Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/7 s. 18—23
  • Dirilmə sənə aidiyyatı olan tə’limdir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dirilmə sənə aidiyyatı olan tə’limdir
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Onlar dirilməyə olan ümidlərini açıq bəyan edirdilər
  • İman və dirilmə
  • Dirilməyə olan ümid
  • Dirilmə və Yehova ilə dostluq
  • Allahın məhəbbəti dirilməyə olan ümidin təməlidir
  • Dirilməyə olan ümidin qüvvəsi var
    Gözətçi qülləsi 2000
  • Dirilmə — gerçək ümid!
    Gözətçi qülləsi 2020
  • Dirilməyə ümidin gücü
    Vahid həqiqi Allaha ibadət edin
  • Dirilməyə olan ümid inandırıcıdır!
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/7 s. 18—23

Dirilmə sənə aidiyyatı olan tə’limdir

«Mən... Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (HƏVARİLƏRİN İŞLƏRİ 24:15).

1. Necə oldu ki, Sinedrionda dirilməyə dair sual qalxdı?

ERAMIZIN 56-cı ilində üçünü missioner səyahətini başa vuran Pavel Yerusəlimə gəldi. Roma hökuməti tərəfindən həbs olunduqdan sonra həvari yəhudi Ali məhkəməsinə, Sinedriona gətirildi (Həvarilərin işləri 22:29, 30). Pavel məhkəmənin üzvlərini diqqətlə nəzərdən keçirib, onlardan bə’zilərinin sadukeylər, bə’zilərinin isə fəriseylər olduğunu gördü. Bu iki qrup insanlar arasında vacib bir suala dair fikir ayrılığı vardı: fəriseylər dirilməyə inanır, sadukeylər isə inanmırdılar. Öz mövqeyini bildirmək üçün həvari nida etdi: «Qardaşlar! Mən fərisey oğlu fəriseyəm; ölülərin dirilməsi ümidindən ötrü mühakimə edilirəm!» Bu sözlərə görə Sinedrionda qızğın mübahisə qalxdı! (Həvarilərin işləri 23:6-9).

2. Nəyə görə Pavel dirilməyə olan imanını müdafiə etməyə hazır idi?

2 Bundan çox illər qabaq Dəməşqə gedərkən Pavel rö’ya görmüş və İsanın səsini eşitmişdi. O, hətta İsadan soruşmuşdu: «Ya Rəbb! Mən nə etməliyəm?» Məsih ona cavab vermişdi: «Dur, Dəməşqə get və icra etmən üçün tə’yin edilmiş bütün şeylər orada sənə söylənəcəkdir». Dəməşqdə Hananya adlı məsihçi Paveli tapmış və izah etmişdi: «Əcdadımızın Allahı, Onun iradəsini bilmək və o Salehi [dirilmiş İsanı] görüb, ağzından bir səs eşitmək üçün səni tə’yin etdi» (Həvarilərin işləri 22:6-16). Buna görə də, Pavelin dirilməyə olan imanını müdafiə etməyə hazır olması təəccüblü deyil! (1 Peter 3:15).

Onlar dirilməyə olan ümidlərini açıq bəyan edirdilər

3, 4. Pavel dirilmə tə’limini hansı şəraitlərdə qətiyyətlə müdafiə edirdi və biz onun nümunəsindən nə öyrənirik?

3 Bir qədər sonra Pavel vali Feliksin qarşısında durdu. Yəhudilərin adından çıxış edən Tertullus adlı «vəkil» Paveli təriqət başçısı və üsyanların səbəbkarı olmaqda ittiham etdi. Cavabında Pavel qətiyyətlə bildirdi: «E’tiraf edirəm ki, onların “təriqət” dedikləri Yola əsasən, mən əcdadımın Allahına həqiqətən qulluq edir, Müqəddəs Qanunda və peyğəmbərlərin kitablarında yazılan şeylərin hamısına iman edirəm». Sonra mətləbə keçərək davam etdi: «Onların özləri də etdikləri kimi, mən də Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 23:23, 24; 24:1-8, 14, 15).

4 Təxminən iki ildən sonra Feliksi əvəz edən Porkius Festus padşah Hirod Aqrippaya məhbus Pavelin işinə birlikdə baxmağı təklif etdi. Festus izah etdi ki, ittihamçılar Pavel ilə «[onun] tərəfindən diri olduğu iddia edilən İsa adlı ölmüş bir şəxs haqqında» mübahisə edirdilər. Özünü müdafiə edərək, həvari soruşdu: «Nə üçün siz Allahın ölüləri diriltməsini inanılmaz bir şey hesab edirsiniz?» Sonra əlavə etdi: «Allah bu günə qədər mənə kömək etdi. Buna görə mən buradayam, kiçiyə və böyüyə şahidlik edərək, peyğəmbərlərin və Musanın baş verəcəyini əvvəldən söylədiklərindən, yə’ni, Məsihin zülm çəkməsinin vacib olduğundan və ölülərdən ilk dirilən olaraq yəhudi xalqına və qeyri-yəhudilərə nuru e’lan edəcəyindən başqa bir şey demirəm» (Həvarilərin işləri 24:27; 25:13-22; 26:8, 22, 23). Doğrudan da Pavel dirilmə tə’liminin sadiq müdafiəçisi idi! Dirilmənin olacağına biz də əminliklə şahidlik edə bilərik. Bəs bu zaman hansı reaksiyanı gözləməliyik? Ehtimal ki, Pavelin qarşılaşdığı eyni reaksiyanı.

5, 6. a) Həvarilər dirilmə tə’limini müdafiə edəndə insanlar necə münasibət göstərirdilər? b) Dirilməyə olan ümidimizi başqaları ilə bölüşdüyümüz üçün, nəyi etmək olduqca vacibdir?

5 İkinci missioner səyahəti zamanı (b. e. təxminən 49-52-ci illəri) Pavel Afinada olarkən baş verən hadisəni nəzərdən keçirək. O, bir çox allahlara inanan insanlarla mülahizə yürüdür və onların diqqətini Allahın seçdiyi adam vasitəsi ilə dünyaya ədalətlə hökm etmək niyyətində olduğuna yönəldirdi. Pavelin bəhs etdiyi bu adam İsa Məsihdir. Pavel izah etdi ki, Allah buna, İsa Məsihi diriltməklə zəmanət verdi. İnsanlar necə reaksiya göstərdi? Biz oxuyuruq: «Ölülərdən dirilməyi eşitdikdə, bə’ziləri kinayə ilə güldü, amma başqaları: “Bu haqda səni yenə dinləyərik”, — dedilər» (Həvarilərin işləri 17:29-32).

6 Eramızın 33-cü ilinin Pentikost bayramından sonra Peterlə Yəhya da buna oxşar münasibətlə qarşılaşdılar. Bu diskussiya da sadukeylərsiz keçmədi. Baş verənlər haqqında Həvarilərin işləri 4:1-4 ayələrində yazılmışdır: «Peter ilə Yəhya xalqa nitq söyləyərkən, kahinlər, mə’bəd mühafizlərinin rəisi və sadukeylər onların üstünə getdilər. Onlar çox mütəəssir oldular ki, həvarilər xalqı öyrədib, İsa vasitəsilə ölülərin diriləcəyini e’lan edirlər». Lakin həvarilərin sözlərini qəbul edənlər də vardı. «Kəlamı eşidənlərin bir çoxu iman etdi; və imanlı kişilərin sayı təqribən beş min nəfərə çatdı». Göründüyü kimi, dirilməyə olan ümidimiz haqqında danışarkən insanlardan müxtəlif münasibətlər gözləmək olar. Buna görə də bu tə’limə olan ümidimizi möhkəmləndirmək olduqca vacibdir.

İman və dirilmə

7, 8. a) Birinci əsrin Korinf yığıncağına yazılan məktub necə göstərir ki, iman boş ola bilər? b) Nəyə görə dirilmə haqqındakı tə’limin düzgün başa düşülməsi həqiqi məsihçilərin fərqləndirici əlamətidir?

7 Eramızın I əsrində məsihçi olanların bə’zilərinə dirilməyə inanmaq asan deyildi. Bu tə’limə çətinliklə inananların bə’ziləri Korinf yığıncağına məxsus idi. Pavel onlara yazmışdır: «Mənim də aldığım bu ən ümdə tə’limi sizə təslim etdim, yə’ni Məsih, Müqəddəs Yazılara uyğun olaraq, bizim günahlarımız üçün öldü və basdırıldı, üçüncü gündə isə Müqəddəs Yazılara uyğun olaraq dirildi». Pavel dirilmiş Məsihin «beş yüzdən çox qardaşa göründü»yünü xatırlatmaqla bu həqiqəti təsdiqlədi və bu hadisənin şahidlərindən çoxunun həmin vaxt hələ də sağ olduğunu vurğuladı (1 Korinflilərə 15:3-8). Sonra o belə bir mülahizə yürütdü: «Əgər Məsih haqqında və’z olunursa ki, O, ölülərdən dirildi, sizlərdən bə’ziləri ölülərdən dirilmənin olmadığını necə söyləyə bilər? Əgər ölülərdən dirilmə yoxdursa, Məsih də dirilməmişdir; və əgər Məsih dirilməmişdirsə, deməli təbliğimiz boş, imanınız da boşdur» (1 Korinflilərə 15:12-14).

8 Gördüyümüz kimi, dirilmə haqqındakı tə’lim o qədər vacib əhəmiyyət kəsb edir ki, əgər məsihçi onu gerçək hesab etmirsə, onun imanı boşdur. Bundan əlavə, bu tə’limin düzgün başa düşülməsi Məsihin həqiqi davamçılarını yalançı məsihçilərdən fərqləndirir (Yaradılış 3:4; Yezekel 18:4). Pavel bu tə’limi məsihçiliyin «ibtidai tə’lim»inə daxil etmişdir. Biz isə «kamilliyə doğru can atmaq» istəyirik. Pavel deyir: «Allah icazə verərsə, bunu edəcəyik» (İbranilərə 6:1-3).

Dirilməyə olan ümid

9, 10. Müqəddəs Kitabda dirilmə sözü altında nə başa düşülür?

9 Dirilməyə olan imanımızı daha da möhkəmləndirmək üçün gəlin növbəti sualları nəzərdən keçirək: Müqəddəs Kitabda dirilmə sözü altında nəzərdə tutulan nədir? Dirilmə haqqındakı tə’lim Yehovanın məhəbbətini necə ucaldır? Bu sualların cavabı bizi Allaha yaxınlaşdıracaq və bu tə’limi başqalarına öyrətməyə kömək edəcək (2 Timoteyə 2:2; Yaqub 4:8).

10 «Dirilmə» kimi tərcümə olunan yunan sözü hərfi mə’nada «yenidən qalxmaq» mə’nasını daşıyır. Bu özünə nəyi daxil edir? Müqəddəs Kitaba əsasən dirilməyə olan ümid — ölülərin yenidən yaşaya biləcəyinə əminlikdir. Həmçinin Müqəddəs Kitab göstərir ki, insan — yerdə və ya göydə yaşamaq ümidinə malik olmasından asılı olaraq — ya cismani, ya da ruhani bədəndə dirildilir. Bu, Yehovanın məhəbbətini, müdrikliyini və qüvvəsini əks etdirən əsl mö’cüzədir!

11. Allahın məsh edilmiş xidmətçiləri hansı dirilmə ümidinə malikdirlər?

11 Dirilmə zamanı İsa və onun məsh edilmiş qardaşları göydə xidmət etmək üçün yararlı olan ruhani bədən alırlar (1 Korinflilərə 15:35-38, 42-53). Onlar yer üzündə Cənnət şəraiti yaradacaq Xilaskar Padşahlığın hökmdarları kimi birlikdə xidmət edəcəklər. Məsh edilmiş məsihçilər Baş Kahin İsanın rəhbərliyi altında Padşahlıq edən kahin tayfasını təşkil edirlər. Onlar salehliyin hökm sürəcəyi yeni dünyada Məsihin fidiyə qurbanlığının dəyərini insanların rifahı üçün tətbiq edəcəklər (1 Peter 2:9; İbranilərə 7:25, 26; 9:24; Vəhy 22:1, 2). Hal-hazırda yer üzündə yaşayan məsh edilmiş məsihçilər Allaha məqbul olaraq qalmağa can atırlar. Onlar öləndə göydə ölməz ruhani həyat almaq üçün dirilərək öz mükafatlarını alacaqlar (1 Korinflilərə 15:51, 52; 2 Korinflilərə 5:1-3, 6-8, 10; Vəhy 14:13). Pavel yazırdı: «Əgər Onun ölümünə bənzər bir ölümdə Onunla birləşdiksə, Onun dirilməsinə bənzər bir dirilmədə də Onunla birləşəcəyik» (Romalılara 6:5). Bəs yer üzündə yaşamaq üçün dirilənlər haqqında nə demək olar? Dirilməyə olan ümid onları Allaha necə yaxınlaşdırır? Bu haqda çox şeyi İbrahimin nümunəsindən öyrənəcəyik.

Dirilmə və Yehova ilə dostluq

12, 13. Nəyə görə İbrahimin dirilməyə inanmaq üçün tam əsası var idi?

12 «Allahın dostu» adlanan İbrahim güclü imanı ilə seçilirdi (Yaqub 2:23). Pavel İbranilərə məktubun 11-ci fəslində sadiq kişi və qadınları sadalayarkən, onun imanı haqqında üç dəfə xatırlatdı (İbranilərə 11:8, 9, 17). Üçüncü xatırlatma İbrahimin öz oğlu İshaqı itaətkarlıqla qurban gətirməyə hazırlaşdığı hadisə ilə bağlı idi. O əmin idi ki, Yehova İshaq vasitəsilə ona zürriyyət vermək və’dini mütləq yerinə yetirəcək. İshaq qurban gətirilərək ölsə belə, İbrahim «Allahı İshaqı ölümdən diriltməyə qadir saydı».

13 İbrahimin imanının nə qədər güclü olduğunu görəndə, Yehova elə etdi ki, İshaqın yerinə heyvan qurban gətirilsin. Bununla belə həmin hadisə dirilmə üçün nümunə oldu. Buna işarə edərək Pavel demişdir: «[İbrahim] onu [İshaqı]... ölümdən geri aldı» (İbranilərə 11:19). Bundan əlavə, artıq İbrahimin dirilməyə inanmaq üçün möhkəm əsası vardı. Çünki bir qədər əvvəl Yehova yaşa dolmuş İbrahimlə Saraya uşaq sahibi olmaq qabiliyyətini qaytarmış və onların oğlu İshaq doğulmuşdu (Yaradılış 18:10-14; 21:1-3; Romalılara 4:19-21).

14. a) branilərə 11:9, 10 ayələrinə əsasən İbrahim nəyi gözləyirdi? b) Yeni dünyada xeyir-dualar alması üçün İbrahimlə nə baş verməlidir? c) Padşahlığın xeyir-dualarını necə ala bilərik?

14 Pavel İbrahimi «me’marı və banisi Allah olan, möhkəm təməllərə malik şəhəri» gözləyərək çadırda yaşayan bir qərib kimi təsvir etdi (İbranilərə 11:9, 10). Bu şəhər, Allahın mə’bədinin yerləşdiyi Yerusəlim kimi həqiqi şəhər deyil, simvolik şəhər idi. Bu, İsa Məsihdən və 144 000 hakimiyyət şəriklərindən ibarət Allahın səmavi Padşahlığı idi. Göylər izzətini alan bu 144 000 nəfər həmçinin «müqəddəs şəhər, yeni Yerusəlim», Məsihin «gəlini» adlanır (Vəhy 21:2). 1914-cü ildə Yehova İsanı səmavi Xilaskar Padşahlığın taxtına oturtdu və ona düşmənləri arasında hökmranlıq etmək əmri verdi (Məzmur 110:1, 2; Vəhy 11:15). Padşahlığın gətirəcəyi xeyir-duaları ala bilməsi üçün «Allahın dostu» olan İbrahim həyata qaytarılmalıdır. Padşahlığın xeyir-dualarını almaq üçün biz də Allahın yeni dünyasına daxil olmalıyıq. Bunun üçün ya Har-Megidondan sağ çıxan böyük izdihamın, ya da ölülərdən dirilənlərin arasında olmaq lazımdır (Vəhy 7:9, 14). Bəs dirilməyə olan ümidin əsasını təşkil edən nədir?

Allahın məhəbbəti dirilməyə olan ümidin təməlidir

15, 16. a) Müqəddəs Kitabda yazılmış birinci peyğəmbərlik dirilməyə ümid üçün necə əsas verir? b) Dirilməyə olan iman bizi Yehovaya necə yaxınlaşdırır?

15 Sevən səmavi Atamızla yaxın münasibətlər, İbrahimin imanına bənzər güclü iman, həmçinin Allahın əmrlərinə itaət etməyimiz bizi saleh e’lan etmək və Öz dostları saymaq üçün Yehovaya əsas verir. Bu isə qarşımızda Padşahlığın rəhbərliyinin gətirəcəyi xeyir-dualara yol açır. Maraqlıdır ki, dirilməyə olan ümid haqqında və Allahla dostluğun mümkün olması barədə Müqəddəs Kitabın ən birinci peyğəmbərliyində — Yaradılış 3:15 ayəsində deyilmişdir. Orada yalnız Şeytanın başının əziləcəyi yox, həm də Allahın «qadınının» zürriyyətinin dabanından sancılacağı qabaqcadan deyilmişdi. Dabanın sancılması İsanın dirək üzərində ölməsini təmsil edirdi. Onun üçüncü gündə dirildilməsi dabana vurulmuş yaranı sağaltdı və «ölüm üzərində hakimiyyətə malik olanı, yə’ni, iblisi... yox» etmək üçün qəti hərəkət etməyə imkan yaratdı (İbranilərə 2:14).

16 Pavel yaddaşlıq edir: «Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü» (Romalılara 5:8). Allahın lütfünə olan minnətdarlığımız bizi İsaya və sevən səmavi Atamıza yaxınlaşdırır (2 Korinflilərə 5:14, 15).

17. a) Əyyub hansı ümiddən danışırdı? b)  Əyyub 14:15 ayəsi Yehova haqqında nə öyrədir və bu sizdə hansı hissləri oyadır?

17 Allahın Məsihə qədərki dövrdə yaşamış sadiq xidmətçisi Əyyub da dirilməni səbirsizliklə gözləyirdi. Şeytan ona çoxlu iztirablar çəkdirmişdir. Dirilməni heç yada salmayan yalançı dostlarından fərqli olaraq, Əyyub dirilməyə ümiddən təsəlli alırdı. O soruşdu: «İnsan ölsə, dirilərmi?» Öz sualına cavab verərək, o deyir: «Növbəm çatanacan bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm». Yehovaya müraciət edərək, Əyyub əminliklə deyirdi: «Sən çağıranda cavab verəcəyəm». Həmçinin o, sevən Yaradanımızın hissləri barədə də dedi: «Əllərinin bu işinin həsrətini çəkəcəksən» (Əyyub 14:14, 15). Bəli, Yehova sadiq xidmətçilərinin dirilmə zamanı həyata qaytarılacaqları vaxtı səbirsizliklə gözləyir. Allah qeyri-kamil insanlara necə də böyük məhəbbət və lütf göstərir! Bu haqda düşünməyimiz bizi Ona daha da yaxınlaşdırır (Romalılara 5:21; Yaqub 4:8).

18, 19. a) Danieli nə gözləyir? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

18 Allahın mələyinin «Allahın sevimlisi» adlandırdığı Daniel peyğəmbər uzun ömür sürərək Yehovaya sədaqətlə xidmət etdi (Daniel 10:11, 19). Eramızdan əvvəl 617-ci ildə əsir düşdükdən öldüyü vaxta qədər, yə’ni eramızdan əvvəl 536-cı ildə Fars padşahı Kirin hökmranlığının üçüncü ilində gördüyü görüntüdən bir qədər sonrakı vaxta qədər Yehovaya olan sadiqliyini qoruyub saxladı (Daniel 1:1; 10:1). Daniel Kirin hökmranlığının üçüncü ilində bir-birini əvəz edən dünya dövlətlərinin qarşıdan gələn böyük məşəqqətdə sona çatması barədə görüntü gördü (Daniel 11:1–12:13). O, gördüyünü axıra qədər başa düşə bilmirdi və görüntünü verən mələkdən soruşdu: «Ey ağam, bəs bunların nəticəsi necə olacaq?» Cavab verərək mələk ‘ağıllı adamların başa düşəcəkləri’ «axır zamana» işarə etdi. Bəs peyğəmbərin özünü nə gözləyirdi? Mələk dedi: «Sən... ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan» (Daniel 12:8-10, 13). Daniel Məsihin Minillik hökmranlığında ‘salehlərin diriləcəyi zaman’ qalxacaq (Luka 14:14).

19 İndi axır zaman başa çatmaq üzrədir, Məsihin Minillik hökmranlığı isə biz imana gəldiyimiz vaxtdan daha yaxındır. Buna görə də özümüzdən soruşmalıyıq: mən İbrahimlə, Əyyubla, Daniellə və başqa sadiq kişi və qadınlarla birlikdə yeni dünyada olacağammı? Əgər Yehovadan uzaqlaşmır və Onun əmrlərinə riayət ediriksə, onda bu suala müsbət cavab verə biləcəyik. Gələn məqalədə kimlərin dirildiləcəyini müəyyən etmək üçün, dirilməyə olan ümidi daha ətraflı nəzərdən keçirəcəyik.

Xatırlayırsınızmı?

• Pavel dirilməyə olan ümid haqqında danışanda, insanlar necə reaksiya göstərirdilər?

• Nəyə görə dirilməyə olan ümid Məsihin həqiqi davamçılarını yalançı məsihçilərdən fərqləndirir?

• İbrahimin, Əyyubun və Danielin dirilməyə inandıqlarını haradan bilirik?

[18-ci səhifədəki şəkil]

Pavel vali Feliksin qarşısında dirilməyə olan ümidi əminliklə müdafiə edirdi.

[20-ci səhifədəki şəkil]

İbrahim dirilməyə nəyə görə inanırdı?

[22-ci səhifədəki şəkil]

Əyyub dirilməyə olan ümiddən təsəlli alırdı.

[22-ci səhifədəki şəkil]

Daniel salehlərin dirilməsi zamanı qalxacaqdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş