Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 2 s. 5
  • Cənnət itirilir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cənnət itirilir
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • Ədən bağında həyat necə idi?
    Allahın sözünə qulaq as və əbədiyyən yaşa
  • Bizdən üstün olan şəxslər
    Böyük Müəllimdən öyrən
  • Adəmlə Həvva Allahın sözünə qulaq asmır
    Müqəddəs Kitab dünyasına səyahət
  • Həyat çətinləşir
    Müqəddəs Kitab hekayələri
Əlavə
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 2 s. 5
Həvva qadağan olunmuş meyvəyə toxunur

BÖLMƏ 2

Cənnət itirilir

Üsyankar mələk ilk kişi və qadına Adəmlə Həvvaya təsir edir ki, onlar Allahın hakimiyyətini rədd etsinlər. Nəticədə, günah və ölüm dünyaya daxil olur

İNSANLARI yaratmazdan uzun illər əvvəl Allah çoxlu gözəgörünməz ruhani varlıqlar — mələklər yaratmışdı. Sonralar Şeytan İblis kimi tanınan üsyankar mələk Ədən bağında hiyləgərcəsinə cəhd etdi ki, Həvvanı Allahın qadağan etdiyi ağacın meyvəsindən yeməyə şirnikdirsin.

İlandan istifadə edərək Şeytan Allahın qadından və onun ərindən nə isə yaxşı bir şey gizlətdiyinə eyham vurdu. Mələk Həvvaya dedi ki, onlar qadağan olunmuş meyvədən yeməklə ölməyəcəklər. Bununla Şeytan Allahı yaratdığı insanlara yalan söyləməkdə ittiham etdi. İblis Allaha itaətsizliyi xüsusi bilik və azadlıq bəxş edən cazibəli bir şey kimi qələmə verdi. Ancaq bütün bunlar cəfəngiyat — yer üzündə söylənən ilk yalan idi. Bu mübahisəli sual əsas etibarilə Allahın ali hakimiyyətinə — Onun idarə etmək hüququna, eləcə də ədalətlə və təbəələrinin rifahını düşünərək hökmranlıq etməsinə dair qaldırılmışdı.

Həvva Şeytanın yalanına uydu. Onda meyvəni yemək arzusu oyandı və onu dərib yedi. Sonra ərinə də verdi, o da həmin meyvədən yedi. Bununla da onlar günahlı oldular. İlk baxışdan sadə görünən bu hərəkət əslində üsyankarlıq idi. Allahın əmrinə qarşı qəsdən çıxmaqla Adəmlə Həvva kamil həyat da daxil olmaqla, onlara hər şeyi verən Yaradanın rəhbərliyini rədd etdilər.

«O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan» (Yaradılış 3:15).

Allah üsyankarlara tutduqları əmələ görə hökm kəsdi. O, ilanla təmsil olunan Şeytanı məhv edəcək vəd olunmuş Övladın və ya Xilaskarın gələcəyini peyğəmbərlik etdi. Allah Adəmlə Həvvaya kəsdiyi ölüm hökmünü dərhal icra etmədi. Bununla da onların hələ dünyaya gəlməmiş övladlarına mərhəmət göstərdi. Həmin uşaqların ümid üçün əsasları olacaqdı, çünki Allahın göndərəcəyi şəxs Ədəndəki üsyanın faciəli nəticələrini aradan qaldıracaqdı. Gələcək Xilaskarla bağlı Allahın niyyətinin necə həyata keçəcəyi və həmin şəxsin kim olacağı Müqəddəs Kitab yazıldıqca tədricən açıqlanırdı.

Allah Adəmlə Həvvanı Cənnətdən qovdu. Onlar Ədən bağından kənarda zəhmətlə və alın tərilə əkib-becərməklə özlərini təmin etməli idilər. Sonra Həvva hamilə qaldı və ilk övladları olan Qabili dünyaya gətirdi. Onların Habil və Nuhun ulu babası Şeys də daxil olmaqla başqa oğul və qızları da oldu.

Yaradılış 3—5-dək fəsillərinə; Vəhy 12:9 ayəsinə əsaslanıb.

  • İlk söylənən yalan nədən ibarət idi və onu kim söylədi?

  • Adəmlə Həvvanın cənnəti itirməsinə nə səbəb oldu?

  • Allah üsyankarlara hərəkətlərinə görə hökm kəsəndə ümid üçün hansı əsası verdi?

QEYRİ-KAMİLLİK VƏ ÖLÜM

Allah Adəmlə Həvvanı kamil və Cənnətdə əbədi yaşamaq imkanı ilə yaratmışdı. Onlar Allaha qarşı üsyan qaldırmaqla günah işlətdilər. Buna görə də Adəmlə Həvva kamilliyi itirdilər və həyat Mənbəyi olan Yehova ilə münasibətlərini pozdular. O vaxtdan bəri nə özləri, nə də qeyri-kamil nəsilləri günah və onun nəticəsi olan ölümdən qaça bilmədilər (Romalılara 5:12).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş