Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/1 s. 13—15
  • Allah bilirdimi ki, Adəmlə Həvva günah işlədəcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah bilirdimi ki, Adəmlə Həvva günah işlədəcək?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • «Hər şey çox yaxşıdır»
  • Saleh, ədalətli və xeyirxah
  • «Yeganə hikmətli» Allah
  • «Allah məhəbbətdir»
  • Yehova «axırı əvvəldən» bildirən Allahdır
    Gözətçi qülləsi 2006
  • Yehovanın niyyəti mütləq çin olacaq!
    Gözətçi qülləsi 2017
  • Nə üçün pislik indiyədək davam edir?
    Gözətçi qülləsi 2007
  • Biz nə üçün qocalır və ölürük?
    Əbədi həyata aparan bilik
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/1 s. 13—15

Allah bilirdimi ki, Adəmlə Həvva günah işlədəcək?

BİR ÇOX insanlar həqiqətən də bu sualın cavabını bilmək istərdilər. «Allah iztirablara nə üçün yol verir?» sualı yarananda Eden bağında ilk insanların işlətdikləri günah yada düşür. İnsan elə nəticəyə gələ bilər ki, əgər Allah hər şeyi bilirsə, deməli, O, Adəmlə Həvvanın itaətsizlik edəcəklərini də qabaqcadan bilirdi.

Allahın kamil cütlüyün günah edəcəyini qabaqcadan bilməsi fikri Allah haqqında yanlış təsəvvürlər yarada bilər: insan elə düşünə bilər ki, O, sevməyən, ədalətsiz və qeyri-səmimi Allahdır. Bəziləri, ilk insan cütünü bilə-bilə axırı pis qurtaracaq bir işə sürükləməyin qəddarlıq olduğu düşünə bilər; eləcə də tarix boyunca baş verən bütün pisliklərə və əzab-əziyyətlərə görə Allah cavabdeh, yaxud da qismən səbəbkar hesab oluna bilər. Allahın bu hərəkəti bəzilərinə hətta məntiqsiz görünə bilər.

Yehova Allah haqqında bu cür mənfi təsəvvürlər Müqəddəs Kitabda öz təsdiqini tapırmı? Bu suala cavab vermək üçün gəlin görək, orada Allahın yaratdıqları və şəxsiyyəti haqqında nə deyilir.

«Hər şey çox yaxşıdır»

«Yaradılış» kitabında, yer üzündəki ilk insanlar da daxil olmaqla, Allahın yaratdıqları barədə deyilir: «Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır» (Yaradılış 1:31). Adəmlə Həvva mükəmməl surətdə, ətraf aləmə uyğun yaradılmışdılar. Onlarda heç bir qüsur yox idi. ‘Çox yaxşı’ yaradıldıqları üçün onlardan tələb olunduğu kimi düzgün davrana bilərdilər. Adəmlə Həvva «Allahın surətində» yaradılmışdılar (Yaradılış 1:27). Buna görə də onlar müəyyən mənada Allaha xas olan müdriklik, məhəbbət, ədalət və xeyirxahlıq kimi xüsusiyyətləri təzahür etdirməyi bacarırdılar. Bu kimi xüsusiyyətləri təzahür etdirmək onların həm özlərinə fayda gətirəcək, həm də səmavi Atalarının ürəyini sevindirəcək qərarlar qəbul etməyə kömək edəcəkdi.

Yehova bu kamil, şüurlu varlıqlara iradə azadlığı vermişdi. Buna görə də Allaha məqbul olmaq üçün onlar robot kimi əvvəlcədən proqramlaşdırılmamışdılar. Belə bir nümunənin üzərində düşünək: hansı hədiyyə sizin üçün daha xoş olardı — mexaniki olaraq verilmiş, yoxsa ürəkdən gələn? Cavab aydındır. Eynilə, əgər Adəmlə Həvva könüllü olaraq Allaha itaətkar qalmağı seçsəydilər, onların itaətkarlığı Allaha daha xoş olardı. Seçmə bacarığı ilk insan cütünə Yehovaya məhəbbətdən irəli gələrək itaətkarlıq göstərmək imkanı verirdi (Qanunun təkrarı 30:19, 20).

Saleh, ədalətli və xeyirxah

Müqəddəs Kitabda Yehovanın xüsusiyyətləri açıqlanır. Bu xüsusiyyətlər Allahın günaha yol verməsini imkansız edir. Məzmur 33:5 ayəsində deyilir ki, Yehova «salehliyi və ədaləti sevir». Buna görə də Yaqub 1:13 ayəsində qeyd olunur: «Allah heç kəsi pisliklə sınamır». Allah ədalətli və qayğıkeş olduğundan Adəmi xəbərdar etdi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:16, 17). İlk cütlüyə əbədi həyatla ölüm arasında seçim etmək imkanı verilmişdi. Buna görə də sonu günahla nəticələnəcəyini bilə-bilə onlara xəbərdarlıq etməklə Allah ikiüzlülük etmiş olmazdımı? ‘Ədaləti və salehliyi sevən’ Yehova Allah Adəmlə Həvvaya seçim etmək imkanları olmadığı halda seçim təklif etməzdi.

Həmçinin Yehova Allahın xeyirxahlığı böyükdür (Məzmur 31:19). İsa peyğəmbər Onun xeyirxahlığını belə təsvir etmişdi: «Aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin? Yaxud balıq istəyəndə, ona ilan versin? Əgər siz pis olduğunuz halda uşaqlarınıza yaxşı nemətlər verə bilirsinizsə, məgər səmavi Atanız Ondan istəyənlərə yaxşı nemətlər verməyəcək?» (Matta 7:9—11). Allah Öz yaratdıqlarına «yaxşı nemətlər» bəxş edir. Onun insanları necə yaratması və Cənnət evini onlar üçün hazırlaması xeyirxahlığının sübutudur. Belə xeyirxah Allah onlara gözəl ev verib, sonra da əllərindən almaqla bu qədər qəddar davrana bilərdimi? Xeyr, saleh və xeyirxah Yaradanımız insanların üsyanına görə məsuliyyət daşımır.

«Yeganə hikmətli» Allah

Müqəddəs Yazılar Yehovanın «yeganə hikmətli» Allah olduğunu göstərir (Romalılara 16:27). Allahın göydəki mələkləri dəfələrlə Onun sonsuz müdrikliyinin şahidi olmuşlar. Yehova yer üzündəki varlıqları yaradanda onlar ‘sevincdən haray salırdılar’ (Əyyub 38:4—7). Şübhəsiz, bu şüurlu varlıqlar Eden bağında baş verən hadisələri böyük maraqla izləyirdilər. Möhtəşəm kainatı və yer üzündə çoxlu gözəl şeyləri yaratdıqdan sonra müvəffəqiyyətsizliyə düçar olacaqlarını bilə-bilə, bu iki qeyri-adi varlığı mələklər qarşısına çıxarmaq hikmətli Allah üçün nə dərəcədə məntiqəuyğun olardı? Belə fəlakəti əvvəlcədən planlaşdırmaq heç bir məntiqə sığmır.

Lakin bəziləri etiraz edə bilərlər: «Necə ola bilər ki, ən böyük hikmətə malik olan Allah bunu bilməsin?» Təbii ki, böyük hikmət sahibi olan Yehova «axırı əvvəldən» bilən Allahdır (Yeşaya 46:9, 10). Lakin O Öz hədsiz gücündən tam surətdə istifadə etmədiyi kimi, bu bacarığından da tam istifadə etmir. Yehova qabaqcadan görmək qabiliyyətindən nə vaxt istifadə etməli olduğuna müdrikliklə qərar verir. O, bu bacarığından kifayət qədər əsas olanda və vəziyyət tələb edəndə istifadə edir.

Allahın gələcəyi bilmək qabiliyyətindən istifadə etməmək qərarını müasir texnologiyanın səciyyəvi bir xüsusiyyəti ilə müqayisə etmək olar. Diskə və ya kasetə yazdırılmış idman oyununa baxarkən hər bir kəsin imkanı var ki, oyunun nəticəsini bilmək üçün əvvəlcə onun axırına baxsın. Lakin kimsə oyunun axırına əvvəlcədən baxmamaq qərarına da gələ bilər. Oyuna başdan baxmaq istədiyinə görə kim ona nə deyə bilər? Eləcə də, görünür, Yaradan hadisələrin nə ilə nəticələnəcəyini əvvəlcədən bilməməyə üstünlük vermişdir. O, gözləmək və hadisələr inkişaf etdikcə yer üzündəki övladlarının necə davranacaqlarına baxmaq qərarına gəldi.

Yuxarıda deyildiyi kimi, müdrik Yehova Allah ilk insanları bütün hərəkətləri proqramlaşdırılmış robot kimi yaratmamışdı. Əksinə, O, məhəbbətdən irəli gələrək onlara iradə azadlığı verdi. Düzgün yolu seçməklə onlar məhəbbət, minnətdarlıq, itaətkarlıq göstərə bilər və bununla da həm özlərinə fayda gətirər, həm də səmavi Ataları Yehovanın ürəyini sevindirərdilər (Süleymanın məsəlləri 27:11; Yeşaya 48:18).

Müqəddəs Yazılar göstərir ki, bir çox hallarda Allah gələcəyi əvvəlcədən bilmək qabiliyyətindən istifadə etməmişdir. Nümunə üçün, İbrahim peyğəmbər oğlunu qurban gətirməyə hazırlaşanda Yehova onun sadiqliyini görüb belə dedi: «İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin» (Yaradılış 22:12). Digər tərəfdən, bəzən müəyyən insanlar pis davranışları ilə Onun ‘xatirinə dəyirdilər’. Əgər Allah bütün bu şeyləri əvvəlcədən bilsəydi, bu Ona belə pis təsir edərdimi? (Məzmur 78:40, 41; 1 Padşahlar 11:9, 10).

Ən ağlabatanı odur ki, hikmətli Allah ulu valideynlərimizin günah işlədib-işlətməyəcəklərini bilmək üçün gələcəyi bilmək qabiliyyətindən istifadə etmədi. O, uğursuzluğa düçar olacağını bildiyi halda heç vaxt bu cür əcaib işə gücünü və vaxtını sərf etməzdi.

«Allah məhəbbətdir»

Allahın düşməni Şeytanın Edendə qaldırdığı üsyan günah və ölüm kimi pis nəticələrə səbəb oldu. Bununla Şeytan ‘qatil’, həmçinin ‘yalançı və yalanın atası’ olduğunu göstərdi (Yəhya 8:44). O, bədniyyətli olduğundan məhəbbətli Yaradanımıza da pis niyyətlər aid etməyə çalışır və insanların günahını Yehovanın üzərinə atmaq istəyir.

Yehovanın Adəmlə Həvvanın günah işlədib-işlətməyəcəklərini bilmək istəməməsinin ən böyük səbəbi Onun məhəbbətli olmasıdır. Məhəbbət Allahın əsas xüsusiyyətidir. 1 Yəhya 4:8 ayəsində deyilir ki, «Allah məhəbbətdir». Məhəbbət hər şeyə mənfi cəhətdən yox, müsbət cəhətdən baxır: o başqalarında yaxşı şeylər görməyə çalışır. Bəli, Yehova Allah məhəbbətdən irəli gələrək ilk insan cütü üçün ən yaxşı olanını istəyirdi.

Allahın yer üzündəki övladları qeyri-müdrik seçim etsələr də, məhəbbətli Allahımız bədbinliyə qapılaraq yaratdığı digər kamil varlıqlara şübhə ilə yanaşmağa başlamadı. Allah Adəmlə Həvvanı ehtiyacları olan hər şeylə, hətta lazımi biliklə təmin etmişdi. Buna görə də təbiidir ki, Allah onlardan üsyankarlıq yox, Onu sevdikləri üçün itaətkarlıq göstərmələrini gözləyirdi. O bilirdi ki, Adəmlə Həvva sadiq qala bilər, çünki hətta qeyri-kamil olan İbrahim, Əyyub, Daniel və bir çox insanlar öz sadiqliklərini qoruya bilmişlər.

Bir dəfə İsa peyğəmbər demişdi: «Allah üçün hər şey mümkündür» (Matta 19:26). Bu, çox təsəlliverici fikirdir. Yehovanın məhəbbəti, eləcə də ədalət, müdriklik və qüvvə kimi əsas xüsusiyyətləri bizi əmin edir ki, vaxtı gələndə O, günahın və ölümün bütün nəticələrini mütləq aradan qaldıracaq, çünki O, buna qadirdir (Vəhy 21:3—5).

Aydındır ki, Yehova Allah ulu valideynlərimizin günah edəcəyini əvvəlcədən bilmirdi. İnsanların itaətsizliyinin və özü ilə gətirdiyi iztirabların Onun üçün ağır olmasına baxmayaraq, Allah bilirdi ki, bu müvəqqəti vəziyyət Onun yerə və bəşəriyyətə dair ilk niyyətinin həyata keçməsinə mane olmayacaq. Nəyə görə bu niyyət və onun həyata keçməsinin sizə hansı faydanı gətirəcəyi haqda daha çox öyrənməyəsiniz?a

[Haşiyə]

a Allahın yer üçün niyyəti haqqında əlavə məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən nəşr olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslinə baxa bilərsiniz.

[14-cü səhifədəki yazı]

Yehova Allah ilk insanları bütün hərəkətləri proqramlaşdırılmış robot kimi yaratmamışdı

[15-ci səhifədəki yazı]

Allah bilirdi ki, Adəmlə Həvva sadiq qala bilər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş