Huşə
O, bizi yaraladı, O da yaralarımızı sarıyacaq.
2 O, iki gündən sonra bizi dirçəldəcək.
Üçüncü gün ayağa qaldıracaq
Biz Onun hüzurunda yaşayacağıq.
3 Gəlin Yehovanı tanıyaq, Onu tanımağa can ataq.
O, sübh şəfəqi kimi çıxacaq, hökmən çıxacaq.
O, bizə tərəf leysan kimi,
Torpağı doyuran yaz yağışı kimi gələcək».
4 «Ey Əfraim, səninlə nə edim?
Ey Yəhuda, bəs səninlə nə edim?
Axı xeyirxahlığınız səhər dumanına bənzəyir,
Şeh kimi tez yox olur.
Hökmlər üzərinizdə işıq kimi parlayacaq.+
7 Onlar isə fani insan olduqları üçün əhdi pozdular,+
Orada Mənə xəyanət etdilər.
9 Kahin dəstəsi adam soymaq üçün pusqu quran quldur dəstəsi kimidir.
Sihama+ gedən yolda qətl törədirlər,
Çünki abır-həyalarını itiriblər.
10 İsrail evində dəhşətli bir şey gördüm.
11 Ey Yəhuda, sənin biçin günün təyin edilib,
O zaman xalqımı əsirlikdən qaytaracağam».+