Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 noyabr s. 2—7
  • Yehova Cənnətin olacağına zəmanət verir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova Cənnətin olacağına zəmanət verir
  • Gözətçi qülləsi 2023
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVANIN VƏDİ
  • YEHOVA ÖZÜ ZƏMANƏT VERİR
  • «BUDUR, MƏN HƏR ŞEYİ TƏZƏ EDİRƏM»
  • «BU SÖZLƏR DOĞRU VƏ ETİBARLIDIR... ONLAR YERİNƏ YETDİ!»
  • «MƏN ALFA VƏ OMEQAYAM»
  • YEHOVANIN VƏDİNƏ ETİBARINIZI GÜCLƏNDİRİN
  • «Alfa və Omeqa» kimdir və ya nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Allahın bəşəriyyətlə bağlı niyyəti
    Müqəddəs Kitab təlimləri
  • Allahın yer üçün niyyəti nədən ibarətdir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • «Cənnətdə görüşənədək!»
    Gözətçi qülləsi 2018
Əlavə
Gözətçi qülləsi 2023
w23 noyabr s. 2—7

TƏLİM MƏQALƏSİ 46

Yehova Cənnətin olacağına zəmanət verir

«Dünyada özünə xeyir-dua diləyən hər kəs haqq Allahının adı ilə diləyəcək» (ƏŞY. 65:16).

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

İCMALa

1. Əşiya peyğəmbər israillilərə hansı xəbəri çatdırmışdı?

ƏŞİYA peyğəmbər Yehovanın «haqq Allah» olduğunu demişdi (Əşy. 65:16). «Haqq» kimi tərcümə olunan söz hərfən «amin» deməkdir. «Amin» sözü isə «qoy belə olsun», «mütləq» mənasını daşıyır. Müqəddəs Kitabın bir çox ayəsində «amin» sözü Yehova və İsa ilə bağlı işlənir. Bu onların dediklərinin doğru olduğuna zəmanətdir. Əşiya peyğəmbərin israillilərə demək istədiyi fikir aydın idi: Yehova sözünün ağasıdır, dediyi hər bir şeyi həyata keçirir. Yehova bunu dəfələrlə sübut edib, vədlərini hər zaman gerçəkləşdirib.

2. Nəyə görə Yehovanın gələcəyimizlə bağlı verdiyi vədlərə etibar edə bilərik? Məqalədə hansı sualların cavabı işıqlandırılacaq?

2 Bəs biz də Yehovanın gələcəyimizlə bağlı verdiyi vədlərə etibar edə bilərik? Əşiya peyğəmbərdən təxminən 800 il sonra yaşamış həvari Bulus da Allahın vədlərinin etibara layiq olduğunu qeyd etmişdi. O, belə bir əsas gətirərək demişdi ki, Yehovanın «yalan danışması mümkün» deyil (İbr. 6:18). Bulağın gözündən eyni anda həm şirin, həm də duzlu su gəlmədiyi kimi, həqiqət mənbəyi Yehovanın ağzından da heç vaxt yalan çıxmaz. Buna görə də Yehovanın dediyi hər sözə, gələcəyimizlə bağlı verdiyi hər vədə tam arxayın ola bilərik. Bəs Yehova gələcəklə bağlı bizə nə vəd edir? Bu vədi yerinə yetirəcəyinə hansı zəmanəti verib? Məqalədə bu sualların cavabı işıqlandırılacaq.

YEHOVANIN VƏDİ

3. a) Yehovanın bütün xidmətçilərinin sevdiyi vəd hansıdır? (Vəhy 21:3, 4). b) Bəzi insanlar bu vədə necə münasibət bildirirlər?

3 Gəlin Yehovanın bütün xidmətçilərinin sevdiyi bir vəddən danışaq. (Vəhy 21:3, 4 ayələrini oxuyun.) Yehova vəd edir ki, gün gələcək, «artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq». Çoxlarımız təbliğ edərkən gələcəkdə həyatın necə olacağını göstərmək üçün bu gözəl ayələri oxuyuruq. Bəs insanlar bu vədə necə yanaşır? Bəziləri belə deyir: «Gözəl sözlərdir, amma çətin ki belə bir şey olsun».

4. a) Yehova vəd verəndə bizim günlərlə bağlı nəyi nəzərə aldı? b) Yehova vəd verməklə yanaşı daha nə etdi?

4 Əlbəttə, Yehova həvari Yəhyaya Cənnətlə bağlı bu vədini yazdıranda bilirdi ki, insanlara təbliğ edən zaman biz bu ümidi onlarla bölüşəcəyik. Yehova onu da bilirdi ki, çoxlarına bu vədin yerinə yetəcəyinə inanmaq çətin olacaq (Əşy. 42:9; 60:2; 2 Kor. 4:3, 4). Bəs biz insanlara Vəhy 21:3, 4 ayələrindəki vədə inanmağa necə kömək edə bilərik? Həmçinin bu vədə öz etibarımızı necə möhkəmləndirə bilərik? Yehova bu vədə inanmağımız üçün bizə tutarlı səbəblər verib. Gəlin görək bunlar hansılardır.

YEHOVA ÖZÜ ZƏMANƏT VERİR

5. Yehovanın Cənnətlə bağlı verdiyi vədə etibar etmək üçün hansı səbəblərimiz var və bu səbəblər harada yazılıb?

5 Yehova Cənnətlə bağlı vədini verəndən sonra bu vədə etibar etməyimiz üçün növbəti ayələrdə səbəblər gətirir: «Taxtda oturan dedi: “Budur, Mən hər şeyi təzə edirəm”. Sonra əlavə etdi: “Yaz, çünki bu sözlər doğru və etibarlıdır”. Sonra O, mənə dedi: “Onlar yerinə yetdi! Mən Alfa və Omeqayam, əvvəl və axıram”» (Vəhy 21:5, 6a).

6. Vəhy 21:5, 6 ayələrindəki sözlər Allahın vədinə olan etibarımızı nəyə görə möhkəmləndirir?

6 Bu sözlər Allahın vədinə olan etibarımızı necə möhkəmləndirir? «Vəhyin zirvəsi» kitabında bu ayələrlə bağlı deyilir: «Bu sözlərlə Yehova bir növ sadiq xidmətçilərinə nemətlər vəd etdiyi sənədin altından qol çəkir»b. Yəni Vəhy 21:3, 4 ayələrində Yehova vəd verir, 5 və 6-cı ayələri ilə isə Öz imzasını ataraq vədini mütləq yerinə yetirəcəyinə zəmanət verir. Gəlin Yehovanın verdiyi zəmanəti nəzərdən keçirək.

7. Vəhy 21:5 ayəsindəki sözlər kimə məxsusdur və nəyə görə bu, diqqətçəkən məqamdır?

7 Beşinci ayə belə sözlərlə başlayır: «Taxtda oturan dedi» (Vəhy 21:5a). Bu, diqqətçəkən məqamdır, çünki Yehovanın «Vəhy» kitabında görüntü vasitəsilə şəxsən danışdığı üç hadisədən biridir. Bəli, bu zəmanəti verən hansısa qüdrətli mələk deyil, heç İsa da deyil, Yehovanın Özüdür. Bu göstərir ki, Vəhy 21:5, 6 ayələrində yazılan sözlərə tam etibar edə bilərik. Çünki Yehova «heç vaxt yalan [danışmır]» (Tit. 1:2).

«BUDUR, MƏN HƏR ŞEYİ TƏZƏ EDİRƏM»

8. Yehova hansı sözlərlə vədini yerinə yetirəcəyinə əminlik verir? (Əşiya 46:10).

8 Gəlin Vəhy 21:5 ayəsindəki «budur» sözünə baxaq. «Budur» kimi tərcümə olunmuş yunan sözü «Vəhy» kitabında tez-tez istifadə edilir. Bir mənbədə deyilir ki, «bu söz oxucunun diqqətini növbəti sözlərə yönəltmək üçün istifadə edilir». Bu sözdən sonra Yehova belə deyir: «Mən hər şeyi təzə edirəm». Düzdür, burada Yehova gələcəkdə edəcəyi dəyişikliklərdən danışır. Lakin O bu vədinin yerinə yetəcəyinə o qədər əmindir ki, onları hal-hazırda etdiyini deyir. (Əşiya 46:10 ayəsini oxuyun.)

9. a) «Hər şeyi təzə edirəm» ifadəsinə Yehovanın gördüyü hansı iki iş daxildir? b) «Köhnə göy» və «köhnə yer»lə nə baş verəcək?

9 İndi isə Vəhy 21:5 ayəsində yazılan «hər şeyi təzə edirəm» ifadəsinə fikir verək. 21-ci fəsildə Yehovanın gördüyü iki işdən söhbət gedir: əvəz etmək və bərpa etmək. Birincisi, Yehova nəyi əvəz edəcək? Vəhy 21:1 ayəsində yazılıb: «Köhnə göylə köhnə yer yox olmuşdu». «Köhnə göy» Şeytan və cinlərinin təsiri altında olan siyasi hökumətlərdir (Mət. 4:8, 9; 1 Yəh. 5:19). Müqəddəs Kitabda «yer» deyiləndə bəzən yer üzünün sakinləri nəzərdə tutulur (Yar. 11:1; Zəb. 96:1). Deməli, «köhnə yer» bu gün yer üzündə yaşayan şər insanlardır. Yehova bu köhnə «göyü» və «yeri» düzəltməyə çalışmayacaq. Əksinə, onları tamamilə məhv edib, «yeni göy»lə, yəni yeni hökumətlə və «yeni yer»lə, yəni saleh insanlarla əvəz edəcək.

10. Yehova nələri təzələyəcək?

10 Yehova başqa nələri təzə edəcək? Diqqət yetirin, Vəhy 21:5 ayəsində Yehova demir: «Mən təzə şeylər yaradıram». O deyir ki, «Mən hər şeyi təzə edirəm». Yehova Yer kürəsini də, insanları da mükəmməlliyə çatdıracaq. Əşiya peyğəmbərin də dediyi kimi bütün Yer kürəsi cənnətə, Ədən bağına çevriləcək. Yehova həmçinin hər birimizi fiziki cəhətdən sağlam edəcək. Axsaqlar, korlar, karlar sağalacaq, hətta ölülər də diriləcək (Əşy. 25:8; 35:1—7).

«BU SÖZLƏR DOĞRU VƏ ETİBARLIDIR... ONLAR YERİNƏ YETDİ!»

11. Yehova Yəhyaya hansı əmri vermişdi və səbəbini necə izah etmişdi?

11 Yehova vədinə etibar etməyimiz üçün daha hansı zəmanəti verir? O, Yəhyaya demişdi: «Yaz, çünki bu sözlər doğru və etibarlıdır» (Vəhy 21:5). Fikir verdiniz, Yehova təkcə «yaz» əmrini verməmişdi. O bunun səbəbini də izah edib demişdi: «Bu sözlər doğru və etibarlıdır». Nə yaxşı ki, Yəhya «yaz» əmrinə tabe olub, bunları bizim üçün qələmə alıb. Bunun sayəsində biz Allahın Cənnət vədi barədə oxuya və gələcəkdə bizi gözləyən gözəl nemətlər barədə düşüncələrə dala bilirik.

12. Yehova nəyə görə «onlar yerinə yetdi» demişdi?

12 Daha sonra Yehova deyir: «Onlar yerinə yetdi!» (Vəhy 21:6). Nəyə görə Yehova Cənnətlə bağlı vədinin artıq yerinə yetdiyini deyir? Çünki niyyətini həyata keçirməyə heç nə Ona mane ola bilməz. Növbəti sözləri ilə Yehova bizə vədinin yerinə yetəcəyinə daha bir zəmanət verir. Bu hansı sözlərdir?

«MƏN ALFA VƏ OMEQAYAM»

13. Yehova nəyə görə «Mən Alfa və Omeqayam» demişdi?

13 Yuxarıda qeyd etdiyimiz kimi Yehova Özü üç dəfə Yəhya ilə danışmışdı (Vəhy 1:8; 21:5, 6; 22:13). Hər üç hadisədə də O bu sözləri işlətmişdi: «Mən Alfa və Omeqayam». «Alfa» yunan əlifbasının birinci, «omeqa» isə axırıncı hərfidir. Yehova nəyə görə Özü ilə bağlı bu sözləri deyir? Çünki O, başladığı hər işi mütləq axıra çatdırır.

Şəkillər: Yehovanın niyyəti həyata keçir. 1) «Alfa». Adəmlə Həvva Ədən bağındadır. 2) Üsyanın nəticələri: Şeytan şər mələk kimi təsvir olunub, Adəmlə Həvva qoca yaşlarında, Babil qülləsi, qəbiristanlıq, əsgərlər, tank, qırıcı təyyarələr, ətraf mühitin çirklənməsi, etirazlar. İki başqa şəkildə isə bütün bunlarla yanaşı Yehovanın niyyətinin mərhələli şəkildə yerinə yetdiyi göstərilir: İsa işgəncə dirəyindən asılıb, yəni onun fidyə qurbanlığını verməsi təsvir olunub. İkinci şəkildə isə Allahın həm qədimdəki, həm də müasir dövrdəki xidmətçiləri təsvir olunub, bu isə Adəmlə Həvvanın nəslindən gələn saleh insanlardır. 3) «Omeqa». İnsanlar birlikdə işləyir, Cənnətdə yaşamalarından zövq alırlar.

Yehova bir işi görməyə başlayanda onu mütləq axıra çatdırır (14 və 17-ci abzaslara baxın)

14. a) Yehova nə zaman «Alfa» dedi? Bəs nə zaman «Omeqa» deyəcək? Nümunə çəkin. b) Yaradılış 2:1—3 ayələrində Yehova bizə hansı zəmanəti verib?

14 Yehova Adəmlə Həvvanı yaradandan sonra bəşəriyyətlə və Yer kürəsi ilə bağlı niyyətini açıqladı. Müqəddəs Kitabda bununla bağlı deyilir: «Allah onlara xeyir-dua verərək dedi: “Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun”» (Yar. 1:28). Yehova bu niyyətini bəyan etməklə sanki «Alfa» dedi. Onun niyyəti aydın idi: Adəmlə Həvvadan törəyən kamil, itaətkar insanlar yer üzünü doldurub onu cənnətə çevirməli idilər. Bu niyyəti yerinə yetəndə O, sanki «Omeqa» deyəcək. «Göyün, yerin və onlarda olan hər şeyin yaradılışı» başa çatandan sonra Yehova başqa bir zəmanət verdi. Bu barədə Yaradılış 2:1—3 ayələrində yazılıb. (Ayələri oxuyun.) Yehova yeddinci günü müqəddəs elan etdi. Bu nə deməkdir? Yəni Yehova həmin günü bəşəriyyətlə və Yer kürəsi ilə bağlı niyyətinin yerinə yetməsinə həsr etdi. O bununla bir növ bildirdi ki, yeddinci günün sonunda niyyəti tam şəkildə yerinə yetəcək.

15. Nəyə görə Şeytan Yehovaya niyyətini həyata keçirməyə mane olduğunu düşünə bilərdi?

15 Adəmlə Həvva üsyan etdikdən sonra onlar günahlı oldular və övladlarına günahla ölümü ötürdülər (Rom. 5:12). İlk baxışdan kiməsə elə gələ bilər ki, Şeytan Yehovanın yer üzünü kamil, itaətkar insanlarla doldurmaq niyyətini alt-üst etdi, Onun «Omeqa» deməyinə tamamilə mane oldu. Bəlkə də Şeytan Yehovanın çıxılmaz vəziyyətdə olduğunu düşünürdü. Yəqin, fikirləşirdi ki, uzaqbaşı Yehova Adəmlə Həvvanı öldürüb niyyətini yerinə yetirmək üçün başqa kamil ər-arvad yaradacaq. Əgər Yehova belə etsəydi, İblis Onu yalançı adlandıracaqdı. Nəyə görə? Axı Yehova Adəmlə Həvvaya onların övladlarının yer üzünü dolduracağını demişdi (Yar. 1:28).

16. Daha hansı səbəbə görə Şeytan Yehovanın niyyətini həyata keçirməyə müvəffəq olmadığını fikirləşə bilərdi?

16 Yaxud da Şeytan bu variantı düşünə bilərdi: «Əgər Yehova Adəmlə Həvvanın uşaqlarının olmasına izin versə, onsuz da onlar qeyri-kamil doğulacaqlar və heç vaxt kamil ola bilməyəcəklər» (Vaiz 7:20; Rom. 3:23). Şübhəsiz, bu halda da İblis Yehovanın niyyətini həyata keçirməyi bacarmadığını deyib, Onu ittiham edəcəkdi. Çünki Yehovanın Cənnəti Adəmlə Həvvanın kamil, itaətkar övladları ilə doldurmaq niyyəti puça çıxacaqdı.

17. Şeytan, Adəm və Həvva üsyan etsə də, Yehova niyyətini həyata keçirmək üçün nə etdi və bu nə ilə nəticələnəcək? (Həmçinin şəklə baxın.)

17 Şeytan, Adəm və Həvva üsyan etsə də, Yehova niyyətini həyata keçirmək üçün mükəmməl bir üsuldan istifadə etdi (Zəb. 92:5). Bu üsul Şeytanın yüz il qala ağlına da gəlməzdi. Yehova Adəmlə Həvvanın uşaq sahibi olmalarına izin verməklə haqq Allah olduğunu, yalançı olmadığını sübut etdi. Həmçinin Yehova sübut etdi ki, nəyisə etməyi qət edibsə, heç nə Ona əngəl ola bilməz. Yehova niyyətini yerinə yetirmək üçün yer üzünə «övlad» göndərdi. Bu övlad Adəmlə Həvvanın itaətkar nəslini xilas etmək üçün həyatını fidyə kimi qurban verəcəkdi (Yar. 3:15; 22:18). Yəqin, Yehovanın məsələni bu cür həll etməsi Şeytanın ağlının ucundan da keçməzdi. Nəyə görə? Çünki fidyə fədakar məhəbbətə dayanan bir tədbirdir (Mət. 20:28; Yəh. 3:16). Şeytanda isə xudbin olduğu üçün bu keyfiyyətin zərrəsi də yoxdur. Bəs fidyə tədbiri nəyə yol açdı? Minilliyin sonunda Adəmlə Həvvanın kamil, itaətkar övladları yer üzü Cənnətdə məskunlaşacaq. Yehovanın niyyəti məhz bu idi. Həmin vaxt O nəhayət «Omeqa» deyəcək.

YEHOVANIN VƏDİNƏ ETİBARINIZI GÜCLƏNDİRİN

18. Yehovanın vədinə etibar etmək üçün hansı üç səbəbimiz var? (Həmçinin «Yehovanın vədinə etibar etməyimiz üçün üç səbəb» adlı çərçivəyə baxın.)

18 Bu məqalədən öyrəndik ki, Yehovanın Cənnətlə bağlı vədinin yerinə yetəcəyinə inanmaq üçün tutarlı səbəblərimiz var. Bəs əgər kimsə bu vədə etibar etmirsə, onlara necə kömək edə bilərik? Bu üç əsası gətirmək olar: Birincisi, vədi verən Yehovanın Özüdür. «Vəhy» kitabında deyilir: «Taxtda oturan dedi: “Budur, Mən hər şeyi təzə edirəm”». Niyyətini həyata keçirmək üçün Yehovanın hikməti də var, gücü də var, istəyi də var. İkincisi, Yehova vədinin gerçəkləşəcəyinə o qədər əmindir ki, onun artıq yerinə yetdiyini söyləyir. Məhz buna görə O demişdi: «Bu sözlər doğru və etibarlıdır... Onlar yerinə yetdi!» Üçüncüsü, Yehova nəyisə etməyə başlayıbsa, O bunu mütləq axıra çatdırır. Çünki O demişdi: «Mən Alfa və Omeqayam». Bəli, Yehova sübut edəcək ki, Şeytan yalançıdır və Ona niyyətini yerinə yetirməyə mane ola bilməz.

Yehovanın vədinə etibar etməyimiz üçün üç səbəb

Par-par parıldayan taxt Yehovanı təmsil edir.
  • «Taxtda oturan dedi: “Budur, Mən hər şeyi təzə edirəm”» (Vəhy 21:5).

Həvari Yəhya perqament üzərində yazır.
  • «Sonra əlavə etdi: “Yaz, çünki bu sözlər doğru və etibarlıdır”... “Onlar yerinə yetdi!”» (Vəhy 21:5, 6).

Yunan hərfləri alfa və omeqa.
  • «Mən Alfa və Omeqayam» (Vəhy 21:6).

19. İnsanlar Allahın Cənnət vədinə şübhə edəndə onlara nə demək olar?

19 Unutmayın, hər dəfə xidmətdə insanlara Yehovanın verdiyi zəmanət barədə danışanda Onun vədlərinə öz əminliyinizi artırmış olursunuz. Ola bilsin, Vəhy 21:4 ayəsində Cənnətlə bağlı yazılan gözəl vədi kiməsə oxuyanda o belə desin: «Gözəl sözlərdir, amma çətin ki belə şey olsun». Bu zaman ona nə deyərdiniz? 5 və 6-cı ayələri oxuyub izah edə bilərsiniz. Qoy həmin insan görsün ki, Yehova vədini yerinə yetirəcəyinə zəmanət verib, bir növ sözünün altına Öz imzasını atıb (Əşy. 65:16).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Cənnətlə bağlı vədi Yehovanın şəxsən Özünün verməsi nəyə görə diqqətçəkən məqamdır?

  • Yehova hansı sözlərlə vədini gerçəkləşdirəcəyinə zəmanət vermişdi?

  • Allahın vədinə etibarımızı necə möhkəmləndirə bilərik?

NƏĞMƏ 145 Allahın cənnət vədi

a Yehovanın Cənnətlə bağlı vədini gerçəkləşdirəcəyinə necə əmin ola bilərik? O bizə hansı zəmanəti verir? Məqalədə söhbət bundan gedəcək. Hər dəfə Yehovanın verdiyi zəmanət barədə insanlarla danışanda Onun vədlərinə öz etibarımızı artırmış oluruq.

b «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» kitabının 303—304 səhifələrində yerləşən 8 və 9-cu abzaslara (türk.) baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş