Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hizqiyal 32
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hizqiyalın məzmunu

      • Firon və Misirdən ötrü ağı (1—16)

      • Misirin sünnətsizlərlə dəfni (17—32)

Hizqiyal 32:2

Çarpaz istinadlar

  • +Əş 51:9, 10; Hz 29:3

Hizqiyal 32:4

Çarpaz istinadlar

  • +Hz 29:5

Hizqiyal 32:5

Çarpaz istinadlar

  • +Hz 31:12

Hizqiyal 32:7

Çarpaz istinadlar

  • +Əş 13:1, 10

Hizqiyal 32:9

Çarpaz istinadlar

  • +Hz 29:12; 30:26

Hizqiyal 32:11

Çarpaz istinadlar

  • +Ər 43:10, 11; 46:25, 26; Hz 30:24

Hizqiyal 32:12

Çarpaz istinadlar

  • +Hz 30:10, 11; Hb 1:6
  • +Hz 29:19

Hizqiyal 32:13

Çarpaz istinadlar

  • +Hz 30:12
  • +Hz 29:8, 11

Hizqiyal 32:15

Çarpaz istinadlar

  • +Zb 107:33, 34; Hz 29:12
  • +Hz 30:26

Hizqiyal 32:17

Haşiyələr

  • *

    Ehtimal ki, burada söhbət on ikinci aydan gedir. 1-ci ayəyə bax.

Hizqiyal 32:18

Haşiyələr

  • *

    Yaxud qəbrə.

Hizqiyal 32:20

Çarpaz istinadlar

  • +Hz 29:8

Hizqiyal 32:21

Haşiyələr

  • *

    İbr. şeol. Lüğətə bax.

Hizqiyal 32:22

Çarpaz istinadlar

  • +Əş 37:36; Zk 10:11

Hizqiyal 32:24

Çarpaz istinadlar

  • +Yr 10:22; Ər 49:34, 35

Hizqiyal 32:26

Çarpaz istinadlar

  • +Yr 10:2; Hz 38:2

Hizqiyal 32:27

Haşiyələr

  • *

    İbr. şeol. Lüğətə bax.

  • *

    Ehtimal ki, burada söhbət ehtiram əlaməti olaraq, qılıncı ilə birlikdə dəfn olunan cəngavərlərdən gedir.

Hizqiyal 32:29

Çarpaz istinadlar

  • +Yr 25:30; Əş 34:5; Hz 25:12, 13; Am 1:11; Əb 1; Ml 1:4
  • +Ər 9:25, 26

Hizqiyal 32:30

Çarpaz istinadlar

  • +Yr 10:15; Hz 28:21

Hizqiyal 32:31

Çarpaz istinadlar

  • +Hz 31:16

Digər

Hizq. 32:2Əş 51:9, 10; Hz 29:3
Hizq. 32:4Hz 29:5
Hizq. 32:5Hz 31:12
Hizq. 32:7Əş 13:1, 10
Hizq. 32:9Hz 29:12; 30:26
Hizq. 32:11Ər 43:10, 11; 46:25, 26; Hz 30:24
Hizq. 32:12Hz 30:10, 11; Hb 1:6
Hizq. 32:12Hz 29:19
Hizq. 32:13Hz 30:12
Hizq. 32:13Hz 29:8, 11
Hizq. 32:15Zb 107:33, 34; Hz 29:12
Hizq. 32:15Hz 30:26
Hizq. 32:20Hz 29:8
Hizq. 32:22Əş 37:36; Zk 10:11
Hizq. 32:24Yr 10:22; Ər 49:34, 35
Hizq. 32:26Yr 10:2; Hz 38:2
Hizq. 32:29Yr 25:30; Əş 34:5; Hz 25:12, 13; Am 1:11; Əb 1; Ml 1:4
Hizq. 32:29Ər 9:25, 26
Hizq. 32:30Yr 10:15; Hz 28:21
Hizq. 32:31Hz 31:16
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
Müqəddəs Kitab
Hizqiyal 32:1—32

Hizqiyal

32 On ikinci ilin on ikinci ayının birinci günündə mənə yenə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, Misir hökmdarı firon barədə ağı oxu və ona söylə:

“Sən xalqlar arasında güclü gənc aslan idin,

Amma səsin kəsildi.

Sən dəniz əjdahasına+ bənzəyirdin, çayları çalxalayırdın,

Suları ayaqlarınla bulandırırdın, çayların suyunu çirkləndirirdin”.

 3 Külli-İxtiyar Yehova belə deyir:

“Xalqları toplayacağam, üstünə torumu atacaqlar,

Torumla səni yaxalayacaqlar.

 4 Səni quruya atacağam,

Çöl-biyabanda buraxıb gedəcəyəm.

Bütün göy quşlarını üstünə salacağam.

Yerin bütün vəhşi heyvanlarını sənin ətinlə doyuracağam.+

 5 Cismini tikə-parça edib dağlara səpələyəcəyəm,

Dərələri cəsədinin qalıqları ilə dolduracağam.+

 6 Mən torpağı şoralanan qanınla sulayacağam, qan dağlara qalxacaq,

Çaylar qana boyanacaq”.

 7 “Səni məhv edəndə göyün üzünə örtük çəkəcəyəm, ulduzların işığını söndürəcəyəm,

Günəşi buludların arxasında gizlədəcəyəm,

Ay nurunu saçmayacaq.+

 8 Göydə parlayan bütün səma cisimlərini sənə görə zülmətə qərq edəcəyəm,

Ölkəni qatı qaranlıq bürüyəcək”, — Külli-İxtiyar Yehova bəyan edir.

 9 “Mən sənin təbəələrini xalqlara əsir edəndə,

Tanımadığın ölkələrə göndərəndə neçə-neçə xalqın canına vəlvələ düşəcək.+

10 Neçə-neçə xalqı sarsıdacağam,

Hökmdarlarının önündə qılınc oynadanda qorxudan əsim-əsim əsəcəklər.

Süqut edəcəyin gün

Canının qorxusundan hər kəsin dişi-dişinə dəyəcək”.

11 Külli-İxtiyar Yehova belə deyir:

“Babil padşahı üstünüzə qılınc çəkəcək.+

12 Cəmi adamlarını cəngavərlərin,

Xalqların ən amansız döyüşçülərinin qılıncına yem edəcəyəm.+

Onlar Misirin iftixarını ayaqlar altına atacaqlar, sakinlərini qıracaqlar.+

13 Heyvanlarını bol sular kənarında tələf edəcəyəm,+

Bir də nə insan ayağı, nə də heyvan dırnağı suları bulandırmayacaq”.+

14 Külli-İxtiyar Yehova bəyan edir: “O vaxt Mən onların sularını duruldacağam,

Çayları yağ kimi süzüləcək”.

15 “Misiri çöl-biyabana, varından, yoxundan məhrum olmuş ölkəyə çevirəcəyəm,+

Sakinlərini qıracağam,

Onda biləcəklər ki, Mən Yehovayam.+

16 Bu, ağıdır, hamı bu ağını oxuyacaq.

Xalqların qız-qadınları Misir üçün,

Onun bütün xalqı üçün bu ağını deyəcək”, — Külli-İxtiyar Yehova bəyan edir».

17 On ikinci il, ayın on beşinci günündə* mənə yenə Yehovanın sözü nazil oldu: 18 «Ey bəni-adəm, Misir xalqından ötrü ağla, onun və qüdrətli xalqların adamlarının çuxura* gedənlərlə bərabər yerin altına gömüləcəyini car çək.

19 “Gözəllikdə kimdən üstünsən? Yerin dibinə gir, sünnətsizlərlə yan-yana uzan!”

20 “Misirlilər qılıncdan keçirilənlərin yanında sərilib qalacaqlar.+ Misir qılıncın ağzına verilib. Onu xalqı ilə bərabər sürüyün.

21 Cəngavərlər Məzarın* dibindən fironu və ona arxa olanları səsləyəcək. Onlar qılıncdan keçirilib yerin altına enəcəklər, sünnətsizlər kimi uyuyacaqlar. 22 Aşşur bütün icması ilə oradadır. Onun hər tərəfi qəbirdir, orada yatanların hamısı qılıncdan gəbərib.+ 23 Qəbirləri çuxurun lap dibindədir. İcması onun qəbrinin yan-yörəsindədir, bəli, hamısı qılınca yem olub. Çünki dirilər diyarında yaşayanları vahiməyə salmışdılar.

24 Elam+ oradadır, bütün xalqı da onun qəbrinin ətrafındadır. Hamısı qılınca yem olub, sünnət olunmadan yerin altına enib. Onlar dirilər diyarını vahiməyə salmışdılar, indi isə qəbrə gedənlərlə bərabər xəcil olacaqlar. 25 Gəbərənlərin arasında, xalqının içində ona yataq hazırlayıblar. Bütün xalqı onun qəbrinin həndəvərindədir. Hamısı sünnətsizdir. Dirilər diyarını vahiməyə saldıqlarına görə qılıncdan keçiriliblər. Onlar qəbrə gedənlərlə bərabər xəcil olacaqlar. Elam gəbərənlərin yanına qoyulub.

26 Məşəq, Tubal+ və xalqları oradadır. Qəbirləri öz padşahlarının ətrafındadır. Hamısı sünnətsizdir. Dirilər diyarını vahiməyə saldıqlarına görə qılınca tuş gəliblər. 27 Məgər onlar öldürülmüş, yaraq-yasaqla Məzara* enmiş sünnətsiz cəngavərlərlə yanaşı yatmayacaq? Qılınclarını başları altına qoyacaqlar*. Etdikləri günahların cəzasını sümükləri çəkəcək. Çünki bu cəngavərlər dirilər diyarını vahiməyə salıblar. 28 Sən də sünnətsizlərin arasında məhv ediləcəksən və qılıncla gəbərənlərin yanında uzanacaqsan.

29 Ədum+, onun hökmdarları və əmirləri oradadır. Qüdrətli olsalar da, qılıncla gəbərənlərin arasına qoyuldular. Onlar da sünnətsizlərlə+, çuxura gedənlərlə yanaşı yatacaqlar.

30 Şimaldakı bütün rəhbərlər qüdrəti ilə hamının gözünün odunu alan, amma öldürülənlərlə bərabər xəcalət içində yerin altına gömülən sidonlularla+ birgə oradadırlar. Sünnət olunmadan yerin altına eniblər. Onlar qılıncla gəbərənlərin yanında uzanacaqlar və çuxura gedənlərlə bərabər xəcil olacaqlar.

31 Firon bunlara baxacaq və xalqının başına gəlmiş müsibətlərə görə toxtaqlıq tapacaq.+ Firon bütün ordusu ilə qılıncdan keçiriləcək”, — Külli-İxtiyar Yehova bəyan edir.

32 “Çünki o, dirilər diyarında yaşayanları vahiməyə saldı. Firon və onun xalqı sünnətsizlərlə, qılınca tuş gələnlərlə bərabər uyuyacaq”, — Külli-İxtiyar Yehova bəyan edir».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş