Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 41
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • İsmayıl Qədalini qətlə yetirir (1—10)

      • İsmayıl Yuhənnadan qaçır (11—18)

Ərəmya 41:1

Çarpaz istinadlar

  • +2Pd 25:23; Ər 40:14
  • +2Pd 25:25

Ərəmya 41:5

Çarpaz istinadlar

  • +1Pd 12:1
  • +Yş 18:1
  • +1Pd 16:23, 24
  • +Lav 19:27, 28; Qn 14:1
  • +Lav 2:1

Ərəmya 41:9

Çarpaz istinadlar

  • +1Pd 15:22; 2Sm 16:6

Ərəmya 41:10

Çarpaz istinadlar

  • +Ər 40:7
  • +Ər 40:12
  • +Ər 40:14

Ərəmya 41:11

Çarpaz istinadlar

  • +Ər 40:13; 43:2

Ərəmya 41:12

Haşiyələr

  • *

    Digər variant: böyük hovuzun.

Ərəmya 41:14

Çarpaz istinadlar

  • +Ər 40:6

Ərəmya 41:16

Çarpaz istinadlar

  • +Ər 41:2

Ərəmya 41:17

Çarpaz istinadlar

  • +2Pd 25:26; Ər 42:14; 43:7
  • +Yr 35:19

Ərəmya 41:18

Çarpaz istinadlar

  • +Ər 41:2

Digər

Ərm. 41:12Pd 25:23; Ər 40:14
Ərm. 41:12Pd 25:25
Ərm. 41:51Pd 12:1
Ərm. 41:5Yş 18:1
Ərm. 41:51Pd 16:23, 24
Ərm. 41:5Lav 19:27, 28; Qn 14:1
Ərm. 41:5Lav 2:1
Ərm. 41:91Pd 15:22; 2Sm 16:6
Ərm. 41:10Ər 40:7
Ərm. 41:10Ər 40:12
Ərm. 41:10Ər 40:14
Ərm. 41:11Ər 40:13; 43:2
Ərm. 41:14Ər 40:6
Ərm. 41:16Ər 41:2
Ərm. 41:172Pd 25:26; Ər 42:14; 43:7
Ərm. 41:17Yr 35:19
Ərm. 41:18Ər 41:2
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
Müqəddəs Kitab
Ərəmya 41:1—18

Ərəmya

41 Yeddinci ayda padşah nəslindən və padşahın baş məmurlarından olan Əlşama oğlu Nəsəniyyənin oğlu İsmayıl+ on nəfərlə birgə Mispaha Əxiqəm oğlu Qədalinin yanına gəldi.+ Mispahda bir yerdə yemək yeyəndə 2 Nəsəniyyə oğlu İsmayılla yanındakı on adam ayağa qalxıb Şafan oğlu Əxiqəmin oğlu Qədalini qılıncla vurdu. Beləcə, o, Babil padşahının ölkənin üzərinə qoyduğu adamı öldürdü. 3 İsmayıl həmçinin Mispahda Qədalinin yanında olan bütün yəhudiləri və oradakı kəldani döyüşçüləri öldürdü.

4 Qədalinin ölümünün ikinci günü, hələ bundan heç kəs xəbər tutmamış, 5 Sihamdan+, Şilodan+ və Səməriyyədən+ saqqalı qırxılmış, yaxaları cırıq, bədənlərini yaralamış,+ əllərində Yehovanın evi üçün taxıl təqdiməsi və kündür+ olan səksən nəfər adam gəldi. 6 Nəsəniyyə oğlu İsmayıl onları qarşılamaq üçün Mispahdan çıxdı. O gedə-gedə ağlayırdı. İsmayıl onları qarşılayıb dedi: «Əxiqəm oğlu Qədalinin yanına gəlin». 7 Amma şəhərə girəndə Nəsəniyyə oğlu İsmayıl yanındakı adamlarla onları öldürüb quyuya atdı.

8 Onlardan on nəfər isə İsmayıla dedi: «Bizi öldürmə, çöldə gizli saxlanan buğdamız, arpamız, yağımız, balımız var». Onda İsmayıl fikrindən döndü, onları soydaşları ilə birgə öldürmədi. 9 İsmayıl öldürdüyü adamların meyitini böyük bir quyuya atdı. O quyunu Asa padşah İsrail padşahı Başa+ onu təhdid edəndə qazmışdı. Məhz bu quyunu Nəsəniyyə oğlu İsmayıl meyitlərlə doldurdu.

10 İsmayıl keşikçibaşı Nəbuzardanın Əxiqəm oğlu Qədalinin tabeliyinə verdiyi+ Mispahdakı xalqı+ — padşahın qızlarını və Mispahda qalan camaatı əsir apardı. Nəsəniyyə oğlu İsmayıl onları əsir götürüb əmunilər tərəfə keçmək üçün yola düşdü.+

11 Qəryah oğlu Yuhənna+ və onunla olan sərkərdələr Nəsəniyyə oğlu İsmayılın törətdiyi əməllər barədə eşitdilər. 12 Bütün adamlarını toplayıb Nəsəniyyə oğlu İsmayılla döyüşməyə getdilər. Onu Gibyondakı bol suların* yanında tapdılar.

13 İsmayılın yanındakı camaat Qəryah oğlu Yuhənnanı və onunla olan sərkərdələri görəndə sevindi. 14 İsmayılın Mispahdan+ əsir götürdüyü adamlar dönüb Qəryah oğlu Yuhənna ilə geri qayıtdılar. 15 Nəsəniyyə oğlu İsmayıl isə yanındakı səkkiz adamla birgə Yuhənnadan qaçıb-qurtuldu və əmunilərin yanına getdi.

16 Qəryah oğlu Yuhənna və yanındakı sərkərdələr Nəsəniyyə oğlu İsmayılın Əxiqəm oğlu Qədalini öldürəndən sonra+ Mispahdan əsir götürdüyü camaatı onun əlindən xilas edib Gibyondan geri gətirdilər. Əsirlərin arasında kişilər, qadınlar, uşaqlar, döyüşçülər, saray məmurları var idi. 17 Beləcə, onlar Misirə getmək üçün yola çıxdılar+ və gəlib Beytləhmin+ yanında yerləşən Kimhamda gecələdilər. 18 Onlar kəldanilərin qorxusundan Misirə üz tutmuşdular. Çünki Nəsəniyyə oğlu İsmayıl Babil padşahının ölkənin üzərinə qoyduğu Əxiqəm oğlu Qədalini öldürmüşdü.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş