Ərəmya
39 Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin doqquzuncu ilində, onuncu ayda Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimə yürüş etdi və şəhəri mühasirəyə aldı.+
2 Onlar Sidqiyyənin hakimiyyətinin on birinci ilində, dördüncü ayın doqquzuncu günündə şəhər divarlarını sındırdılar.+ 3 Babil padşahının əyanları — samqar* Nerqal-Şarasar, rəbsaris* Nəbu-Sərsəkim, rəbmaq* Nerqal-Şarasar və Babil padşahının digər əyanları şəhərə girib Orta darvazada əyləşdilər.+
4 Yəhuda padşahı Sidqiyyə ilə döyüşçülər onları görəndə gecə ikən padşah bağından keçib qoşa divarın arasındakı şəhər darvazasından çıxdılar və Ərəbə yolu ilə qaçdılar.+ 5 Kəldan ordusu onların dalınca düşdü və Əriha çöllüyündə Sidqiyyəni yaxaladı.+ Onu tutub Həməsdəki+ Riblaha,+ Babil padşahı Navuxodonosorun hüzuruna gətirdilər. Padşah orada ona hökm çıxartdı. 6 Babil padşahı Riblahda Sidqiyyənin gözü qabağında oğullarını qətlə yetirdi. Babil padşahı Yəhudanın bütün əsilzadələrini də öldürdü.+ 7 Sidqiyyənin isə gözlərini çıxartdı, onu Babilə aparmaq üçün mis qandallarla qandalladı.+
8 Sonra kəldanilər padşahın sarayını, camaatın evini yandırdılar,+ Yerusəlimin divarlarını uçurtdular.+ 9 Keşikçibaşı Nəbuzardan+ şəhərdə qalanları, ona tərəf keçənləri və yerdə qalan adamları Babilə əsir apardı.
10 Lakin o, heç nəyi olmayan ən kasıb adamlardan bir qədərini Yəhudada saxladı. O gün onlara üzüm bağları və tarlalar verdi ki, əkib-becərsinlər*.+
11 Babil padşahı Navuxodonosor Ərəmya ilə bağlı keşikçibaşı Nəbuzardana əmr verdi: 12 «Ona göz-qulaq ol, xələl yetirmə, nə xahiş etsə, elə».+
13 Keşikçibaşı Nəbuzardan, rəbsaris* Nəbuşazban, rəbmaq Nerqal-Şarasar və Babil padşahının baş məmurları adam göndərib 14 Ərəmyanı Keşikçi həyətindən gətirdilər+ və Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədaliyə+ təhvil verdilər ki, onu öz evinə aparsın. Beləcə, Ərəmya xalqın arasında yaşadı.
15 Ərəmya Keşikçi həyətində dustaq ikən+ ona Yehovanın sözü nazil olmuşdu: 16 «Get, həbəş Əbədməlikə+ söylə ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu şəhərin əleyhinə dediyim sözü yerinə yetirirəm, onun üzərinə xeyir yox, fəlakət gətirirəm. O gün sən bunun şahidi olacaqsan”.
17 “Ancaq o gün səni xilas edəcəyəm, — bəyan edir Yehova, — qorxduğun adamların əlinə keçməyəcəksən”.
18 “Səni mütləq xilas edəcəyəm, qılınca tuş gəlməyəcəksən. Mənə güvəndiyin üçün+ sağ qalacaqsan”,+ — bəyan edir Yehova».