sizinlə danışsam da, siz Mənə tabe olmursunuz.+ 15 Peyğəmbər qullarımı dönə-dönə sizin yanınıza göndərib+ demişəm: “Dönün pis yolunuzdan,+ saleh əməllər görün. Başqa allahlara ibadət etməyin, qulluq etməyin. Onda sizə və ata-babalarınıza verdiyim torpaqda yaşayarsınız”.+ Amma siz qulaq asmadınız, Məni eşitmədiniz. 16 Rəhab oğlu Yəhunədabın övladları əcdadlarının əmrinə tabe olur,+ amma bu xalq Mənə qulaq asmır”».

17 «Odur ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Budur, söylədiyim bəlanı Yəhuda və Yerusəlim sakinlərinin başına gətirəcəyəm.+ Çünki Mən onlarla danışdım, onlarsa qulaq asmadılar. Onları çağırdım, hay vermədilər”».+

18 Ərəmya rəhablılara dedi: «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Siz ki əcdadınız Yəhunədabın əmrinə tabe olursunuz, onun heç bir sözündən çıxmırsınız, dediyi hər sözü yerinə yetirirsiniz, 19 ona görə də İsrailin Allahı, ordular Allahı Yehova belə söyləyir: “Rəhab oğlu Yəhunədabın övladları daim hüzurumda xidmət edəcək”».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş