Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 37
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Kəldanilər müvəqqəti geri çəkilir (1—10)

      • Ərəmya zindana salınır (11—16)

      • Sidqiyyənin Ərəmya ilə görüşü (17—21)

        • Ərəmya çörəklə təmin olunur (21)

Ərəmya 37:1

Çarpaz istinadlar

  • +2Pd 24:12; Ər 22:24
  • +2Pd 24:17—19; 1Sm 3:15
  • +2Sm 36:10—12

Ərəmya 37:3

Çarpaz istinadlar

  • +Ər 38:1, 4
  • +2Pd 25:18, 21; Ər 21:1, 2; 29:25

Ərəmya 37:4

Çarpaz istinadlar

  • +Ər 37:15

Ərəmya 37:5

Çarpaz istinadlar

  • +Hz 17:15
  • +Ər 34:21

Ərəmya 37:7

Çarpaz istinadlar

  • +Ər 17:5; Mrs 4:17; Hz 17:17

Ərəmya 37:8

Çarpaz istinadlar

  • +Ər 32:29; 34:22; 39:8

Ərəmya 37:10

Çarpaz istinadlar

  • +Ər 21:4

Ərəmya 37:11

Çarpaz istinadlar

  • +Ər 34:21

Ərəmya 37:12

Çarpaz istinadlar

  • +Ər 1:1

Ərəmya 37:15

Çarpaz istinadlar

  • +Ər 26:11; 38:4
  • +Ər 20:2; İb 11:32, 36

Ərəmya 37:17

Çarpaz istinadlar

  • +Ər 38:14
  • +Ər 21:7; 24:8; 34:21; Hz 12:12, 13

Ərəmya 37:19

Çarpaz istinadlar

  • +Ər 14:13; 23:16, 17; 27:14; 28:1, 2; Mrs 2:14

Ərəmya 37:20

Çarpaz istinadlar

  • +Ər 37:15
  • +Ər 26:15; 38:8, 9

Ərəmya 37:21

Çarpaz istinadlar

  • +Nə 3:25; Ər 32:2; 33:1; 38:13, 28
  • +2Pd 25:3; Ər 38:9
  • +1Pd 17:6

Digər

Ərm. 37:12Pd 24:12; Ər 22:24
Ərm. 37:12Pd 24:17—19; 1Sm 3:15
Ərm. 37:12Sm 36:10—12
Ərm. 37:3Ər 38:1, 4
Ərm. 37:32Pd 25:18, 21; Ər 21:1, 2; 29:25
Ərm. 37:4Ər 37:15
Ərm. 37:5Hz 17:15
Ərm. 37:5Ər 34:21
Ərm. 37:7Ər 17:5; Mrs 4:17; Hz 17:17
Ərm. 37:8Ər 32:29; 34:22; 39:8
Ərm. 37:10Ər 21:4
Ərm. 37:11Ər 34:21
Ərm. 37:12Ər 1:1
Ərm. 37:15Ər 26:11; 38:4
Ərm. 37:15Ər 20:2; İb 11:32, 36
Ərm. 37:17Ər 38:14
Ərm. 37:17Ər 21:7; 24:8; 34:21; Hz 12:12, 13
Ərm. 37:19Ər 14:13; 23:16, 17; 27:14; 28:1, 2; Mrs 2:14
Ərm. 37:20Ər 37:15
Ərm. 37:20Ər 26:15; 38:8, 9
Ərm. 37:21Nə 3:25; Ər 32:2; 33:1; 38:13, 28
Ərm. 37:212Pd 25:3; Ər 38:9
Ərm. 37:211Pd 17:6
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
Müqəddəs Kitab
Ərəmya 37:1—21

Ərəmya

37 Yəhyakim oğlu Künyahın+ yerinə Yuşiyyə oğlu Sidqiyyə+ hakimiyyətə gəldi. Onu Babil padşahı Navuxodonosor Yəhuda torpağına padşah qoymuşdu.+ 2 Amma nə o, nə xidmətçiləri, nə də ölkə xalqı Yehovanın Ərəmya peyğəmbər vasitəsilə dediyi sözlərə qulaq asmırdı.

3 Sidqiyyə padşah Şələmya oğlu Yəhuqalı+, kahin Məseyyə oğlu Səfənyanı+ Ərəmya peyğəmbərin yanına göndərib ondan xahiş etdi: «Bizdən ötrü Allahımız Yehovaya dua et». 4 O zaman Ərəmya camaatın içində sərbəst gəzib-dolaşırdı, hələ zindana salınmamışdı.+ 5 Bu vaxt fironun ordusu Misirdən yola düşmüşdü.+ Yerusəlimi mühasirəyə alan kəldanilər də bu xəbəri eşidib geri çəkilmişdilər.+ 6 Ərəmya peyğəmbərə Yehovanın sözü nazil oldu: 7 «İsrailin Allahı Yehova belə deyir: “Mənə müraciət etmək üçün sizi Mənim yanıma göndərən Yəhuda padşahına söyləyin: “Sizə köməyə gələn fironun ordusu öz ölkəsinə, Misirə qayıtmalı olacaq.+ 8 Kəldanilər isə geri qayıdıb bu şəhərə qarşı döyüşəcək. Şəhəri istila edib yandıracaq”.+ 9 Yehova belə deyir: “Kəldanilər çıxıb gedəcək” deyib özünüzü aldatmayın. Onlar çıxıb getməyəcəklər. 10 Hətta sizinlə döyüşən kəldanilərin bütün qoşunlarını darmadağın etsəniz, təkcə yaralılar qalsa belə, yenə də onlar çadırlarından çıxıb bu şəhəri yandıracaq”».+

11 Kəldanilərin ordusu fironun qoşunlarına görə Yerusəlimdən geri çəkiləndə+ 12 Ərəmya öz xalqı arasında payını almaq üçün Yerusəlimdən Binyamin torpağına yola düşdü.+ 13 Amma Binyamin darvazasına çatanda keşikçibaşı Hənaniyyə oğlu Şələmyanın oğlu İryah Ərəmya peyğəmbəri tutub dedi: «Sən kəldanilərin tərəfinə keçmək istəyirsən». 14 Ərəmya dedi: «Yalandır. Mən kəldanilərin tərəfinə keçmirəm!» Amma İryah Ərəmyaya qulaq asmadı, onu tutub əyanların yanına gətirdi. 15 Əyanlar qəzəblənib Ərəmyanı döydülər+ və katib Yəhunatanın evində dustaq etdilər.+ Çünki o evi zindan etmişdilər. 16 Ərəmyanı zindandakı hücrələrdən birinə saldılar. O, uzun müddət orada qaldı.

17 Sonra Sidqiyyə padşah onun dalınca adam göndərdi. Padşah sarayda xəlvətdə onu sorğu-suala tutdu.+ Ondan soruşdu: «Yehovadan sənə bir söz nazil olub?» Ərəmya: «Olub! — deyə cavab verdi və ardınca dedi, — sən Babil padşahına təslim ediləcəksən!»+

18 Sonra Ərəmya Sidqiyyə padşaha dedi: «Sənə, xidmətçilərinə, bu xalqa qarşı nə günah iş tutmuşam ki, məni zindana salmısınız? 19 “Babil padşahı sizin, bu ölkənin üstünə gəlməyəcək” deyən peyğəmbərləriniz indi haradadır?+ 20 Ey padşah, rica edirəm, mənə qulaq as. Nə olar, diləyimi yerinə yetir. Məni katib Yəhunatanın evinə geri qaytarma,+ qoyma orada ölüm».+ 21 Onda Sidqiyyə padşah əmr etdi ki, Ərəmyanı Keşikçi həyətində həbsdə saxlasınlar.+ Şəhərdə çörək qurtaranacan+ ona hər gün çörəkçilər həyətindən bir kömbə çörək gətirirdilər.+ Beləliklə, Ərəmya Keşikçi həyətində qaldı.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş