Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 40
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Nəbuzardan Ərəmyanı azad edir (1—6)

      • Qədali ölkənin üzərində qoyulur (7—12)

      • Qədaliyə qarşı sui-qəsd (13—16)

Ərəmya 40:1

Çarpaz istinadlar

  • +Ər 39:9; 52:12, 13
  • +Yş 18:21, 25

Ərəmya 40:3

Çarpaz istinadlar

  • +Ər 50:7

Ərəmya 40:4

Çarpaz istinadlar

  • +Ər 39:11, 12

Ərəmya 40:5

Çarpaz istinadlar

  • +2Pd 22:8
  • +2Pd 22:12, 13; Ər 26:24
  • +2Pd 25:22; Ər 39:13, 14; 41:2

Ərəmya 40:6

Çarpaz istinadlar

  • +Hk 20:1; 1Pd 15:22

Ərəmya 40:7

Çarpaz istinadlar

  • +2Pd 25:22; Ər 39:10

Ərəmya 40:8

Çarpaz istinadlar

  • +2Pd 25:25
  • +Ər 41:11, 16; 43:2
  • +Ər 42:1, 2
  • +2Pd 25:23

Ərəmya 40:9

Çarpaz istinadlar

  • +2Pd 25:24; Ər 27:11

Ərəmya 40:10

Çarpaz istinadlar

  • +Ər 39:10

Ərəmya 40:14

Çarpaz istinadlar

  • +Ər 41:10
  • +Ər 41:2

Ərəmya 40:16

Çarpaz istinadlar

  • +2Pd 25:22

Digər

Ərm. 40:1Ər 39:9; 52:12, 13
Ərm. 40:1Yş 18:21, 25
Ərm. 40:3Ər 50:7
Ərm. 40:4Ər 39:11, 12
Ərm. 40:52Pd 22:8
Ərm. 40:52Pd 22:12, 13; Ər 26:24
Ərm. 40:52Pd 25:22; Ər 39:13, 14; 41:2
Ərm. 40:6Hk 20:1; 1Pd 15:22
Ərm. 40:72Pd 25:22; Ər 39:10
Ərm. 40:82Pd 25:25
Ərm. 40:8Ər 41:11, 16; 43:2
Ərm. 40:8Ər 42:1, 2
Ərm. 40:82Pd 25:23
Ərm. 40:92Pd 25:24; Ər 27:11
Ərm. 40:10Ər 39:10
Ərm. 40:14Ər 41:10
Ərm. 40:14Ər 41:2
Ərm. 40:162Pd 25:22
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
Müqəddəs Kitab
Ərəmya 40:1—16

Ərəmya

40 Keşikçibaşı Nəbuzardan+ Ərəmyaya Ramadan+ getməyə izin verəndən sonra Ərəmyaya Yehovanın sözü nazil oldu. Nəbuzardan Ərəmyanı qandallayıb ora aparmışdı. Ərəmya Babilə sürgünə gedən Yerusəlim və Yəhuda əsirləri arasında idi. 2 Keşikçibaşı Ərəmyanı qırağa çəkib dedi: «Allahın Yehova ölkədə bu fəlakətin olacağını qabaqcadan demişdi. 3 Yehova dediyi sözü gerçəkləşdirdi, çünki siz Yehovaya qarşı günah etdiniz, Ona itaət etmədiniz. Buna görə başınıza bu iş gəldi.+ 4 İndi qolundakı qandalları açıb səni azad edirəm. Mənimlə Babilə getmək istəyirsənsə, gəl, qeydinə qalaram, getmək istəmirsənsə, getmə. Budur, bütün ölkə qarşındadır, hara istəyirsən ora get».+

5 Ərəmya çevrilib getməmiş Nəbuzardan ona dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərində qoyduğu Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədalinin+ yanına qayıt. Onun yanında, xalqın arasında yaşa. Ya da hara istəyirsən, get».

Keşikçibaşı ona bir qədər azuqə və bəxşiş verib buraxdı. 6 Beləcə, Ərəmya Mispaha+ Əxiqəm oğlu Qədalinin yanına getdi və onunla birlikdə ölkədə qalan xalqın arasında yaşadı.

7 Bir müddət sonra ölkədəki sərkərdələr və onların adamları eşitdi ki, Babil padşahı Əxiqəm oğlu Qədalini ölkənin üzərinə, Babilə sürgün edilməyən fağır-füqəranın — kişilərin, qadınların, uşaqların üzərinə başçı qoyub.+ 8 Beləcə, Nəsəniyyə oğlu İsmayıl,+ Qəryahın oğulları Yuhənna+ və Yonatan, Tənhumət oğlu Sərəyah, nətufahlı İfayın oğulları, məkati oğlu Əzniyyə+ və onların adamları Mispaha Qədalinin yanına gəldilər.+ 9 Şafan oğlu Əxiqəmin oğlu Qədali onlara və adamlarına and içib dedi: «Kəldanilərə qulluq etməkdən qorxmayın. Ölkədə yaşayıb Babil padşahına qulluq edin, onda xeyir taparsınız.+ 10 Mən sizi yanımıza gələn kəldanilərin qarşısında təmsil etmək üçün Mispahda qalacağam. Siz isə şərab, yay meyvəsi, yağ yığıb qablarınıza doldurun və sahib olduğunuz şəhərlərdə yaşayın».+

11 Muabda, Əmunda, Ədumda, həmçinin başqa ölkələrdə olan yəhudilər eşitdilər ki, Babil padşahı yəhudilərin bəzilərini Yəhudada saxlayıb, Şafan oğlu Əxiqəmin oğlu Qədalini onların üzərinə başçı qoyub. 12 Onda bütün yəhudilər səpələndiyi yerlərdən Yəhuda diyarına, Mispahda olan Qədalinin yanına gəldilər. Onlar çoxlu şərab, yay meyvəsi yığdılar.

13 Qəryah oğlu Yuhənna ilə ölkədəki sərkərdələr Mispaha Qədalinin yanına gəldilər. 14 Ona: «Xəbərin var, əmunilərin+ padşahı Baalis Nəsəniyyə oğlu İsmayılı səni öldürməyə göndərib?»+ — dedilər. Lakin Əxiqəm oğlu Qədali onlara inanmadı.

15 Onda Qəryah oğlu Yuhənna Mispahda gizlicə Qədaliyə dedi: «Qoy gedim Nəsəniyyə oğlu İsmayılı öldürüm. Heç kimin bundan xəbəri olmayacaq. Niyə o, səni öldürsün? Niyə başına yığılan Yəhuda xalqı pərən-pərən düşsün, yəhudalılardan sağ qalanlar məhv olsun?» 16 Amma Əxiqəm oğlu Qədali+ Qəryah oğlu Yuhənnaya dedi: «Bunu etmə, İsmayıl barədə dediklərin yalandır».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş