-
Ölümlə bağlı Müqəddəs Kitabda nə yazılıb?Gözətçi qülləsi (kütləvi) 2017 | № 4
-
-
MÜQƏDDƏS KİTAB MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRİR
Yaradılış 2:7 ayəsində yazılıb: «Yehovaa Allah torpaqdan insanı yaratdı və onun burnuna həyat nəfəsi üfürdü, beləcə, insan canlı varlıq oldu». Bu ayədə işlənən «canlı varlıq» ifadəsi ibranicə «nefeş» sözündən əmələ gəlir və hərfi mənası «nəfəs alan varlıq» deməkdir.
Göründüyü kimi, Müqəddəs Kitaba əsasən, Allah Adəmi yaradanda ona «həyat nəfəsi» və ya həyat qüvvəsi verdi və Adəm canlı varlıq oldu. Müqəddəs Kitabda deyilmir ki, Allah Adəmə ölməz ruh verdi. Əgər Müqəddəs Kitab insanın ölməz ruha malik olduğunu öyrətmirsə, bu təlim əksər dinlərə haradan keçib? Bu suala cavab tapmaq üçün gəlin qədim Misirə qısa bir səyahət edək.
-