Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 49
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Əmuna qarşı peyğəmbərlik (1—6)

      • Əduma qarşı peyğəmbərlik (7—22)

        • Ədum yox olacaq (17, 18)

      • Dəməşqə qarşı peyğəmbərlik (23—27)

      • Qədar və Həzura qarşı peyğəmbərlik (28—33)

      • Elama qarşı peyğəmbərlik (34—39)

Ərəmya 49:1

Çarpaz istinadlar

  • +Yr 19:36, 38; Qn 2:19; 2Sm 20:1
  • +1Pd 11:5; Sf 1:4, 5
  • +Am 1:13

Ərəmya 49:2

Haşiyələr

  • *

    Digər variant: döyüş nərəsi.

Çarpaz istinadlar

  • +Qn 3:11; Yş 13:24, 25; Hz 25:5; Am 1:14
  • +Hz 21:19, 20
  • +Əş 14:2; Ər 50:19; Sf 2:9

Ərəmya 49:3

Çarpaz istinadlar

  • +Am 1:13, 15

Ərəmya 49:7

Haşiyələr

  • *

    Hərfən: çürüdü.

Çarpaz istinadlar

  • +Yr 36:10, 11; Hz 25:13; Am 1:12; Əb 8

Ərəmya 49:8

Çarpaz istinadlar

  • +Əş 21:13; Ər 25:17, 23

Ərəmya 49:9

Çarpaz istinadlar

  • +Əb 5

Ərəmya 49:10

Çarpaz istinadlar

  • +Əb 6, 9
  • +Ml 1:3, 4

Ərəmya 49:12

Çarpaz istinadlar

  • +Ər 25:27, 28; Mrs 4:21; Əb 16

Ərəmya 49:13

Çarpaz istinadlar

  • +Əş 34:6; 63:1; Ər 49:22; Am 1:12
  • +Əb 18; Ml 1:3

Ərəmya 49:14

Çarpaz istinadlar

  • +Əb 1

Ərəmya 49:15

Çarpaz istinadlar

  • +Əb 2—4

Ərəmya 49:17

Çarpaz istinadlar

  • +Ər 49:13

Ərəmya 49:18

Çarpaz istinadlar

  • +Yr 19:24, 25
  • +Əş 34:6, 10

Ərəmya 49:19

Çarpaz istinadlar

  • +Ər 4:7
  • +Zb 76:7; Ər 50:44—46; Na 1:6

Ərəmya 49:20

Çarpaz istinadlar

  • +Əb 9
  • +Ml 1:4

Ərəmya 49:21

Çarpaz istinadlar

  • +1Pd 9:26

Ərəmya 49:22

Çarpaz istinadlar

  • +Ər 4:13
  • +Ər 48:40; 49:13

Ərəmya 49:23

Çarpaz istinadlar

  • +Əş 17:1; Am 1:3
  • +Sy 13:21; 2Pd 17:24; Zk 9:1, 2

Ərəmya 49:27

Çarpaz istinadlar

  • +Am 1:4

Ərəmya 49:28

Çarpaz istinadlar

  • +Yr 25:13; Əş 42:11; 60:7; Hz 27:21

Ərəmya 49:32

Çarpaz istinadlar

  • +Ər 9:25, 26; 25:17, 23

Ərəmya 49:34

Çarpaz istinadlar

  • +2Pd 24:18
  • +Yr 10:22; Əş 21:2; Ər 25:17, 25; Hz 32:24; Dn 8:2; Hv 2:8, 9

Ərəmya 49:35

Çarpaz istinadlar

  • +Əş 22:6

Ərəmya 49:38

Çarpaz istinadlar

  • +Ər 25:17, 25

Digər

Ərm. 49:1Yr 19:36, 38; Qn 2:19; 2Sm 20:1
Ərm. 49:11Pd 11:5; Sf 1:4, 5
Ərm. 49:1Am 1:13
Ərm. 49:2Qn 3:11; Yş 13:24, 25; Hz 25:5; Am 1:14
Ərm. 49:2Hz 21:19, 20
Ərm. 49:2Əş 14:2; Ər 50:19; Sf 2:9
Ərm. 49:3Am 1:13, 15
Ərm. 49:7Yr 36:10, 11; Hz 25:13; Am 1:12; Əb 8
Ərm. 49:8Əş 21:13; Ər 25:17, 23
Ərm. 49:9Əb 5
Ərm. 49:10Əb 6, 9
Ərm. 49:10Ml 1:3, 4
Ərm. 49:12Ər 25:27, 28; Mrs 4:21; Əb 16
Ərm. 49:13Əş 34:6; 63:1; Ər 49:22; Am 1:12
Ərm. 49:13Əb 18; Ml 1:3
Ərm. 49:14Əb 1
Ərm. 49:15Əb 2—4
Ərm. 49:17Ər 49:13
Ərm. 49:18Yr 19:24, 25
Ərm. 49:18Əş 34:6, 10
Ərm. 49:19Ər 4:7
Ərm. 49:19Zb 76:7; Ər 50:44—46; Na 1:6
Ərm. 49:20Əb 9
Ərm. 49:20Ml 1:4
Ərm. 49:211Pd 9:26
Ərm. 49:22Ər 4:13
Ərm. 49:22Ər 48:40; 49:13
Ərm. 49:23Əş 17:1; Am 1:3
Ərm. 49:23Sy 13:21; 2Pd 17:24; Zk 9:1, 2
Ərm. 49:27Am 1:4
Ərm. 49:28Yr 25:13; Əş 42:11; 60:7; Hz 27:21
Ərm. 49:32Ər 9:25, 26; 25:17, 23
Ərm. 49:342Pd 24:18
Ərm. 49:34Yr 10:22; Əş 21:2; Ər 25:17, 25; Hz 32:24; Dn 8:2; Hv 2:8, 9
Ərm. 49:35Əş 22:6
Ərm. 49:38Ər 25:17, 25
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
Müqəddəs Kitab
Ərəmya 49:1—39

