Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp20 №  3 s. 14—15
  • Allahın nemətlərini əbədiyyən dadın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın nemətlərini əbədiyyən dadın
  • Gözətçi qülləsi (kütləvi) 2020
  • Oxşar material
  • İsa Məsihin mö’cüzələri nəyi göstərir?
    Gözətçi qülləsi 2004
  • İsanın möcüzələrindən nə öyrənirik?
    Gözətçi qülləsi 2023
  • O, insanları sevirdi
    Gözətçi qülləsi 2015
  • Peyğəmbərlər Allahı bizə tanıtmışlar
    Gözətçi qülləsi (kütləvi) 2020
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2020
wp20 №  3 s. 14—15
Müxtəlif xalqlardan olan insanlar yerüzü cənnətdə birgə xoş vaxt keçirir.

«Yer üzü bəhrəsini verəcək, Allah, bizim Allahımız bizə ruzi-bərəkət verəcək» (ZƏBUR 67:6).

Allahın nemətlərini əbədiyyən dadın

Allah İbrahim peyğəmbərə vəd etmişdi ki, «yer üzünün bütün xalqları» onun nəslindən gələn bir şəxsin vasitəsilə mübarək olacaq (Yaradılış 22:18). Söhbət kimdən gedir?

Təxminən 2000 il bundan öncə Allah İbrahim peyğəmbərin nəslindən gələn İsa Məsihə böyük möcüzələr göstərmək gücü vermişdi. Bu möcüzələr İbrahim peyğəmbərə verilən vədin İsa Məsih vasitəsilə yerinə yetəcəyinə dəlalət edirdi (Qalatiyalılara 3:14).

İsa Məsihin möcüzələrini görən insanlar şəksiz inanırdılar ki, Allah onun vasitəsilə bəşəriyyəti mübarək qılacaq. Onun etdiyi möcüzələr həmçinin göstərirdi ki, Allah bəşəriyyətə hansı əbədi nemətləri bəxş edəcək. İsa Məsihin göstərdiyi möcüzələrdən onun necə bir şəxsiyyət olduğunu görə bilərik.

Qayğıkeş idi. İsa Məsih xəstələrə şəfa verirdi.

Bir dəfə cüzama tutulmuş bir nəfər İsa Məsihə yaxınlaşıb onu sağaltmasını xahiş etdi. İsa ona toxunub dedi: «İstəyirəm. Təmizlən. O andaca cüzam keçdi, həmin adam təmizləndi» (Mark 1:40—42).

Əliaçıq idi. İsa Məsih acları doyururdu.

İsa insanların aclıq çəkməsini istəmirdi. Bir neçə dəfə o, az sayda çörəyi və balığı möcüzəvi surətdə çoxaldaraq minlərlə insanı yedizdirmişdi (Mətta 14:17—21; 15:32—38). Hamı doymuşdu, hələ üstəlik artıq da qalmışdı.

Şəfqətli idi. İsa Məsih ölüləri dirildirdi.

Bir dul qadının gözünün ağı-qarası oğlu öləndə İsa Məsihin qadına yazığı gəlib oğlunu diriltmişdi (Luka 7:12—15).

YER ÜZÜNDƏ ƏBƏDİ NEMƏTLƏR

İsa Məsih göstərmişdi ki, Allah bəşəriyyətə nemətlər verməyə qadirdir. Tezliklə, İsa Məsih vəd etdiyi kimi qayıdanda Qadir Allah onun vasitəsilə bütün yer üzündə daha böyük möcüzələr edəcək!

Allah İbrahim peyğəmbərə verdiyi vədi yerinə yetirəndə yer üzündə həyat necə olacaq? Allahı sevənlər və Ona itaət edənlər «yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:11). «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

Yer üzündə əmin-amanlıq şəraitində əbədiyyən yaşamaq necə də gözəl olacaq! Allahın hakimiyyətinin tezliklə gətirəcəyi nemətlər barədə ətraflı məlumat almaq üçün www.jw.org saytına daxil ola bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş