Yuil
1 Fətuil oğlu Yuilə* Yehovanın sözü nazil oldu:
2 «Eşidin, ey ağsaqqallar!
Ey ölkə sakinləri, qulaq asın!
Sizin dövrünüzdə,
Yaxud ata-babalarınızın dövründə belə bir şey olubmu?+
3 Bunu övladlarınıza danışın,
Övladlarınız öz övladlarına,
Onların övladları da qoy sonrakı nəslə danışsın.
4 Yeyib məhv edən çəyirtkədən qalanı çəyirtkə sürüsü yedi,+
Çəyirtkə sürüsündən qalanı qanadsız çəyirtkə yedi,
Qanadsız çəyirtkədən qalanı acgöz çəyirtkə yedi.+
5 Ayılın, ey sərxoşlar,+ acı-acı ağlayın!
Ey şərab düşkünləri, nalə çəkin,
Şirin şərabı ağzınızdan çəkib aldılar.+
6 Mənim torpağıma güclü, saysız-hesabsız bir xalq gəldi.+
Onun dişləri aslan dişi,+ çənəsi aslan çənəsidir.
7 O, üzüm tənəyimi zay etdi, əncir ağacımdan quru kötük qaldı,
Onların qabığını soyub tulladı,
Budaqları çıl-çılpaq qaldı.
8 Gənclik illərinin nişanlısını* itirmiş,
Çul geyinmiş qız kimi şivən qopar.
9 Yehovanın evindən taxıl təqdiməsi,+ şərab təqdiməsi+ kəsildi.
Kahinlər, Yehovanın qulluqçuları yas tutur.
11 Əkinçilər təlaş keçirir, bağbanlar ağlayır,
Sahələrdə nə buğda, nə arpa var,
Məhsul yoxa çıxıb.
12 Üzüm tənəyi quruyub,
Əncir ağacı solub.
Ey Allahımın qulluqçuları, gəlin, gecəni çul içində keçirin!
Çünki Allahınızın evinə taxıl+ və şərab təqdimələri+ gətirilmir.
14 Oruc elan edin; təntənəli yığıncaq çağırın.+
Ağsaqqalları, bütün ölkə sakinlərini Allahınız Yehovanın evinə toplayın,+
Yehovadan imdad diləyin.
15 Vay, o gün gəlir!
Yehovanın günü yaxındır,+
Qüdrət Sahibindən fəlakət kimi gəlir o gün!
16 Axı gözümüzün önündən yeməklər,
Allahımızın evindən sevinc, şadlıq yox olub.
17 Kürək altındakı toxumlar* bürüşüb.
Anbarlar bomboş qalıb.
Taxıl anbarları dağıdılıb, çünki məhsul olmayıb.
18 Hətta mal-qara zar-zar zarıyır,
Naxırlar pərən-pərən düşüb, örüş tapmırlar.
Sürülər zülüm çəkir.
19 Səni, ey Yehova, Səni çağıracağam!+
Çünki çöllükdəki otlaqları od qarsıdıb,
Çöldəki ağacları alov yandırıb kül edib.
20 Çöl heyvanları da Səni həsrətlə gözləyir,
Çünki çaylar quruyub,
Çöllükdəki otlaqları od yandırıb-yaxıb».