Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hizqiyal 31
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hizqiyalın məzmunu

      • Misirin süqutu; boy-buxunlu sidr (1—18)

Hizqiyal 31:2

Çarpaz istinadlar

  • +Ər 46:2; Hz 29:2

Hizqiyal 31:8

Çarpaz istinadlar

  • +Yr 2:8; Hz 28:12, 13

Hizqiyal 31:11

Çarpaz istinadlar

  • +Hz 30:10, 11; Hb 1:6

Hizqiyal 31:12

Çarpaz istinadlar

  • +Hz 32:5, 6

Hizqiyal 31:13

Çarpaz istinadlar

  • +Hz 29:5; 32:4

Hizqiyal 31:14

Haşiyələr

  • *

    Yaxud çuxura.

Hizqiyal 31:15

Haşiyələr

  • *

    İbr. şeol. Lüğətə bax.

Hizqiyal 31:16

Haşiyələr

  • *

    İbr. şeol. Lüğətə bax.

Çarpaz istinadlar

  • +Hz 31:9

Hizqiyal 31:17

Haşiyələr

  • *

    İbr. şeol. Lüğətə bax.

Çarpaz istinadlar

  • +Hz 30:6; 32:31
  • +Hz 32:18, 20

Hizqiyal 31:18

Çarpaz istinadlar

  • +Hz 31:9; 32:19

Digər

Hizq. 31:2Ər 46:2; Hz 29:2
Hizq. 31:8Yr 2:8; Hz 28:12, 13
Hizq. 31:11Hz 30:10, 11; Hb 1:6
Hizq. 31:12Hz 32:5, 6
Hizq. 31:13Hz 29:5; 32:4
Hizq. 31:16Hz 31:9
Hizq. 31:17Hz 30:6; 32:31
Hizq. 31:17Hz 32:18, 20
Hizq. 31:18Hz 31:9; 32:19
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
Müqəddəs Kitab
Hizqiyal 31:1—18

Hizqiyal

31 On birinci ilin üçüncü ayının birinci günündə mənə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, Misir hökmdarı firona və onun cəmi adamlarına belə de:+

“Əzəmətdə kimə bənzəyirsən?

 3 Bir aşşurlu, Livanda bitən bir sidr var idi.

O, boy-buxunlu idi, ətrafa kölgə salan sıxyarpaqlı gözəl budaqları var idi,

Başı buludlara dirənirdi.

 4 Onu sular bəslədi, dərin su qaynaqları böyütdü.

Sular ağacın dörd tərəfinə yayıldı,

Arxlar həndəvərdəki bütün ağacları suladı.

 5 Ona görə də o, bütün ağaclardan hündürə qalxdı.

Qaynaqlardakı suyun bolluğundan

Şaxə verib qollu-budaqlı oldu.

 6 Göydə uçan quşlar onun budaqlarında yuva qurardı,

Çöl heyvanları şaxələri altında balalayardı,

Böyük-böyük xalqlar kölgəsinə sığınardı.

 7 Kökləri bol sulardan su içdiyi üçün budaqları uzun,

Qaməti gözəl bir ağac oldu.

 8 Allahın bağındakı+ heç bir sidr onunla müqayisəyə gəlməzdi.

Ardıc ağaclarının budaqları onunkuna çatmazdı,

Çinar ağacları belə, onun şaxələri yanında heç nə idi.

Allahın bağındakı ağacların heç biri gözəllikdə ona tay deyildi.

 9 Mən onu yarpaqları sıx, gözəl bir ağac etdim.

Ədəndə, Allahın bağındakı bütün ağaclar ona həsəd aparardı”.

10 Külli-İxtiyar Yehova belə deyir: “O, hündürə qalxdı, başı buludlara dirəndi, boy-buxununa görə ürəyi qürurlandı. 11 Odur ki, onu xalqların qüdrətli hökmdarına təslim edəcəyəm,+ o da ona günahlarının acısını çəkdirəcək. Bədxahlığına görə Mən ondan üz çevirəcəyəm. 12 Yadellilər, xalqların ən amansızı onu kəsəcək, dağlarda atıb gedəcək, yarpaqları dərələrə səpələnəcək, budaqları sınıb yer üzünün qaynaqlarına töküləcək.+ Dünyanın bütün xalqları onun kölgəsindən çıxıb gedəcək. 13 Göydə uçan quşlar onun yerə sərilmiş gövdəsində, çöl heyvanları budaqlarında məskən salacaq.+ 14 Bu, ona görədir ki, bir də sular kənarında bitən ağac belə boy-buxun atmasın, başı buludlara dirənməsin, bol su içən ağaclardan heç biri buludlaradək ucalmasın. Onların hamısı məhv ediləcək, qəbrə* gedən bəşər övladları ilə birlikdə yerin altına gömüləcək”.

15 Külli-İxtiyar Yehova belə deyir: “Onun Məzara* endiyi gün camaatı yasa bürüyəcəyəm. Dərin su qaynaqlarının gözünü bağlayacağam, çaylarının qabağını kəsəcəyəm ki, bol sular axmasın. Bu ağaca görə Livanı zülmətə qərq edəcəyəm, meşənin bütün ağacları quruyacaq. 16 Mən onu qəbrə gedənlərlə bərabər Məzara* endirəndə onun yıxılmasından qopan gurultu xalqları lərzəyə gətirəcək. Yerin altında Ədənin bütün ağacları,+ Livanın bol suvarılan ən gözəl, ən yaxşı ağacları təskinlik tapacaq. 17 Bu ağaclar onunla, xalqlar arasında onun kölgəsində yaşayan+ havadarları ilə birgə Məzara*, qılınca tuş olanların+ yanına eniblər”.

18 “Ədəndəki hansı ağac əzəmətdə, vüqarda sənə tay olub?+ Amma sən Ədən ağacları ilə birgə yerin altına gömüləcəksən. Qılınca tuş gələn sünnətsizlərin yanında uyuyacaqsan. Bəli, fironun və onun cəmi adamlarının aqibəti belə olacaq”, — Külli-İxtiyar Yehova bəyan edir».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş