Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Allahın niyyətində İsanın xüsusi rolunu dərk etməli və qiymətləndirməliyik
    Gözətçi qülləsi 2008 | 15 dekabr
    • Vəd edilmiş «övlad»

      18. Adəm günah işlətdikdən sonra Allah hansı peyğəmbərliyi söylədi və bir qədər sonra bu peyğəmbərliklə bağlı nə açıqlandı?

      18 Bəşəriyyətin ilk çağında, Edən bağında, insanlar hər şeyi — Allahla münasibətlərini, əbədi həyatı, xoşbəxtliyi və Cənnəti itirəndə Yehova Allah bir Xilaskarın gələcəyini vəd etdi. Allah onu «övlad» adlandırdı (Yar. 3:15). Kimliyi sirr olan bu övlad əsrlər ərzində Müqəddəs Kitabda qələmə alınan bir çox peyğəmbərliklərin əsas mövzusu idi. O, İbrahimin, İshaqın və Yaqubun nəslindən gəlməli, həmçinin padşah Davudun sülaləsindən olmalı idi (Yar. 21:12; 22:16-18; 28:14; 2 Şam. 7:12-16).

      19, 20. a) Vəd edilmiş Övlad kimdir? b) Nəyə görə demək olar ki, vəd olunmuş Övlada yalnız İsa daxil deyil?

      19 Bu vəd olunmuş Övlad kim idi? Bu sualın cavabını Qalatiyalılara 3:16 ayəsində tapmaq olar. (Ayəni oxu.) Lakin həmin fəslin digər ayəsində həvari Pavel məsh olunmuş məsihçilərə deyir: «Madam ki, siz Məsihinkisiniz, deməli, İbrahimin nəslisiniz və vədə görə varissiniz» (Qalat. 3:29). Nəyə görə demək olar ki, İsa vəd olunmuş övladdır və bu vədə daha kimlər daxildir?

      20 Milyonlarla insan İbrahimin nəslindən olduğunu iddia edir və hətta bəziləri özlərini peyğəmbərlər kimi aparır. Bəzi dinlər öz peyğəmbərlərinin İbrahimin nəslindən olduğu iddiasına böyük əhəmiyyət verir. Bəs onların hamısı vəd olunmuş Övladdırmı? Xeyr. Həvari Pavelin Allahdan ilham alaraq qeyd etdiyi kimi, İbrahimin nəslindən olanların hamısı vəd olunmuş Övlad olduğunu deyə bilməz. İbrahimin digər oğullarının nəsli bəşəriyyətə xeyir-dualar yağdırmaq üçün istifadə edilməmişdir. Belə övlad yalnız İshaqın nəslindən gəlməli idi (İbr. 11:18). Nəhayətdə, İbrahimin nəslindən olduğu Müqəddəs Kitabda təsdiq edilən yalnız bir insan — İsa Məsih vəd olunmuş övladın əsas hissəsi olduc. Bir müddətdən sonra İbrahimin övladının ikinci dərəcəli hissəsi olan insanlar ‘Məsihinki’ olduqları üçün bu «övlada» daxil olurlar. İsanın bu peyğəmbərliyin yerinə yetməsində oynadığı rol həqiqətən də xüsusidir.

  • Allahın niyyətində İsanın xüsusi rolunu dərk etməli və qiymətləndirməliyik
    Gözətçi qülləsi 2008 | 15 dekabr
    • c Eramızın birinci əsrindəki yəhudilər hərfi mənada İbrahimin övladları, yəni nəslindən olduqları üçün üstünlüyə malik olduqlarını düşünsələr də, bir insanın Məsih kimi gəlişini gözləyirdilər (Yəh. 1:25; 7:41, 42; 8:39-41).

  • Allahın niyyətində İsanın xüsusi rolunu dərk etməli və qiymətləndirməliyik
    Gözətçi qülləsi 2008 | 15 dekabr
    • ◼ Vəd olunmuş Övlad (Yar. 3:15). Yalnız bir insan — İsa Məsih vəd olunmuş Övladın əsas hissəsidir. İbrahimin övladının ikinci dərəcəli hissəsi olanların hamısı Məsihə məxsusdur (Qalat. 3:29).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş