Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hizqiyal 26
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hizqiyalın məzmunu

      • Sura qarşı peyğəmbərlik (1—21)

        • Torlar sərilən yer (5, 14)

        • Daşlar, torpaq suya atılacaq (12)

Hizqiyal 26:2

Çarpaz istinadlar

  • +Yl 3:4—6; Am 1:9
  • +Mrs 1:1

Hizqiyal 26:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Hər Müqəddəs Yazı» (2007), s. 7

Hizqiyal 26:4

Çarpaz istinadlar

  • +Əş 23:11; Am 1:10; Zk 9:4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Hər Müqəddəs Yazı» (2007), s. 7

Hizqiyal 26:5

Çarpaz istinadlar

  • +Hz 27:32

Hizqiyal 26:7

Çarpaz istinadlar

  • +Ər 25:9; Hz 29:18
  • +Dn 2:37
  • +Hb 1:8
  • +Ər 4:13

Hizqiyal 26:11

Çarpaz istinadlar

  • +Əş 5:28; Hb 1:8

Hizqiyal 26:12

Çarpaz istinadlar

  • +Hz 27:32, 33; 28:5, 18; Zk 9:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/1/2008 s. 23

    «Hər Müqəddəs Yazı» (2007), s. 7

Hizqiyal 26:13

Çarpaz istinadlar

  • +Əş 23:16

Hizqiyal 26:14

Çarpaz istinadlar

  • +Hz 26:4, 5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Hər Müqəddəs Yazı» (2007), s. 7

Hizqiyal 26:15

Çarpaz istinadlar

  • +Hz 27:28

Hizqiyal 26:16

Çarpaz istinadlar

  • +Hz 27:35; 32:10

Hizqiyal 26:17

Çarpaz istinadlar

  • +Hz 27:32
  • +Am 1:9, 10
  • +Hz 28:2

Hizqiyal 26:18

Çarpaz istinadlar

  • +Əş 23:5

Hizqiyal 26:19

Çarpaz istinadlar

  • +Hz 27:34

Hizqiyal 26:20

Haşiyələr

  • *

    Yaxud qəbrə.

  • *

    Hərfən: dirilər ölkəsini.

Çarpaz istinadlar

  • +Hz 28:8

Hizqiyal 26:21

Çarpaz istinadlar

  • +Hz 27:36

Digər

Hizq. 26:2Yl 3:4—6; Am 1:9
Hizq. 26:2Mrs 1:1
Hizq. 26:4Əş 23:11; Am 1:10; Zk 9:4
Hizq. 26:5Hz 27:32
Hizq. 26:7Ər 25:9; Hz 29:18
Hizq. 26:7Dn 2:37
Hizq. 26:7Hb 1:8
Hizq. 26:7Ər 4:13
Hizq. 26:11Əş 5:28; Hb 1:8
Hizq. 26:12Hz 27:32, 33; 28:5, 18; Zk 9:3
Hizq. 26:13Əş 23:16
Hizq. 26:14Hz 26:4, 5
Hizq. 26:15Hz 27:28
Hizq. 26:16Hz 27:35; 32:10
Hizq. 26:17Hz 27:32
Hizq. 26:17Am 1:9, 10
Hizq. 26:17Hz 28:2
Hizq. 26:18Əş 23:5
Hizq. 26:19Hz 27:34
Hizq. 26:20Hz 28:8
Hizq. 26:21Hz 27:36
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
Müqəddəs Kitab
Hizqiyal 26:1—21

Hizqiyal

26 On birinci ildə, ayın birinci günü mənə Yehovanın sözü nazil oldu: 2 «Bəni adəm, Sur ki Yerusəlim barəsində:+ “Nə yaxşı, xalqların darvazası sındı,+ indi hər şey mənim yolumdan gəlib keçəcək. Onun tifağı dağılıb, axır ki mən də varlanacağam!” — deyir, 3 Külli-İxtiyar Yehovanın ona sözü budur: “Ey Sur, Mən sənə qarşı qalxmışam. Dəniz çalxalanıb dalğalarını şahə qaldırdığı kimi, Mən də xalqları sənin üstünə qaldıracağam. 4 Onlar Surun divarlarını uçuracaq, bürclərini yerlə yeksan edəcəklər.+ Mən də onu çılpaq qayaya döndərənəcən torpağını qaşıyıb atacağam. 5 O, dənizin ortasında torların sərildiyi yerə çevriləcək”.+

Külli-İxtiyar Yehova belə bəyan edir: “Sur xalqların qəniməti olacaq, bunu Mən deyirəm. 6 Kəndlərinin əhalisi qılıncdan keçiriləcək, onda hamı biləcək ki, Mən Yehovayam”.

7 Külli-İxtiyar Yehova belə deyir: “Şimaldan Babil padşahı Navuxodonosoru Sura qarşı gətirəcəyəm.+ Bu şahənşah+ atları+, cəng arabaları+, süvariləri, çoxsaylı qoşunları ilə gəlib 8 kəndlərini qılıncdan keçirəcək. Sənə qarşı mühasirə divarı tikəcək, mühasirə bəndi düzəldəcək, böyük qalxan qaldıracaq. 9 Divardələnləri divarlarına zərbələr endirəcək. Bürclərini balta ilə dağıdacaq. 10 Atları o qədər çox olacaq ki, dırnaqlarından qalxan toz-duman səni bürüyəcək. O, divarları uçurdulmuş şəhərə həmlə edilən kimi sənin darvazandan daxil olanda süvarilərinin, çarxlarının, arabalarının səsindən divarların titrəyəcək. 11 Küçələrin onun atlarının tapdağı altında qalacaq.+ Sakinlərin qılıncdan keçiriləcək, əzəmətli sütunların uçub yerlə yeksan olacaq. 12 Onlar sərvətini talayacaq, mallarını qarət edəcək,+ divarlarını dağıdacaq, imarətlərini uçuracaqlar. Sonra daşlarını, taxtalarını, torpağını yığıb suya atacaqlar”.

13 “Səndə ucalan mahnı sədalarını susduracağam, çəng səsləri bir daha eşidilməyəcək.+ 14 Səni çılpaq qayaya çevirəcəyəm, torlar sərilən yerə dönəcəksən.+ Daha heç vaxt bərpa olunmayacaqsan. Bunu Mən deyirəm, Yehova”, — Külli-İxtiyar Yehova bəyan edir.

15 Külli-İxtiyar Yehovanın Sura sözü budur: “Sən süquta uğrayanda qopan səs-küydən, ölüm ayağında olanların iniltisindən, küçələrində gedən qırğından adalar titrəyəcək.+ 16 Bütün dəniz hakimləri taxtlarından düşüb libaslarını, naxışlı qiyafələrini çıxaracaq. Onları əsməcə tutacaq. Yerə çöküb əsim-əsim əsəcək, gözlərini bərəldib sənə baxacaqlar.+ 17 Sənin üstündə ağı söyləyib+ deyəcəklər:

“Ey adı dillər əzbəri, dəniz sakinlərinin məskəni şəhər, necə oldu ki, sən məhv oldun?+

Özün də, sakinlərin də dənizdə ağalıq edirdiniz,+

Yer üzünün bütün adamlarını vəhminiz basmışdı.

18 Süquta uğradığın gün adalar titrəyəcək,

Sən yoxluğa qərq olanda dənizdəki adalar yerindən oynayacaq”.+

19 Külli-İxtiyar Yehova belə deyir: “Səni viran edib kimsəsiz, boş şəhərlərin gününə salanda, əngin sulara qərq edəndə, ümman səni udanda+ 20 səni də, səninlə birlikdə çuxura* enənləri də çoxdan ölüb getmiş adamların yanına aparacağam. Səni qədim xarabalıqlar kimi, çuxura enənlər kimi, ən dərin yerə köçürəcəyəm ki,+ bir də səndə məskən salan olmasın. Onda Mən bu işıqlı dünyanı* gözəlləşdirəcəyəm.

21 Mən qəfildən üstünə dəhşət göndərəcəyəm, səni yox edəcəyəm.+ Səni axtaracaqlar, amma tapmayacaqlar”, — deyir Külli-İxtiyar Yehova».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş