Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 42
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Xalqın Ərəmyadan xahişi (1—6)

      • Yehova deyir: «Misirə getməyin» (7—22)

Ərəmya 42:1

Çarpaz istinadlar

  • +Ər 40:13, 14

Ərəmya 42:2

Çarpaz istinadlar

  • +Qn 28:62

Ərəmya 42:8

Çarpaz istinadlar

  • +Ər 41:16

Ərəmya 42:10

Çarpaz istinadlar

  • +Qn 32:36; Ər 18:7, 8; Mi 7:18

Ərəmya 42:11

Çarpaz istinadlar

  • +Ər 41:17, 18

Ərəmya 42:12

Çarpaz istinadlar

  • +Çx 34:6

Ərəmya 42:14

Çarpaz istinadlar

  • +Ər 43:4, 7

Ərəmya 42:16

Çarpaz istinadlar

  • +Qn 28:45; Ər 44:12—14, 27, 28

Ərəmya 42:18

Çarpaz istinadlar

  • +2Pd 25:8—10; 2Sm 34:24, 25; 36:16, 17; Mrs 2:4
  • +Ər 29:18

Ərəmya 42:20

Çarpaz istinadlar

  • +Ər 42:1, 2

Ərəmya 42:21

Çarpaz istinadlar

  • +2Sm 24:19; Nə 9:26; Zk 7:11

Ərəmya 42:22

Çarpaz istinadlar

  • +Ər 43:10, 11

Digər

Ərm. 42:1Ər 40:13, 14
Ərm. 42:2Qn 28:62
Ərm. 42:8Ər 41:16
Ərm. 42:10Qn 32:36; Ər 18:7, 8; Mi 7:18
Ərm. 42:11Ər 41:17, 18
Ərm. 42:12Çx 34:6
Ərm. 42:14Ər 43:4, 7
Ərm. 42:16Qn 28:45; Ər 44:12—14, 27, 28
Ərm. 42:182Pd 25:8—10; 2Sm 34:24, 25; 36:16, 17; Mrs 2:4
Ərm. 42:18Ər 29:18
Ərm. 42:20Ər 42:1, 2
Ərm. 42:212Sm 24:19; Nə 9:26; Zk 7:11
Ərm. 42:22Ər 43:10, 11
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
Müqəddəs Kitab
Ərəmya 42:1—22

Ərəmya

42 Sonra sərkərdələr, Qəryah oğlu Yuhənna+, Huşiyyə oğlu Əzniyyə və böyükdən-kiçiyə kimi bütün xalq 2 Ərəmya peyğəmbərin yanına gəlib yalvardı: «Nə olar, xahişimizi dinlə, bizdən ötrü, yerdə qalan camaatdan ötrü Allahın Yehovaya dua et. Özün də görürsən ki, o boyda camaatdan nə qədər adam qalıb.+ 3 Qoy Allahın Yehova bizə desin, hara gedək, nə edək».

4 Ərəmya peyğəmbər onlara dedi: «Yaxşı, sizin xahişinizi yerinə yetirib Allahınız Yehovaya dua edəcəyəm. Yehova nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nə gizlətməyəcəyəm».

5 Onlar dedilər: «Doğru şahid kimi Yehovanı şahid tuturuq. Əgər sənin vasitənlə verdiyi əmri olduğu kimi yerinə yetirməsək, qoy O, cəzamızı versin. 6 Səni hüzuruna göndərdiyimiz Allahımız Yehovanın sözü ürəyimizcə olsa da, olmasa da, ona itaət edəcəyik. Çünki Allahımız Yehovanın sözünə itaət etsək, xeyir tapacağıq».

7 Bundan on gün sonra Ərəmyaya Yehovanın sözü nazil oldu. 8 Ərəmya Qəryah oğlu Yuhənnanı, yanındakı sərkərdələri və böyükdən-kiçiyə kimi bütün xalqı topladı.+ 9 Onlara dedi: «Diləklərinizi çatdırmaq üçün məni hüzuruna göndərdiyiniz İsrailin Allahı Yehovanın sözü budur: 10 “Əgər siz bu ölkədə qalsanız, sizi dirçəldəcəyəm, yıxmayacağam, əkəcəyəm, qoparmayacağam. Çünki üstünüzə gətirdiyim fəlakətə görə təəssüflənəcəyəm.+ 11 Babil padşahından qorxursunuz, amma qorxmayın”.+

Yehova bəyan edir: “Ondan qorxmayın, Mən sizinləyəm, sizi xilas edəcəyəm, onun əlindən qurtaracağam. 12 Sizə rəhm edəcəyəm,+ onun da sizə rəhmi gələcək və sizi öz yurdunuza qaytaracaq.

13 Amma əgər Allahınız Yehovanın sözünə qulaq asmayıb “bu ölkədə qalmayacağıq!” desəniz, 14 “biz Misirə gedəcəyik, orada müharibə görməyəcəyik,+ şeypur səsi eşitməyəcəyik, çörəyə möhtac olmayacağıq, orada yaşayacağıq” desəniz, 15 onda, ey sağ qalan yəhudalılar, görün Yehova nə deyir. İsrailin Allahı, ordular Allahı Yehovanın sözü budur: “Əgər Misirə getməyə qərarlısınızsa və yaşamaq üçün ora gedirsinizsə, 16 onda qorxduğunuz qılınc sizi Misirdə yaxalayacaq, qorxduğunuz aclıq dalınızca düşüb Misirə gələcək. Orada öləcəksiniz.+ 17 Misirə getməyə, orada yaşamağa qərar verən hər kəs orada qılıncdan, aclıqdan, mərəzdən öləcək. Heç biri üstlərinə gətirəcəyim bəladan yaxa qurtara bilməyəcək, sağ qalmayacaq”.

18 İsrailin Allahı, ordular Allahı Yehovanın sözü budur: “Necə ki qeyz-qəzəbimi Yerusəlim sakinlərinin üstünə tökdüm,+ Misirə getsəniz, sizin də üstünüzə tökəcəyəm, siz dəhşətli hala düşəcəksiniz, lənətlənəcəksiniz, qarğış yiyəsi olacaqsınız, sizi təhqir edəcəklər.+ Bir də bu diyarı görməyəcəksiniz”.

19 Ey sağ qalan yəhudalılar, Yehova sizə bunları dedi. Misirə getməyin. Bunu bilin, mən sizə bu gün xəbərdarlıq etdim, 20 səhviniz sizə həyatınız bahasına başa gələcək. Çünki siz məni Allahınız Yehovanın hüzuruna göndərib dediniz: “Bizdən ötrü Allahımız Yehovaya dua et. Allahımız Yehova nə desə, bizə bildir, Onun hər sözünə əməl edəcəyik”.+ 21 Bu gün sizə Onun sözlərini çatdırdım. Amma siz Allahınız Yehovanın sözünə qulaq asan deyilsiniz, mənim vasitəmlə Onun buyurduğu heç bir sözə əməl etməyəcəksiniz.+ 22 Buna görə də bilin ki, yaşamağa getmək istədiyiniz yerdə qılıncdan, aclıqdan, mərəzdən öləcəksiniz».+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş