-
«Allahı təqlid edin»Gözətçi qülləsi 2009 | 1 yanvar
-
-
Allahın Kəlamı həqiqi məsihçilərə nəsihət edir: «Beləliklə, sevimli övladlar kimi, Allahı təqlid edin» (Efeslilərə 5:1). Bu sözlər Allahın Öz xidmətçilərinə etibar etdiyini çox gözəl ifadə edir. Allah Öz xidmətçilərinə necə etibar edə bilər? Yehova Allah insanı Öz surətində və bənzərində yaratdı (Yaradılış 1:26, 27). Beləliklə də, insanlara Öz keyfiyyətlərinə bənzər keyfiyyətlər verdia. Buna görə də Müqəddəs Kitab məsihçiləri ‘Allahı təqlid etməyə’ təşviq edəndə sanki Yehova Özü onlara deyir: «Mən sizə inanıram. Bilirəm ki, qeyri-kamilliyinizə baxmayaraq, müəyyən dərəcədə Mənə bənzəyə bilərsiniz».
-
-
«Allahı təqlid edin»Gözətçi qülləsi 2009 | 1 yanvar
-
-
a Koloslulara 3:9, 10 ayələri göstərir ki, Allahın surətində yaradılmaq müəyyən xüsusiyyətlərə sahib olmaq deməkdir. Allahı razı salmaq istəyənlər ‘Yaradanın surətinə bənzər tərzdə təzələnən’ ‘yeni mənliyi’ geyinməyə təşviq olunurlar.
-