Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • «Gedirəm»
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 3
    • Gəlin Rəfəqənin dəvələri doyunca sulamağa hazır olmasına diqqət yetirək. Əgər dəvə çox susayarsa, 95 litrə qədər su içə bilər. Belə olan halda, Rəfəqəyə dayanmadan saatlarla su çəkmək lazım gələrdi. Amma dəvələr sən deyən, elə də susamamışdılara. Fəqət Rəfəqə bunu bilmirdi. Ancaq buna baxmayaraq, köməyini təklif etdi. O, tanımadığı bu yaşlı kişiyə qonaqpərvərlik göstərmək üçün əlindən gələni etməyə hazır idi. Kişi onun köməyini qəbul etdi. Rəfəqə dəfələrlə quyunun yanına qaçıb-gəldi, səhəngini doldurub-boşaldaraq suvata su yığdı. Bu vaxt ərzində kişi diqqətlə onu izləyirdi (Yaradılış 24:20, 21).

      Rəfəqə İbrahim peyğəmbərin xidmətçisinin dəvələrini sulayır

      Rəfəqə qoçaq və qonaqpərvər qız idi

  • «Gedirəm»
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 3
    • Sözsüz ki, Rəfəqə bu yaşlı kişinin onu kənardan izlədiyinin fərqində idi. Onun baxışında ədəbsiz bir şey yox idi. Bu, təəccüb, heyrət və sevinc dolu baxışlar idi. Rəfəqə işini görüb qurtarandan sonra kişi ona hədiyyələr — bahalı daş-qaşlar ərməğan edib soruşdu: «De görüm kimin qızısan? Atanın evində gecələmək üçün bizə yer tapılar?» Rəfəqə ailəsi barədə danışanda bu yaşlı kişinin sevinci birə-beş artdı. Sonra Rəfəqə böyük həvəslə sözünə əlavə etdi: «Bizdə saman da var, çoxlu yem də. Gecələməyiniz üçün yerimiz də var». Bu, böyük bir təklif idi, çünki kişi tək gəlməmişdi, onunla birlikdə digər insanlar da səfərə çıxmışdı. Bunu deyəndən sonra Rəfəqə qabaqda qaçıb baş verənləri anasıgilə danışdı (Yaradılış 24:22—28, 32).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş