Ərəmya
47 Firon Qəzzəni məğlub etməzdən qabaq Ərəmya peyğəmbərə Yehovadan filiştlilərlə* bağlı söz nazil oldu.+ 2 Yehova belə deyir:
«Budur, şimaldan sular gəlir,
Onlar sel olub daşacaq,
Ölkənin, oradakı hər şeyin,
Şəhərin, sakinlərinin üstünə gələcək.
Camaat fəryad edəcək,
Ölkədə yaşayan hər kəs nalə çəkəcək.
3 Ayğırların yeri döyən dırnaq səsindən,
Cəng arabalarının gurultusundan,
Təkərlərin cırıltısından
Ataların ürəyi yerindən qopacaq,
Dönüb arxada qalan oğullarına baxmayacaqlar.
5 Qəzzə keçəl olacaq*.
Aşkelon sükuta qərq olub.+
Ey sizlər, onların dərəsində sağ qalanlar,
Nə vaxtadək özünüzə yara vuracaqsınız?+
6 Ah, Yehovanın qılıncı,+
Nə vaxtadək sakitləşməyəcəksən?
Qınına qayıt,
Dayan, sakitləş.
7 Yehova əmr veribsə,
Necə sakit ola bilər?
O, qılıncı Aşkelona,
Dəniz sahilinə tuşlayıb».+