Hizqiyal
29 Onuncu ilin onuncu ayının on ikinci günündə mənə Yehovanın sözü nazil oldu: 2 «Bəni-adəm, üzünü Misir hökmdarı firona tutub ona və bütün Misirə+ qarşı peyğəmbərlik et. 3 Söylə ki, Külli-İxtiyar Yehova belə deyir:
“Ey Misir hökmdarı firon,+ ey Nil arxları arasında uzanıb
“Nil mənim çayımdır,
onu mən özüm üçün yaratmışam”+
Deyən nəhəng dəniz əjdahası.+
4 Mən sənin çənənə qarmaq taxacağam, Nilin balıqlarını pulcuqlarına yapışdıracağam.
Sonra isə səni pulcuqlarına yapışan bütün Nil balıqları ilə birgə çaydan çıxaracağam.
5 Səni də, Nilin balıqlarını da səhraya atacağam.
Çölün düzündə qalacaqsınız, qalıqlarınızı yığıb-yığışdıran olmayacaq.+
Sizi vəhşi heyvanlara, quşlara yem edəcəyəm.+
6 Onda bütün misirlilər biləcək ki, Mən Yehovayam,
Çünki dar gündə onlar İsrail evi üçün saman çöpündən artıq bir şey olmadılar.+
7 Onlar əlindən yapışanda sən sınıb parçalandın,
Onların kürəyini yaraladın.
Sənə söykənəndə sındın,
Onların ayağı burxuldu”.+
8 Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Üstünə qılınc göndərib+ adamların da, heyvanların da kökünü kəsəcəyəm. 9 Misir çöl-biyabana çevriləcək.+ Onda biləcəklər ki, Mən Yehovayam. Çünki sən: “Nil mənimdir. Onu mən yaratmışam” deyirsən.+ 10 Odur ki, Mən sənə və sənin Nilinə qarşıyam. Mən Miqdoldan+ Asvana,+ Həbəş sərhədinə kimi Misiri xaraba qoyacağam,+ quraq, kimsəsiz səhraya çevirəcəyəm. 11 Ora nə bir adamın, nə də bir heyvanın ayağı dəyməyəcək.+ Qırx il orada heç kim yaşamayacaq. 12 Misiri xarabalardan da xaraba edəcəyəm. Şəhərləri qırx il viranələrdən də viranə olacaq.+ Misirliləri xalqların arasına səpələyəcəyəm, pərən-pərən edib ölkələrə yayacağam”.+
13 Külli-İxtiyar Yehovanın sözü budur: “Qırx il keçəndən sonra misirliləri səpələndikləri xalqların içindən yığacağam.+ 14 Misirli əsirləri öz ata-baba yurdları Patrosa+ gətirəcəyəm. Orada onlar zəif padşahlıq quracaqlar. 15 Misir başqa padşahlıqlardan zəif olacaq, bir də heç bir xalqın üstündə ağalıq etməyəcək.+ Onların padşahlığını elə kiçildəcəyəm ki, daha xalqları özlərinə tabe etdirə bilməyəcəklər.+ 16 Misir heç vaxt İsrail evinin güvənc yeri olmayacaq.+ Həmişə ona baxanda etdikləri xəta, kömək üçün misirlilərə üz tutduqları yadlarına düşəcək. Onda israillilər biləcəklər ki, Mən Külli-İxtiyar Yehovayam”».
17 İyirmi yeddinci ilin birinci ayının birinci günü mənə Yehovanın sözü nazil oldu: 18 «Bəni-adəm, Babil hökmdarı Navuxodonosor+ Suru tutmaq üçün ordusuna çox əziyyət verib. Heç kimin başında tük qalmayıb, çiyinlərinin dərisi soyulub. Amma Sura+ görə çəkdikləri əziyyət heç oldu, nə o, nə də ordusu bundan bir xeyir görmədi.
19 Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Misiri Babil padşahı Navuxodonosora+ verirəm. O, oranın sərvətini talayacaq, ölkəni qarət edib çoxlu qənimət toplayacaq. Bu da onun ordusunun mükafatı olacaq”.
20 Külli-İxtiyar Yehova bəyan edir: “Ona zəhmətinin haqqı olaraq Misiri verirəm, çünki Mənə görə o, Surla döyüşüb”.+
21 Həmin gün Mən İsrail evinə güc* verəcəyəm.+ Sənin isə dilini açacağam ki, onların qarşısında danışasan. Onda biləcəklər ki, Mən Yehovayam».