Huşə
4 Ey İsrail xalqı, Yehovanın sözünü dinlə.
Yehova bu diyarın sakinləri ilə haqq-hesab çəkəcək.+
Çünki bu məmləkətdə nə həqiqət var, nə xeyirxahlıq, burada Allahı tanımırlar.+
3 Buna görə diyar yas tutacaq,+
Buranın sakinləri haldan düşəcək.
Çöl heyvanları, göydəki quşlar,
Hətta dənizdəki balıqlar tələf olacaq.
4 «Qoy heç kəs mübahisə etməsin, biri digərini danlamasın,+
Çünki xalqın kahinlə söz güləşdirənlərə oxşayır.+
5 Sən günün günorta çağı büdrəyəcəksən,
Gecə imiş kimi peyğəmbər də səninlə birgə büdrəyəcək.
Sənin ananı məhv edəcəyəm.
6 Xalqım Məni tanımadığı üçün məhv olacaq.
Madam ki sən biliyi rədd etdin,+
Mən də səni bir kahinim kimi rədd edəcəyəm.
Madam ki Allahının qanununu unutdun,+
Mən də sənin övladlarını unudacağam.
7 Kahinlər çoxaldıqca, Mənə qarşı günahlarını da çoxaltdılar.+
Mən onların şərəfini bişərəfliyə çevirəcəyəm*.
8 Onlar xalqımın günahı ilə bəslənir,
Onun cinayət etməsini arzulayırlar.
9 Kahinin başına gələn xalqın da başına gələcək,
Tutduqları yola görə onlardan haqq-hesab soracağam,
Əməllərinin əvəzini verəcəyəm.+
10 Yeyəcəklər, lakin doymayacaqlar.+
Pozğunluq edəcəklər, lakin artmayacaqlar.+
Çünki Yehovaya etina etmədilər.
12 Mənim xalqım taxta bütlərinə müraciət edir,
Əsalarının* sözü ilə oturub-dururlar.
Çünki pozğunluq ruhu onları yoldan çıxarır,
Pozğunluqlarına görə öz Allahlarına tabe olmurlar.
13 Dağların başında qurban kəsirlər,+
Təpələrdə, palıd, ayıfındığı ağaclarının, hər iri ağacın altında+
Qurban tüstüsü təqdim edirlər,
Çünki onların gözəl kölgəsi var.
Buna görə qızlarınız fahişəlik,
Gəlinləriniz zina edir.
14 Mən qız-gəlinlərinizdən fahişəlik,
Zina etdikləri üçün hesabat sormayacağam.
Çünki kişiləriniz fahişələrlə xəlvətə çəkilir,
Məbəd fahişələrilə birgə qurban gətirirlər.
Bu cür düşüncəsiz xalq+ məhv olacaq.
16 İsrail tərs inək kimi inad edir.+
Heç Yehova onları toğlu kimi geniş otlaqda otarar?
17 Əfraim bütlərdən yapışıb.+
Eybi yox!
18 Pivələri qurtaranda
Pozğunluğa qurşanırlar.
Onların başçıları binamusluğu sevir.+
19 Külək onu qanadları ilə sovuracaq.
Qurbanlarından ötrü xəcalət çəkəcəklər».