Ərəmya

49 Əmunilər+ barədə Yehova belə deyir:

«Məgər İsrailin oğulları yoxdur?

Onun varisi yoxdur?

Nə üçün Məlkum+ Cada+ sahib olub?

Nə üçün onun xalqı İsrail şəhərlərində yaşayır?»

 2 «Yehova bəyan edir: “Ona görə də gün gələcək,

Əmunilərin Rabbah+ şəhərinə+ qarşı müharibə çağırışı* səsləndirəcəyəm.

O, xaraba təpəyə çevriləcək,

Kəndlərinə od vurulacaq.

İsrail onu qovanların torpağına sahib olacaq”.+ Yehova belə bəyan edir.

 3 “Ey Həşbun, nalə çək, Ay darmadağın edilib!

Ey Rabbah kəndləri, fəryad edin.

Çula bürünün.

Ah-nalə çəkin. Qoyun ağılları içində ora-bura dolaşın.

Çünki Məlkum sürgünə gedir,

Kahinləri ilə, əsilzadələri ilə.+

 4 Nə üçün dərələrlə öyünürsən?

Ortasından çay axan düzənliklərinlə lovğalanırsan?

Sən, ey xəzinələrinə güvənən

“Kim mənim üstümə gələ bilər?” deyən xəyanətkar qız”.

 5 “Bütün qonşuların tərəfdən

Üstünə müdhiş bir şey gətirirəm, — bəyan edir Külli-İxtiyar, ordular Allahı Yehova.

Hər tərəfə səpələnəcəksən,

Qaçanları heç kim toplamayacaq”.

 6 “Amma sonra əmunilərdən sürgünə gedənləri toplayacağam”, — bəyan edir Yehova».

7 Ədum barədə ordular Allahı Yehova belə deyir:

«Təhmanda hikmət qalmadı?+

Ağıllı adamların məsləhəti tükəndi?

Hikməti məhv oldu*?

 8 Qaçın, geri çəkilin!

Gedin dərin mağaralarda gizlənin, ey Didan+ sakinləri!

Çünki Eysə nəzər salmağın vaxtı yetişəndə

Onun başına bəla gətirəcəyəm.

 9 Üzümyığanlar sənin yanına gəlsəydilər,

Geridə bir neçə salxım saxlamazdılarmı?

Gecə oğrular gəlsəydi,

Yalnız istədiklərini oğurlayardılar.+

10 Amma Mən Eysi lüm-lüt qoyacağam.

Onun xəlvət yerlərini üzə çıxaracağam,

Gizlənə bilməyəcək.

Onun övladları, qardaşları, qonşuları, hamısı məhv olacaq,+

Özü də heç vaxt mövcud olmayacaq.+

11 Yetimlərini burax,

Onları Mən yaşadaram.

Dulların Mənə bel bağlayacaq».

12 Çünki Yehova belə deyir: «Əgər qəzəb camından içməyə məhkum olmayanlar ondan içəcəksə, sənmi cəzasız qalacaqsan? Sən cəzasız qalmayacaqsan, ondan içəcəksən».+

13 «Varlığıma and içirəm, — bəyan edir Yehova, — Bozrah dəhşətli hala düşəcək,+ xaraba qalacaq, onu təhqir edəcəklər, lənətləyəcəklər. Onun şəhərləri əbədilik viranə qalacaq».+

14 Mənə Yehovadan xəbər gəldi,

Xalqlar arasına elçi göndərilib. Elçi deyir:

«Toplaşın, ona qarşı yürüş edin,

Döyüşə hazırlaşın».+

15 «Səni xalqlar arasında kiçiltdim,

Hamı sənə həqarətlə baxır.+

16 Ey qaya oyuqlarında,

Hündür təpədə məskən salan,

Ətrafa saçdığın dəhşət,

Ürəyinin təkəbbürü səni aldatdı.

Yuvanı qartal kimi yüksəkdə qursan da,

Səni oradan endirəcəyəm», — bəyan edir Yehova.

17 «Ədum dəhşətli hala düşəcək.+ Yoldan keçən hər kəs bu mənzərədən sarsılacaq, onun bəlalarına görə fit çalacaq. 18 Xaraba qalan Sədumla Əmurədə və onlarla qonşu şəhərlərdə olduğu kimi,+ orada da heç kim yaşamayacaq, insan övladı məskən salmayacaq»,+ — bəyan edir Yehova.

19 «Budur, bir nəfər İordan sahillərindəki sıx meşəlikdən çıxıb dinc otlaqlara hücum edən aslan kimi basqın edəcək+ və Mən bir anda onu yurdundan didərgin salacağam. Seçdiyim kəsi oranın üzərində qoyacağam. Mənim kimisi varmı? Kim Mənə meydan oxuya bilər? Qarşımda hansı çoban dura bilər?+ 20 Odur ki, ey insanlar, Yehovanın Əduma qarşı çıxardığı qərarı, Təhman+ sakinlərinə qarşı niyyətini eşidin:

Sürüdəki quzuları sürüyüb aparacaqlar.

O, etdikləri pisliyə görə otlaqlarını viran qoyacaq.+

21 Onlar çökəndə gurultudan yer titrədi.

Fəryad qopur! Səsi Qırmızı dənizə+ çatır.

22 Budur, qartal kimi göyə qalxıb yerə şığıyacaq,+

Qanadlarını Bozrah üzərində gərəcək,+

O gün Ədum döyüşçülərinin ürəyi

Doğuş üstə olan qadının ürəyi kimi olacaq».

23 Dəməşq+ barədə:

«Həməs+ və Arpad rüsvay olub,

Onlar bəd xəbər eşidib.

Qorxudan onlarda ürək qalmayıb.

Dəniz təlatüm içindədir, sakitləşmir.

24 Dəməşqdə cəsarət qalmayıb.

O qaçmağa üz tutdu, amma təlaşa düşdü.

Doğan qadın kimi,

Onu sancı tutub, o, əzab çəkir.

25 Necə olub ki, şöhrətli şəhərdən,

Fərəh doğuran şəhərdən çıxıb getməyiblər?

26 Odur ki, cavanlar meydanlarda həlak olacaq,

O gün döyüşçülər məhv olacaq», — bəyan edir ordular Allahı Yehova.

27 «Dəməşqin divarlarına od vuracağam,

Od Bənhədadın qalalarını yandıracaq».+

28 Babil padşahı Navuxodonosorun dağıtdığı Qədar+ barədə, Həzur padşahlıqları barədə Yehovanın sözü budur:

«Qalxın, Qədara gedin,

Şərq oğullarını məhv edin.

29 Onların çadırları, sürüləri,

Çadır parçaları, mal-mülkləri əllərindən alınacaq.

Dəvələrini aparacaqlar.

“Hər yanı dəhşət bürüyüb!” — deyə bağıracaqlar».

30 «Qaçın, uzaqlara gedin!

Ey Həzur sakinləri, dərin mağaralarda gizlənin, — bəyan edir Yehova.

Çünki Babil padşahı Navuxodonosor əleyhinizə niyyət qurub,

Sizə qarşı tədbir töküb».

31 «Qalxın, dinc ömür sürən,

Əmin-amanlıqda yaşayan xalqın üstünə gedin! — bəyan edir Yehova.

Onların nə qapısı var, nə cəftəsi. Hamıdan ayrı yaşayırlar.

32 Onların dəvələri qarət olunacaq,

Mal-heyvanları ələ keçəcək.

Mən onları, gicgahlarını qırxanları+

Küləyin əsdiyi hər tərəfə səpələyəcəyəm. Hər tərəfdən onların üstünə bəla gətirəcəyəm», — bəyan edir Yehova.

33 «Həzur çaqqal yuvasına çevriləcək,

Həmişəlik viran qalacaq,

Orada heç kim yaşamayacaq,

Heç kim məskən salmayacaq».

34 Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin başlanğıcında+ Ərəmya peyğəmbərə Elamla+ bağlı Yehovanın sözü nazil oldu: 35 «Ordular Allahı Yehova deyir: “Elamın kamanını, onun qüdrət mənbəyini qıracağam.+ 36 Elamın üstünə yerin dörd tərəfindən dörd küləyi gətirəcəyəm. Onları bu küləklərin əsdiyi hər tərəfə səpələyəcəyəm. Elə bir xalq olmayacaq ki, elamlılar onların arasına səpələnməsin”».

37 «Elamlıları düşmənlərinin, canlarının qəsdinə duranların qarşısında darmadağın edəcəyəm. Onların üstünə fəlakət gətirəcəyəm, qızğın qəzəbimi tökəcəyəm, — bəyan edir Yehova, — dallarınca qılınc göndərib hamısını qıracağam».

38 «Elamda taxtımı quracağam,+ oradan padşahı da, əyanları da yox edəcəyəm», — bəyan edir Yehova.

39 «Amma zamanın sonunda Elamdan sürgünə gedənləri toplayacağam», — bəyan edir Yehova.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş