Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hizqiyal 35
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hizqiyalın məzmunu

      • Sair dağlarına qarşı peyğəmbərlik (1—15)

Hizqiyal 35:2

Çarpaz istinadlar

  • +Yr 32:3; Qn 2:5
  • +Ər 49:8; Mrs 4:22; Hz 25:8, 9; Əb 1

Hizqiyal 35:3

Çarpaz istinadlar

  • +Hz 25:12, 13

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Hər Müqəddəs Yazı» (2007), s. 7

Hizqiyal 35:4

Çarpaz istinadlar

  • +Yl 3:19; Ml 1:3

Hizqiyal 35:5

Çarpaz istinadlar

  • +Yr 27:41; Am 1:11
  • +Zb 137:7; Əb 10

Hizqiyal 35:6

Çarpaz istinadlar

  • +Əb 15
  • +Hz 25:14

Hizqiyal 35:7

Çarpaz istinadlar

  • +Hz 25:13

Hizqiyal 35:9

Çarpaz istinadlar

  • +Ər 49:17, 18; Hz 25:13; Ml 1:4

Hizqiyal 35:10

Çarpaz istinadlar

  • +Hz 36:5; Əb 13

Hizqiyal 35:11

Çarpaz istinadlar

  • +Am 1:11

Hizqiyal 35:13

Çarpaz istinadlar

  • +Əb 3

Hizqiyal 35:15

Çarpaz istinadlar

  • +Mrs 4:21; Əb 12, 15
  • +Əş 34:5; Hz 25:12, 13; 36:5

Digər

Hizq. 35:2Yr 32:3; Qn 2:5
Hizq. 35:2Ər 49:8; Mrs 4:22; Hz 25:8, 9; Əb 1
Hizq. 35:3Hz 25:12, 13
Hizq. 35:4Yl 3:19; Ml 1:3
Hizq. 35:5Yr 27:41; Am 1:11
Hizq. 35:5Zb 137:7; Əb 10
Hizq. 35:6Əb 15
Hizq. 35:6Hz 25:14
Hizq. 35:7Hz 25:13
Hizq. 35:9Ər 49:17, 18; Hz 25:13; Ml 1:4
Hizq. 35:10Hz 36:5; Əb 13
Hizq. 35:11Am 1:11
Hizq. 35:13Əb 3
Hizq. 35:15Mrs 4:21; Əb 12, 15
Hizq. 35:15Əş 34:5; Hz 25:12, 13; 36:5
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
Müqəddəs Kitab
Hizqiyal 35:1—15

Hizqiyal

35 Yenə də mənə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, üzünü Sair+ dağlıq bölgəsinə tutub ona qarşı peyğəmbərlik et.+ 3 Ona söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey Sair dağları, Mən sizə qarşıyam, əlimi qaldırıb sizi viranəliyə çevirəcəyəm.+ 4 Şəhərlərinizi xaraba qoyacağam, özünüzsə viranəliyə çevriləcəksiniz,+ onda biləcəksiniz ki, Mən Yehovayam. 5 Çünki ədavətiniz səngimədi,+ siz israilliləri dar gündə, son cəzalarını alanda qılınca verdiniz”.+

6 “Buna görə də varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — sizi qırğına hazırlayacağam, qırğın sizi qarabaqara izləyəcək.+ Madam ki qana nifrət etdiniz, ölüm sizi girləyəcək.+ 7 Ey Sair, səni çöl-biyabana döndərəcəyəm,+ sənin torpağından gedib-gələnin ayağını kəsəcəyəm. 8 Sənin dağlarını cəsədlər örtəcək, qılınca tuş gələnlərin meyiti dərələrə, təpələrə sərilib qalacaq, çayları dolduracaq. 9 Səni əbədilik xarabazara döndərəcəyəm. Şəhərlərində bir də məskən salan olmayacaq.+ Onda biləcəksiniz ki, Mən Yehovayam”.

10 Yehova orada ola-ola sən dedin: “Bu iki xalq, bu iki məmləkət mənim olacaq, ikisinə də sahib olacağam”.+ 11 Ona görə Külli-İxtiyar Yehova belə deyir: “Varlığıma and olsun, sənə onlara bəslədiyin kin-küdurətin, qəzəb və paxıllığın əvəzini verəcəyəm.+ Sənə hökm çıxaranda Özümü onlara tanıdacağam. 12 Onda biləcəksən ki, Mən Yehova sənin İsrail dağlarını təhqir etdiyini, “onlar viranə qalıb, şikarımdır” dediyini eşitmişəm. 13 Siz əleyhimə danışırdınız, lovğalanıb boş-boş sözlər deyirdiniz.+ Mən isə bunların hamısını eşidirdim”.

14 Külli-İxtiyar Yehova belə deyir: “Sizi xarabalığa çevirəndə bütün dünya sevinəcək. 15 Siz ki, ey Sair dağları, İsrail evinin irsi xaraba qalanda sevindiniz, Mən də sizin başınıza eyni şeyi gətirəcəyəm:+ xarabalığa çevriləcəksiniz. Bəli, bütün Ədumun+ aqibəti belə olacaq. Onda biləcəklər ki, Mən Yehovayam”».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş