Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Hizqiyal 21
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Hizqiyalın məzmunu

      • Allah qılıncını sıyırır (1—17)

      • Babil Yerusəlimə hücum edəcək (18—24)

      • İsrailin rəhbəri cəzasını alacaq (25—27)

        • «Tacı başından götür» (26)

        • Qanuni sahibi gələnədək (27)

      • Əmunilərə qarşı qılınc (28—32)

Hizqiyal 21:2

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 53

Hizqiyal 21:3

Çarpaz istinadlar

  • +Lav 26:33

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 53

    «Gözətçi qülləsi»,

    1/7/2007 s. 20

Hizqiyal 21:5

Çarpaz istinadlar

  • +Ər 23:20

Hizqiyal 21:6

Çarpaz istinadlar

  • +Əş 22:4; Ər 4:19; Hz 9:8

Hizqiyal 21:7

Haşiyələr

  • *

    Yəni qorxudan özlərini isladacaqlar.

Çarpaz istinadlar

  • +Hz 7:15—17

Hizqiyal 21:9

Çarpaz istinadlar

  • +Əş 66:16; Ər 12:12; Am 9:4

Hizqiyal 21:10

Haşiyələr

  • *

    Yəni Yehovanın qılıncı.

Çarpaz istinadlar

  • +Yr 49:10; 2İş 7:12, 14

Hizqiyal 21:11

Çarpaz istinadlar

  • +Ər 25:9; 51:20

Hizqiyal 21:12

Çarpaz istinadlar

  • +Hz 9:8; Mi 1:8
  • +Hz 19:1

Hizqiyal 21:13

Çarpaz istinadlar

  • +Ər 6:27
  • +2Pd 25:7; Hz 19:14; 21:26

Hizqiyal 21:14

Çarpaz istinadlar

  • +2Pd 25:1, 2

Hizqiyal 21:15

Çarpaz istinadlar

  • +Hz 21:7

Hizqiyal 21:17

Çarpaz istinadlar

  • +Əş 1:24; Hz 5:13; 16:42

Hizqiyal 21:20

Çarpaz istinadlar

  • +Ər 49:2; Hz 25:5; Am 1:14
  • +2İş 5:9; 2Sm 26:9; 32:2, 5; 33:1, 14

Hizqiyal 21:22

Çarpaz istinadlar

  • +Ər 32:24; 52:4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/7/2007 s. 20

Hizqiyal 21:23

Haşiyələr

  • *

    Yəni Yerusəlim sakinləri.

Çarpaz istinadlar

  • +2Sm 36:11, 13; Hz 17:13
  • +2Pd 25:6, 7

Hizqiyal 21:25

Çarpaz istinadlar

  • +2Sm 36:11, 13; Ər 24:8; 52:1, 2; Hz 17:19

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 80

Hizqiyal 21:26

Çarpaz istinadlar

  • +2Pd 25:5—7; Ər 52:8, 11; Hz 12:12, 13
  • +Hz 21:13
  • +Zb 75:7; Dn 4:17
  • +Dn 4:37; Lk 21:24

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 89

Hizqiyal 21:27

Çarpaz istinadlar

  • +Yr 49:10; Zb 89:3, 4; 110:1; Əş 9:6; 11:10; Lk 1:32, 33; Vh 5:5
  • +Zb 2:6, 8; Dn 7:13, 14; Lk 22:29

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Pak ibadət», s. 88, 89—90

    «Gözətçi qülləsi»,

    1/8/2007 s. 27

Hizqiyal 21:31

Çarpaz istinadlar

  • +Hz 25:5

Hizqiyal 21:32

Çarpaz istinadlar

  • +Ər 49:2, 3

Digər

Hizq. 21:3Lav 26:33
Hizq. 21:5Ər 23:20
Hizq. 21:6Əş 22:4; Ər 4:19; Hz 9:8
Hizq. 21:7Hz 7:15—17
Hizq. 21:9Əş 66:16; Ər 12:12; Am 9:4
Hizq. 21:10Yr 49:10; 2İş 7:12, 14
Hizq. 21:11Ər 25:9; 51:20
Hizq. 21:12Hz 9:8; Mi 1:8
Hizq. 21:12Hz 19:1
Hizq. 21:13Ər 6:27
Hizq. 21:132Pd 25:7; Hz 19:14; 21:26
Hizq. 21:142Pd 25:1, 2
Hizq. 21:15Hz 21:7
Hizq. 21:17Əş 1:24; Hz 5:13; 16:42
Hizq. 21:20Ər 49:2; Hz 25:5; Am 1:14
Hizq. 21:202İş 5:9; 2Sm 26:9; 32:2, 5; 33:1, 14
Hizq. 21:22Ər 32:24; 52:4
Hizq. 21:232Sm 36:11, 13; Hz 17:13
Hizq. 21:232Pd 25:6, 7
Hizq. 21:252Sm 36:11, 13; Ər 24:8; 52:1, 2; Hz 17:19
Hizq. 21:262Pd 25:5—7; Ər 52:8, 11; Hz 12:12, 13
Hizq. 21:26Hz 21:13
Hizq. 21:26Zb 75:7; Dn 4:17
Hizq. 21:26Dn 4:37; Lk 21:24
Hizq. 21:27Yr 49:10; Zb 89:3, 4; 110:1; Əş 9:6; 11:10; Lk 1:32, 33; Vh 5:5
Hizq. 21:27Zb 2:6, 8; Dn 7:13, 14; Lk 22:29
Hizq. 21:31Hz 25:5
Hizq. 21:32Ər 49:2, 3
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
Müqəddəs Kitab
Hizqiyal 21:1—32

Hizqiyal

21 Mənə yenə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, üzünü Yerusəlimə tut və müqəddəs yerlərin əleyhinə car çək, İsrail ölkəsinə qarşı peyğəmbərlik et. 3 İsrail ölkəsinə söylə ki, Yehova belə deyir: “Mən sənə qarşıyam, qılıncımı qınından çıxaracağam,+ ağına-bozuna baxmayıb hamını qıracağam. 4 Nə yaxşıya baxacağam, nə yamana. Qılıncım qınından çıxıb şimaldan tutmuş cənubadək hamını qıracaq. 5 Hamı biləcək ki, Mən Yehova qılıncımı qınından çıxarmışam; o, geri, qınına qayıtmayacaq”.+

6 Sən isə, bəni-adəm, dəhşət içində ah çək. Onların gözü qabağında acı-acı içini çək.+ 7 Soruşsalar, niyə ah çəkirsən, de ki, “aldığım xəbərə görə”. Bu, mütləq gələcək. O zaman hər kəsin ürəyi qorxudan əsim-əsim əsəcək, əlləri yanına düşəcək, heç kimdə taqət qalmayacaq, hamının dizindən su axacaq*.+ “Müsibət mütləq gələcək, mütləq olacaq”, — Külli-İxtiyar Yehova bəyan edir».

8 Yehovanın sözü mənə yenə nazil oldu: 9 «Ey bəni-adəm, peyğəmbərlik edib de ki, Külli-İxtiyar Yehova belə söyləyir: “Qılınc, qılınc!+ — deyə haray sal. — O artıq itilənib və cilalanıb. 10 O itilənib ki, qanlar töksün, cilalanıb ki, şimşək kimi çaxsın”».

«Məgər biz sevinməli deyilik?»

«“O*, oğlumun hökmdar əsasını da adi ağac kimi kəsməyəcəkmi?+

11 Qılınc cilalanmağa verilib ki, onu ələ götürsünlər. İtilənib cilalanıb ki, cəlladın əlinə verilsin.+

12 Ey bəni-adəm, ağlayıb fəryad qopar,+ çünki qılınc xalqımın üstünə gəlir. O, İsrailin bütün başçılarına+ qarşı qalxıb. Onlar da xalqımla birlikdə qılıncın qurbanı olacaqlar. Buna görə də dizinə döy. 13 Qılınc sınaqdan keçirilib,+ gör indi o, əsanı doğrasa, necə olacaq! Onun izi-tozu da qalmayacaq”,+ — deyir Külli-İxtiyar Yehova.

14 Sən isə, ey bəni-adəm, peyğəmbərlik et, əlini əlinə vurub üç dəfə “qılınc!” de. Bu qılınc qanlar axıdan, qırğınlar törədən, onları üzük kimi mühasirəyə alan qılıncdır.+ 15 Qorxudan çoxlarında ürək qalmayacaq,+ xeyli adam şəhər darvazalarının ağzında həlak olacaq. Bu qılıncla müsibət edəcəyəm. Bəli, o, şimşək kimi çaxır, kəsib-doğramaq üçün cilalanıb. 16 Sağa-sola zərbələr endir. Tiyən hansı tərəfə baxırsa, ora da get! 17 Mən də əlimi əlimə vurub hirsimi boşaldacağam.+ Bunu Mən Yehova deyirəm».

18 Mənə yenə Yehovanın sözü nazil oldu: 19 «Sən, ey bəni-adəm, Babil hökmdarının qılıncı üçün iki yol cız. Yolların ikisi də eyni ölkədən başlasın. Yolun haçalandığı, iki şəhərə gedən yollara ayrıldığı yerdə nişan qoy. 20 Yolun birini əmunilərin Rabbah+ şəhərinin, o birini Yəhudanın, istehkamlı Yerusəlim+ şəhərinin üstünə gedən qılınc üçün nişanla. 21 Çünki Babil padşahı fal açmaq üçün iki yol ayrıcında dayanıb oxları silkələyir, bütlərindən məsləhət alır, qaraciyərlə fala baxır. 22 Sağ əlindəki falın cavabı onu Yerusəlimə yönəldir: ora divardələnlər aparmağı, qırğın əmri verməyi, döyüş nidaları ucaltmağı, darvazaları qırmaq üçün divardələnlər hazırlamağı, mühasirə bəndi düzəltməyi, mühasirə divarı tikməyi göstərir.+ 23 Ancaq onlara and içənlər* bu falı yalan hesab edəcək.+ Lakin o, onların günahını yadından çıxarmayıb, odur ki, onları əsir aparacaq.+

24 Buna görə də Külli-İxtiyar Yehova belə deyir: “Siz asiliyinizin üstünü açdınız, hərəkətlərinizlə günahlarınızı aşkara çıxardınız. Bununla təqsirinizi yada saldınız. İndi ki yada düşdünüz, mütləq əsir aparılacaqsınız”.

25 Ey İsrailin ölümcül yaralanmış mənfur rəhbəri,+ sənin vaxtın çatıb, son cəzan yetişib. 26 Külli-İxtiyar Yehova belə deyir: “Çalmanı çıxart, tacı başından götür.+ Daha belə davam etməyəcək.+ Alçaqda olanı yüksəlt,+ yüksəkdə olanı alçalt.+ 27 Məhv, məhv, məhv edəcəyəm! Qanuni sahibi gələnədək+ o, heç kimin olmayacaq. Onu qanuni sahibinə verəcəyəm”.+

28 Bəni-adəm, peyğəmbərlik edib de ki, Külli-İxtiyar Yehova əmunilər və onların təhqiramiz sözləri haqda belə deyir: “Qılınc! Qılınc! — deyə haray sal. — O, qınından çıxarılıb ki, qanlar töksün, cilalanıb ki, şimşək kimi çaxıb məhv etsin. 29 Sizin barənizdəki boş vəhylərə, yalan fallara baxmayaraq, siz vaxtı çatmış, son cəzası yetişmiş şər adamların cəsədləri üstünə yığılacaqsınız. 30 Qılınc qınına qayıdacaq. Sizi yaradıldığınız yerdə, əslinizin mənsub olduğu yerdə mühakimə edəcəyəm. 31 Qəzəbimi üstünüzə tökəcəyəm, atəş püskürən qeyzimi üstünüzə üfürəcəyəm, sizi vəhşilərin, vurub-yıxmağa vərdiş edən adamların əlinə verəcəyəm.+ 32 Oda yem olacaqsınız,+ qanınız ölkədə axıb töküləcək. Bir də heç kimin yadına düşməyəcəksiniz. Bunu Mən Yehova deyirəm”».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş