Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 8
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Camaat kütlənin ardınca gedir (1—7)

      • Yehovanın sözünü rədd ediblər (8—17)

      • Ərəmya Yəhudaya görə pərişandır (18—22)

        • «Məgər Giladda məlhəm yoxdur?» (22)

Ərəmya 8:2

Çarpaz istinadlar

  • +Qn 4:19; 2Pd 17:16; 21:1, 3; Ər 19:13; Hz 8:16; Sf 1:4, 5
  • +Ər 16:4

Ərəmya 8:5

Çarpaz istinadlar

  • +Ər 5:3

Ərəmya 8:6

Çarpaz istinadlar

  • +Ər 5:1

Ərəmya 8:7

Haşiyələr

  • *

    Digər variant: durna.

Çarpaz istinadlar

  • +Əş 1:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (kütləvi),

    № 6, 2016 s. 8—9

Ərəmya 8:8

Çarpaz istinadlar

  • +Əş 8:1

Ərəmya 8:9

Çarpaz istinadlar

  • +Əş 29:14

Ərəmya 8:10

Çarpaz istinadlar

  • +Qn 28:30; Sf 1:13
  • +Əş 56:11; Hz 33:31; Mi 3:11
  • +Ər 5:31; 6:12—15; 27:9; Mrs 2:14; Hz 22:28

Ərəmya 8:11

Çarpaz istinadlar

  • +Ər 23:16, 17; Hz 13:10

Ərəmya 8:12

Çarpaz istinadlar

  • +Ər 3:3
  • +Ər 23:12

Ərəmya 8:14

Çarpaz istinadlar

  • +Ər 4:5
  • +Ər 9:15; 23:15; Mrs 3:19

Ərəmya 8:15

Çarpaz istinadlar

  • +Ər 4:10; 14:19

Ərəmya 8:21

Çarpaz istinadlar

  • +Ər 4:19, 20; 14:17

Ərəmya 8:22

Çarpaz istinadlar

  • +Yr 37:25
  • +Ər 30:12, 13
  • +Ər 30:17; 33:4, 6

Digər

Ərm. 8:2Qn 4:19; 2Pd 17:16; 21:1, 3; Ər 19:13; Hz 8:16; Sf 1:4, 5
Ərm. 8:2Ər 16:4
Ərm. 8:5Ər 5:3
Ərm. 8:6Ər 5:1
Ərm. 8:7Əş 1:3
Ərm. 8:8Əş 8:1
Ərm. 8:9Əş 29:14
Ərm. 8:10Qn 28:30; Sf 1:13
Ərm. 8:10Əş 56:11; Hz 33:31; Mi 3:11
Ərm. 8:10Ər 5:31; 6:12—15; 27:9; Mrs 2:14; Hz 22:28
Ərm. 8:11Ər 23:16, 17; Hz 13:10
Ərm. 8:12Ər 3:3
Ərm. 8:12Ər 23:12
Ərm. 8:14Ər 4:5
Ərm. 8:14Ər 9:15; 23:15; Mrs 3:19
Ərm. 8:15Ər 4:10; 14:19
Ərm. 8:21Ər 4:19, 20; 14:17
Ərm. 8:22Yr 37:25
Ərm. 8:22Ər 30:12, 13
Ərm. 8:22Ər 30:17; 33:4, 6
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
Müqəddəs Kitab
Ərəmya 8:1—22

Ərəmya

8 Yehova bəyan edir: «Həmin vaxt Yəhuda padşahlarının, əmirlərinin, kahinlərinin, peyğəmbərlərinin və Yerusəlim sakinlərinin sümüklərini qəbirlərindən çıxaracaqlar. 2 Sümüklərini mehr salıb qulluğunda durduqları, ibadət etdikləri, üz tutub səcdə qıldıqları günəşin, ayın, səma ordusunun önündə sərəcəklər.+ Onları yığıb basdıran olmayacaq. Torpağın üstündə peyin kimi olacaqlar».+

3 «Bu mənfur nəsildən sağ qalanlar pərən-pərən saldığım yerlərdə həyatı yox, ölümü seçəcəklər», — bəyan edir ordular Allahı Yehova.

4 «Onlara de ki, Yehovanın sözü budur:

“Doğrudanmı, onlar yıxılıb bir də qalxmayacaqlar?

Kimsə niyyətindən dönsə, o biri də öz niyyətindən dönməzmi?

 5 Nə üçün bu xalq, Yerusəlim əhli xəyanətində batıb qalıb?

Onlar yalandan bərk yapışıblar,

Geri dönmürlər ki, dönmürlər.+

 6 Mən diqqət verdim, qulaq asdım, nahaq sözlər danışırdılar.

Heç kim öz pis əməlindən tövbə etmir, “bu nə işdir mən tutdum?” demir.+

Hamı döyüşə atılan at kimi, kütlənin ardınca düşür.

 7 Hətta göydəki hacıleylək köç vaxtını bilir,

Qumru, uzunqanad, qaratoyuq* öz vaxtında qayıdır.

Xalqım isə Mən Yehovanın hökmlərini anlamır”.+

 8 Necə deyirsiniz ki, “biz ağıllıyıq, Yehovanın qanunu bizdədir”?

Axı mirzələrin hiyləgər qələmi+ ancaq yalan yazır.

 9 Aqillər rüsvay olub.+

Vahiməyə düşüb. Onlar ələ keçəcəklər.

Yehovanın sözünü rədd ediblər,

Hanı onların hikməti?

10 Ona görə də arvadlarını başqalarına verəcəyəm,

Tarlalarına yadlar sahib olacaq.+

Çünki rəiyyətdən əsilzadəyə kimi hər kəs haram qazanc dalınca düşür,+

Peyğəmbərdən kahinə kimi hər kəs fırıldaqçılıq edir.+

11 Xalqımın yarasını üzdən müalicə edirlər,

Sülh olmaya-olmaya

“Sülh! Sülh!” deyirlər.+

12 Gör heç iyrənc əməllərinə görə utanırlar?

Onlar utanmazdır,

Utanmaq nədir bilmirlər.+

Buna görə onlar da yıxılanlar arasında olacaqlar.

Mən onları cəzalandıranda büdrəyəcəklər,+ — deyir Yehova.

13 Onları toplayıb məhv edəcəyəm, — bəyan edir Yehova.

Meynədə üzüm, əncir ağacında əncir qalmayacaq, yarpaqlar quruyacaq.

Nə vermişəmsə, əllərindən alınacaq».

14 «Nə üçün yerimizdə oturmuşuq?

Gəlin bir yerdə qala-şəhərlərə gedək,+ orada məhv olaq.

Allahımız Yehova bizi məhv edəcək.

Yehova bizə zəhərli su içirir,+

Çünki Ona qarşı günah etmişik.

15 Sülh gözləyirdik, qabağımıza xeyir çıxmadı,

Şəfa gözləyirdik, dəhşət gördük.+

16 Dandan atlarının fınxırtısı eşidilir.

Ayğırlarının kişnərtisindən

Bütün ölkə lərzəyə gəlir.

Düşmən gəlib ölkəni, oradakı hər şeyi,

Şəhəri, sakinlərini tar-mar edir».

17 «Aranıza ilanlar göndərirəm,

Ovsunla ram olmayan zəhərli ilanlar.

Onlar sizi sancacaq», — bəyan edir Yehova.

18 Dərdimə əlac yoxdur,

Ürəyim sızlayır.

19 Uzaq diyardan

Xalqımın fəryad səsi gəlir:

«Məgər Yehova Sionda deyil?

Padşah orada deyil?»

«Nə üçün bütləri ilə,

Puç, yad allahları ilə Məni qəzəbləndirirlər?»

20 «Biçin sona çatdı, yay qurtardı,

Amma biz xilas olmadıq!»

21 Xalqımın yarasını görüb ürəyim parçalanır,+

Bağrım qan olub,

Məni dəhşət bürüyüb.

22 Məgər Giladda məlhəm yoxdur?+

Təbib yoxdur orada?+

Nə üçün xalqıma şəfa vermirlər?+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş