-
Nə üçün pislik indiyədək davam edir?Gözətçi qülləsi 2007 | 1 oktyabr
-
-
Sonrakı hadisələr Müqəddəs Kitabda nəql edilir. İlandan istifadə edən Şeytan İblis Həvvaya yaxınlaşıb dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Həvva Allahın göstərişini təkrar etdikdə Şeytan dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Bu sözlərdən sonra ağac Həvvaya daha cazibəli göründü və «həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi» (Yaradılış 3:1-6). Adəmlə Həvva iradə azadlıqlarından sui-istifadə edib, Allaha qulaq asmamaqla günah işlətdilər.
Baş verənlərin nə qədər ciddi olduğunu anlayırsınızmı? İblis Allahın Adəmə dediklərini inkar etdi. Şeytan onu demək istəyirdi ki, nəyin yaxşı və nəyin pis olduğunu müəyyən etməkdə Adəmlə Həvvanın Yehovanın köməyinə ehtiyacları yoxdur. Yehovaya meydan oxuyan Şeytan Onun insanlar üzərində hökmranlıq etmək hüququnu şübhə altına aldı. Şeytanın qaldırdığı vacib məsələ Yehovanın hakimiyyətinin ədalətli olub-olmadığı ilə bağlı idi. Həqiqi Allah bu məsələni necə həll etmək qərarına gəldi?
-
-
Nə üçün pislik indiyədək davam edir?Gözətçi qülləsi 2007 | 1 oktyabr
-
-
Şeytan həm də Həvvaya demişdi: «Allah bilir ki, o meyvələrdən [qadağan olunmuş ağacın meyvələrindən] yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yaradılış 3:5). Bu yalana əl atmaqla Şeytan insanlara sanki Allahdan tamamilə müstəqil olmaq imkanı verdi. Şeytan insanları aldatdı ki, onlar Allahın rəhbərliyi olmadan daha yaxşı yaşayacaqlar. İblisin iddiaları özünü doğrultdumu?
Bəşər tarixi boyu imperiyalar bir-birini əvəz etmişdir. İnsanlar mümkün olan bütün idarə formalarını sınaqdan keçirmişlər. Lakin dəhşətli hadisələr bəşər ailəsini tərk etmirdi. Təxminən 3 000 il bundan əvvəl bir Müqəddəs Kitab yazıçısı belə hikmətli qənaətə gəlmişdi: «Bir nəfərin başqa adama ağalıq etməsi başına bəla olur» (Vaiz 8:9). Yeremya peyğəmbər yazmışdı: «Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23). Hətta son zamanlarda elm və texnologiyada əldə edilən nailiyyətlər bu sözlərin doğruluğunu təkzib edə bilmədi. Vaxt bu ayədəki sözlərin həqiqət olduğunu göstərdi.
-