Zəkəriyyə
1 Daranın hakimiyyətinin ikinci ilinin səkkizinci ayında+ İddu oğlu Bərxiyanın oğlu Zəkəriyyə* peyğəmbərə+ Yehovanın sözü nazil oldu: 2 «Yehova atalarınıza bərk qəzəblənmişdi.+
3 Onlara söylə ki, ordular Allahı Yehovanın sözü budur: “Mənə tərəf dönün, — bəyan edir ordular Allahı Yehova, — Mən də sizə tərəf dönərəm,+ — deyir ordular Allahı Yehova”.
4 Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər: “Ordular Allahı Yehovanın sözü budur: “Pis yollarınızdan, şər əməllərinizdən əl çəkin, Mənə tərəf dönün”, — deyərək onları səsləyirdilər”.+
“Amma onlar Məni eşitmədilər, Mənə etina etmədilər”,+ — bəyan edir ordular Allahı Yehova.
5 Hanı atalarınız? Hanı peyğəmbərləriniz? Onlar əbədi qaldılar? 6 Məgər qulum peyğəmbərlərə buyurduğum sözlər və hökmlər atalarınızın dövründə icra olmadı?+ Onlar etiraf edib demişdilər: “Ordular Allahı Yehova yollarımıza və əməllərimizə görə bizə nə etmək istədisə, onu da etdi”».+
7 Daranın hakimiyyətinin ikinci ilində,+ on birinci ay olan şvat* ayının iyirmi dördüncü günündə mənə, İddu oğlu, Bərxiya oğlu Zəkəriyyə peyğəmbərə Yehovanın sözü nazil oldu. 8 Gecə vaxtı idi. Mən röyada gördüm ki, dərədə, mərsin ağaclarının arasında qırmızı atın belində bir adam dayanıb. Onun arxasında qırmızı, kəhər və ağ atlar var.
9 Mən soruşdum: «Ağam, bu atlılar kimdir?»
Mənimlə danışan mələk cavab verdi: «Onların kim olduğunu sənə göstərəcəyəm».
10 Mərsin ağaclarının arasında dayanan adam belə dedi: «Bunları Yehova dünyanı gəzib-dolaşmaq üçün göndərib». 11 Onlar mərsin ağaclarının arasında dayanan Yehovanın mələyinə dedilər: «Biz dünyanı gəzib-dolaşdıq və gördük ki, bütün dünya asayiş və əmin-amanlıq içindədir».+
12 Onda Yehovanın mələyi dedi: «Ey ordular Allahı Yehova, bu yetmiş il ərzində+ qəzəbləndiyin Yerusəlim və Yəhuda şəhərlərindən mərhəmətini nə vaxtadək əsirgəyəcəksən?»+
13 Yehova mənimlə danışan mələyə xoş, təsəlliverici sözlərlə cavab verdi. 14 Mənimlə danışan mələk mənə dedi: «Car çəkib de: “Ordular Allahı Yehova belə deyir: “Mən Yerusəlimin və Sionun qeyrətini çəkirəm, qeyrətim sarsılmazdır.+ 15 Arxayın yaşayan xalqlara qarşı bərk qəzəblənmişəm,+ çünki Mən xalqıma azca hirslənmişdim,+ onlar isə xalqıma divan tutdular”.+
16 Buna görə Yehova deyir: “Mən Yerusəlimə mərhəmətlə qayıdacağam.+ Mənim evim orada tikiləcək,+ — bəyan edir ordular Allahı Yehova, — bütün Yerusəlim boyu ölçü ipi çəkiləcək”.+
17 Həmçinin car çəkib de: “Ordular Allahı Yehova deyir: “Şəhərlərimin neməti yenə aşıb-daşacaq, Yehova yenə Sionun+ halına acıyacaq və yenə Yerusəlimi seçəcək”».+
18 Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm.+ 19 Mənimlə danışan mələkdən soruşdum: «Bunlar nədir?» O, mənə cavab verdi: «Bunlar Yəhudanı,+ İsraili+ və Yerusəlimi+ didərgin salmış buynuzlardır».
20 Sonra Yehova mənə dörd usta göstərdi. 21 Mən soruşdum: «Onlar nə etmək istəyirlər?»
O dedi: «Buynuzlar Yəhudanı elə səpələdilər ki, heç kim başını qaldıra bilmədi. Bu ustalar isə gəlib ki, Yəhuda diyarına buynuz qaldırıb səpələyən xalqları dəhşətə salsın və buynuzlarını qırıb atsın».