Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yuil 1
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Yuilin məzmunu

      • Həşərat basqını (1—14)

      • Yehovanın günü yaxındır (15—20)

        • Peyğəmbər Yehovanı çağırır (19, 20)

Yuil 1:1

Haşiyələr

  • *

    Mənası: Yehova Allahdır.

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/11/2007 s. 6

Yuil 1:2

Çarpaz istinadlar

  • +Yl 2:2

Yuil 1:4

Çarpaz istinadlar

  • +Çx 10:14, 15
  • +Yl 2:25

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    4/2020 s. 2—3

Yuil 1:5

Çarpaz istinadlar

  • +Əş 28:1; Am 6:6
  • +Qn 28:39

Yuil 1:6

Çarpaz istinadlar

  • +Yl 2:2
  • +Vh 9:7, 8

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    4/2020 s. 2—3

Yuil 1:8

Haşiyələr

  • *

    Yaxud ərini.

Yuil 1:9

Çarpaz istinadlar

  • +Lav 2:1
  • +Çx 29:40

Yuil 1:10

Çarpaz istinadlar

  • +Lav 26:20
  • +Qn 28:39, 40

Yuil 1:12

Çarpaz istinadlar

  • +Lav 26:20

Yuil 1:13

Haşiyələr

  • *

    Yaxud sinənizi döyün.

Çarpaz istinadlar

  • +Çx 30:19, 20
  • +Lav 2:1
  • +Çx 29:40

Yuil 1:14

Çarpaz istinadlar

  • +Yl 2:15
  • +2Sm 20:3, 13

Yuil 1:15

Çarpaz istinadlar

  • +Yl 2:1; Sf 1:7, 14; 2:2; 2Bt 3:10; Vh 6:16, 17

Yuil 1:17

Haşiyələr

  • *

    Digər variant: əncir qurusu.

Yuil 1:19

Çarpaz istinadlar

  • +Mi 7:7; Hb 3:18

Digər

Yuil 1:2Yl 2:2
Yuil 1:4Çx 10:14, 15
Yuil 1:4Yl 2:25
Yuil 1:5Əş 28:1; Am 6:6
Yuil 1:5Qn 28:39
Yuil 1:6Yl 2:2
Yuil 1:6Vh 9:7, 8
Yuil 1:9Lav 2:1
Yuil 1:9Çx 29:40
Yuil 1:10Qn 28:39, 40
Yuil 1:10Lav 26:20
Yuil 1:12Lav 26:20
Yuil 1:13Çx 30:19, 20
Yuil 1:13Lav 2:1
Yuil 1:13Çx 29:40
Yuil 1:14Yl 2:15
Yuil 1:142Sm 20:3, 13
Yuil 1:15Yl 2:1; Sf 1:7, 14; 2:2; 2Bt 3:10; Vh 6:16, 17
Yuil 1:19Mi 7:7; Hb 3:18
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
Müqəddəs Kitab
Yuil 1:1—20

Yuil

1 Fətuil oğlu Yuilə* Yehovanın sözü nazil oldu:

 2 «Eşidin, ey ağsaqqallar!

Ey ölkə sakinləri, qulaq asın!

Sizin dövrünüzdə,

Yaxud ata-babalarınızın dövründə belə bir şey olubmu?+

 3 Bunu övladlarınıza danışın,

Övladlarınız öz övladlarına,

Onların övladları da qoy sonrakı nəslə danışsın.

 4 Yeyib məhv edən çəyirtkədən qalanı çəyirtkə sürüsü yedi,+

Çəyirtkə sürüsündən qalanı qanadsız çəyirtkə yedi,

Qanadsız çəyirtkədən qalanı acgöz çəyirtkə yedi.+

 5 Ayılın, ey sərxoşlar,+ acı-acı ağlayın!

Ey şərab düşkünləri, nalə çəkin,

Şirin şərabı ağzınızdan çəkib aldılar.+

 6 Mənim torpağıma güclü, saysız-hesabsız bir xalq gəldi.+

Onun dişləri aslan dişi,+ çənəsi aslan çənəsidir.

 7 O, üzüm tənəyimi zay etdi, əncir ağacımdan quru kötük qaldı,

Onların qabığını soyub tulladı,

Budaqları çıl-çılpaq qaldı.

 8 Gənclik illərinin nişanlısını* itirmiş,

Çul geyinmiş qız kimi şivən qopar.

 9 Yehovanın evindən taxıl təqdiməsi,+ şərab təqdiməsi+ kəsildi.

Kahinlər, Yehovanın qulluqçuları yas tutur.

10 Zəmi viran qalıb, torpaq inildəyir,+

Çünki taxıl talan edilib, təzə şərab quruyub, yağ tükənib.+

11 Əkinçilər təlaş keçirir, bağbanlar ağlayır,

Sahələrdə nə buğda, nə arpa var,

Məhsul yoxa çıxıb.

12 Üzüm tənəyi quruyub,

Əncir ağacı solub.

Nar, xurma, alma ağacları,

Bütün çöl ağacları quruyub.+

İnsanlar arasındakı sevinc xəcalətə dönüb.

13 Ey kahinlər, çula bürünüb yas tutun*!

Ey qurbangahda xidmət edənlər,+ fəğan edin!

Ey Allahımın qulluqçuları, gəlin, gecəni çul içində keçirin!

Çünki Allahınızın evinə taxıl+ və şərab təqdimələri+ gətirilmir.

14 Oruc elan edin; təntənəli yığıncaq çağırın.+

Ağsaqqalları, bütün ölkə sakinlərini Allahınız Yehovanın evinə toplayın,+

Yehovadan imdad diləyin.

15 Vay, o gün gəlir!

Yehovanın günü yaxındır,+

Qüdrət Sahibindən fəlakət kimi gəlir o gün!

16 Axı gözümüzün önündən yeməklər,

Allahımızın evindən sevinc, şadlıq yox olub.

17 Kürək altındakı toxumlar* bürüşüb.

Anbarlar bomboş qalıb.

Taxıl anbarları dağıdılıb, çünki məhsul olmayıb.

18 Hətta mal-qara zar-zar zarıyır,

Naxırlar pərən-pərən düşüb, örüş tapmırlar.

Sürülər zülüm çəkir.

19 Səni, ey Yehova, Səni çağıracağam!+

Çünki çöllükdəki otlaqları od qarsıdıb,

Çöldəki ağacları alov yandırıb kül edib.

20 Çöl heyvanları da Səni həsrətlə gözləyir,

Çünki çaylar quruyub,

Çöllükdəki otlaqları od yandırıb-yaxıb».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş