Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 13
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Çürümüş kətan qurşaq (1—11)

      • Şərab küpləri çilik-çilik olacaq ((12—14)

      • İslahedilməz Yəhuda sürgünə gedəcək (15—27)

        • «Kuşlu dərisini dəyişə bilər?» (23)

Ərəmya 13:9

Çarpaz istinadlar

  • +Lav 26:19; Sf 3:11

Ərəmya 13:10

Çarpaz istinadlar

  • +2Sm 36:15, 16
  • +Ər 6:28

Ərəmya 13:11

Çarpaz istinadlar

  • +Çx 19:5; Qn 26:18; Zb 135:4
  • +Ər 33:9
  • +Ər 6:17

Ərəmya 13:13

Çarpaz istinadlar

  • +Əş 29:9; 51:17; Ər 25:27

Ərəmya 13:14

Çarpaz istinadlar

  • +Ər 6:21; Hz 5:10
  • +Hz 7:4; 24:14

Ərəmya 13:16

Çarpaz istinadlar

  • +Əş 59:9

Ərəmya 13:17

Çarpaz istinadlar

  • +Ər 9:1
  • +Zb 100:3

Ərəmya 13:18

Çarpaz istinadlar

  • +2Pd 24:12; Ər 22:24, 26

Ərəmya 13:19

Çarpaz istinadlar

  • +Qn 28:64

Ərəmya 13:20

Çarpaz istinadlar

  • +Ər 6:22
  • +Hz 34:8

Ərəmya 13:21

Çarpaz istinadlar

  • +Əş 39:1, 2
  • +Ər 6:24; Mi 4:9

Ərəmya 13:22

Çarpaz istinadlar

  • +Ər 5:19; 16:10, 11
  • +Hz 16:37

Ərəmya 13:23

Haşiyələr

  • *

    Yaxud həbəşli.

Çarpaz istinadlar

  • +Ms 27:22

Ərəmya 13:24

Çarpaz istinadlar

  • +Lav 26:33; Qn 28:64

Ərəmya 13:25

Çarpaz istinadlar

  • +Ər 2:32
  • +Qn 32:37, 38; Əş 28:15; Ər 10:14

Ərəmya 13:26

Çarpaz istinadlar

  • +Mrs 1:8; Hz 16:37; 23:29

Ərəmya 13:27

Çarpaz istinadlar

  • +Ər 2:20; Hz 16:15
  • +Əş 65:7; Hz 6:13
  • +Hz 24:13

Digər

Ərm. 13:9Lav 26:19; Sf 3:11
Ərm. 13:102Sm 36:15, 16
Ərm. 13:10Ər 6:28
Ərm. 13:11Çx 19:5; Qn 26:18; Zb 135:4
Ərm. 13:11Ər 33:9
Ərm. 13:11Ər 6:17
Ərm. 13:13Əş 29:9; 51:17; Ər 25:27
Ərm. 13:14Ər 6:21; Hz 5:10
Ərm. 13:14Hz 7:4; 24:14
Ərm. 13:16Əş 59:9
Ərm. 13:17Ər 9:1
Ərm. 13:17Zb 100:3
Ərm. 13:182Pd 24:12; Ər 22:24, 26
Ərm. 13:19Qn 28:64
Ərm. 13:20Ər 6:22
Ərm. 13:20Hz 34:8
Ərm. 13:21Əş 39:1, 2
Ərm. 13:21Ər 6:24; Mi 4:9
Ərm. 13:22Ər 5:19; 16:10, 11
Ərm. 13:22Hz 16:37
Ərm. 13:23Ms 27:22
Ərm. 13:24Lav 26:33; Qn 28:64
Ərm. 13:25Ər 2:32
Ərm. 13:25Qn 32:37, 38; Əş 28:15; Ər 10:14
Ərm. 13:26Mrs 1:8; Hz 16:37; 23:29
Ərm. 13:27Ər 2:20; Hz 16:15
Ərm. 13:27Əş 65:7; Hz 6:13
Ərm. 13:27Hz 24:13
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
Müqəddəs Kitab
Ərəmya 13:1—27

Ərəmya

13 Yehova mənə dedi: «Get özünə kətan qurşaq al, belinə dola. Amma onu suya vurma». 2 Yehovanın dediyi kimi, gedib qurşaq aldım və belimə doladım. 3 Mənə ikinci dəfə Yehovanın sözü nazil oldu: 4 «Alıb belinə doladığın qurşağı götür, Fərat çayına get. Qurşağı orada qaya oyuğunda gizlət». 5 Yehovanın əmr etdiyi kimi, gedib qurşağı Fərat çayının yanında gizlətdim.

6 Üstündən xeyli keçdi. Yehova mənə dedi: «Dur Fərat çayına get, gizlətməyi buyurduğum qurşağı götür». 7 Mən də Fərat çayına getdim. Yeri qazıb qurşağı gizlətdiyim yerdən çıxartdım. Gördüm ki, qurşaq çürüyüb, tamamilə yararsız olub.

8 Onda mənə Yehovanın sözü nazil oldu: 9 «Yehova belə deyir: “Mən Yəhudanın qürurunu, Yerusəlimin yerə-göyə sığmayan təkəbbürünü beləcə məhv edəcəyəm.+ 10 Sözlərimə qulaq asmayan,+ inad edib ürəkləri istəyəni edən,+ başqa allahlara ibadət edən, səcdə qılıb qulluq edən bu mənfur xalq da tamamilə yararsız olan bu qurşaq kimi olacaq”. 11 “Mən bütün İsrail və Yəhuda evini belə bağlanan qurşaq kimi, Özümə yaxınlaşdırdım ki, Mənim xalqım,+ şərəfim-şanım,+ iftixarım olsunlar. Amma onlar Mənə itaət etmədilər”,+ — bəyan edir Yehova.

12 Onlara söylə ki, İsrailin Allahı Yehova belə deyir: “Böyük küpə şərab doldururlar”. Onlar deyəcəklər: “Məgər biz bilmirik, böyük küpə şərab doldururlar?” 13 Onda onlara deyərsən ki, Yehova belə söyləyir: “Mən bu ölkənin bütün sakinlərinə, Davudun taxtında oturan padşahlara, kahinlərə, peyğəmbərlərə, bütün Yerusəlim sakinlərinə sərxoş olanadək şərab içirəcəyəm.+ 14 Hamını — ataları, oğulları bir-birinə çırpacağam”.+ Yehova belə bəyan edir: “Heç kimə rəhm etməyəcəyəm, yazığım gəlməyəcək, acımadan hamını məhv edəcəyəm, heç nə Məni saxlamayacaq”.+

15 Eşidin, qulaq verin. Qürurlu olmayın.

Çünki Yehova danışır.

16 Nə qədər ki O, zülmət çökdürməyib,

Ala-toranlıqda dağlarda ayaqlarınız büdrəməyib

Allahınız Yehovanı şərəfləndirin.

Siz işıq gözləyəcəksiniz,

Amma O, zülmət gətirəcək,

İşığı qatı zülmətə çevirəcək.+

17 Qulaq asmasanız,

Mən qürurunuz ucbatından gizlincə ağlayacağam,

Göz yaşı tökəcəyəm, gözümün yaşı sel kimi axacaq,+

Çünki Yehovanın sürüsü+ əsir gedir.

18 Padşaha, məlikə anaya+ deyin: “Taxtdan enin,

Çünki möhtəşəm tacınız başınızdan düşəcək”.

19 Cənub şəhərlərinin darvazaları bağlıdır, açan yoxdur.

Bütün Yəhuda sürgünə gedib, hamı sürgünə aparılıb.+

20 Başını qaldırıb şimaldan gələnlərə bax.+

Hanı sənə verilən sürü? O gözəl sürü hanı?+

21 Cəzanı əzəldən ülfət bağladığın dost-aşnalardan

Alanda nə deyəcəksən?+

Məgər doğan qadıntək səni sancı tutmayacaq?+

22 Ürəyində: “Nə üçün bunlar başıma gəldi?” desən,+

Bil ki, günahlarının çoxluğundan paltarını çıxartdılar,+

Dabanların ağrıdan göynədi.

23 Kuşlu* dərisini, bəbir xallarını dəyişə bilər?+

Bunu bacarsa, onda siz, pislik etməyə alışmış xalq da

Yaxşı iş görə bilərsiniz.

24 Buna görə Mən sizi səhra küləyinin sovurduğu saman çöpü kimi səpələyəcəyəm.+

25 Budur sənə düşən püşk, sənə ayırdığım pay, — bəyan edir Yehova.

Sən Məni unutdun,+ yalana bel bağladın.+

26 Buna görə ətəyini üzünə qaldıracağam,

Eyib yerin görünəcək.+

27 Zinaların,+ şəhvətli kişnərtin,

Murdar fahişəliyin üzə çıxacaq.

Təpələrdə, çöllərdə

Sənin iyrənc hərəkətlərini gördüm.+

Vay olsun sənə, Yerusəlim!

Nə vaxta qədər çirkabdan təmizlənməyəcəksən?»+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş