Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/10 s. 12—15
  • Adəmlə Həvva həqiqətən də mövcud olmuşlarmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Adəmlə Həvva həqiqətən də mövcud olmuşlarmı?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • «Yaradılış»da deyilənlər elmi cəhətdən etibarlıdırmı?
  • Müqəddəs Kitabın təqdim etdiyi sübutlar
  • Zəncirvari əlaqə
  • Həyatın mənası varmı?
  • Sonuncu düşmən olan ölüm məhv ediləcək
    Gözətçi qülləsi 2014
  • Allah ilk kişi ilə qadını yaradır
    Müqəddəs Kitab dünyasına səyahət
  • İlk kişi və qadın
    Müqəddəs Kitab hekayələri
  • Yehovanın niyyəti mütləq çin olacaq!
    Gözətçi qülləsi 2017
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/10 s. 12—15

Adəmlə Həvva həqiqətən də mövcud olmuşlarmı?

BİR çox insanlar üçün «Yaradılış» kitabında Adəm və Həvva haqqında deyilənlər sadəcə maraqlı bir hekayədir. «Xristian dinlərinə mənsub olan insanlar çoxdandır ki, “Yaradılış”da haqqında bəhs edilən əhvalatların, məsələn, Adəm və Həvva haqqında deyilənlərin sadəcə məcazi məna daşıdığını düşünürlər»,— deyə «Taym» jurnalının redaktoruna ünvanlanan məktubda yazılırdı. Bir çox katolik, protestant və yəhudi alimləri bu fikirlə razıdır. Onlar iddia edirlər ki, «Yaradılış» kitabında deyilənlərin çoxu tarixlə və ya elmlə uzlaşmır.

Bəs siz nə düşünürsünüz? Doğrudanmı Adəmlə Həvva real şəxsiyyət olublar? Onların həqiqətən də mövcud olduqlarını göstərən faktlar varmı? Bəs hansı səbəblərdən irəli gələrək bəziləri «Yaradılış»da deyilənlərin əfsanə olduğunu düşünürlər?

«Yaradılış»da deyilənlər elmi cəhətdən etibarlıdırmı?

Əvvəlcə gəlin ilk insanın yaradılması haqda olan məlumatın əsas məqamlarını nəzərdən keçirək. Müqəddəs Kitabda Adəm haqqında deyilir: «Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı bir varlıq oldu» (Yaradılış 2:7). Bu fikir elmi kəşflərlə üst-üstə düşürmü?

«Nanotibb» kitabında insan bədənin 41 kimyəvi elementdən təşkil olunduğu deyilir. Bu əsas elementlərin hamısı — karbon, dəmir, oksigen və sairə elementlər yerin ‘torpağında’ mövcuddur. Buradan belə nəticəyə gəlmək olar ki, «Yaradılış»da deyildiyi kimi, insan doğrudan da «yerin torpağından» yaradılıb.

Necə olub ki, bu cansız elementlərin birləşməsindən canlı insan yaranıb? Bunun nə dərəcədə çətin olduğunu başa düşmək üçün indiyədək ixtira olunmuş ən mürəkkəb mexanizm olan NASA-nın şatlına (kosmik gəmi) nəzər salaq. Texnologiyanın bu möcüzəsi 2,5 milyon hissədən ibarətdir. Həmin hissələrin layihəsini çəkmək və onları birləşdirmək üçün mühəndis briqadalarından illərlə vaxt tələb olunmuşdu. İndi isə gəlin insan bədəninə nəzər salaq. O, 7 oktilyon atomdan, 100 trilyon hüceyrədən, çoxlu orqanlardan və ən azı 9 əsas orqanlar sistemindən təşkil olunmuşdura. Bu ağlasığmaz dərəcədə mürəkkəb və gözəl quruluşlu mexanizm necə peyda olmuşdur? Kor təsadüf, yoxsa düşünülmüş niyyət nəticəsində?

Bundan başqa, insan nəyin sayəsində yaşayır? Həyat qığılcımı haradan götürülür? Alimlər bunu bilmədiklərini etiraf edirlər. Əslində, onlar həyata düzgün tərif verməkdə belə ortaq məxrəcə gələ bilmirlər. Yaradanın mövcudluğu fikrini qəbul edənlər üçün isə cavab aydındır. Mənbə, əlbəttə ki, Allahdırb.

Bəs «Yaradılış» kitabında Həvvanın Adəmin qabırğasından yaradılması haqqında deyilənlərə inanmaq olarmı? (Yaradılış 2:21-23). Bu məlumatı mif və ya əfsanə kimi rədd etməzdən öncə, ayaq saxlayıb növbəti faktlara diqqət yetirin: 2008-ci ilin yanvar ayında ABŞ-ın Kaliforniya ştatında alimlər yetkin insanın dəri hüceyrələrindən dünyada ilk dəfə həyat qabilliyyətli klonlaşdırılmış döllər yaratmışlar. Eyni üsullardan istifadə edərək alimlər ən azı 20 heyvanı klonlaşdırmışlar. Bunlardan ən tanınmışı Dolli adlı qoyun 1996-cı ildə qoyunun süd vəzlərindən klonlaşdırılmışdırc.

Bu elmi təcrübələrin nəticəsini zaman göstərəcək. Lakin əsas fikir bundan ibarətdir: əgər insanlar bir orqanizmin bioloji materialından istifadə edərək ona bənzər başqa bir canlı yarada bilirlərsə, hər şeyə qadir Yaradan mövcud olan bir insanın bioloji materialından başqa insanı yarada bilməzdimi? Maraqlıdır ki, qabırğa sümüyünün yenidən böyüməsi və öz yerini tutması qabiliyyətinə malik olduğu üçün cərrahlar, bir qayda olaraq, bərpaedici cərrahiyyə əməliyyatlarında ondan istifadə edirlər.

Müqəddəs Kitabın təqdim etdiyi sübutlar

Bəzi insanlar bütün Müqəddəs Kitab boyunca Adəm və Həvvanın dönə-dönə xatırlandığını biləndə təəccüblənirlər. Bu istinadlar «Yaradılış» kitabının tarixiliyini necə təsdiq edir?

Məsələn, gəlin Müqəddəs Yazıların «Birinci Salnamələr» kitabının 1-dən 9-dək fəsillərində və «Lukanın Müjdəsi»nin üçüncü fəslində yazılan yəhudi nəsil şəcərələrinə nəzər salaq. Qeyri-adi dərəcədə təfərrüatı ilə verilən bu nəsil şəcərələri münasib olaraq 48 və 75 nəsli əhatə edir. Luka İsa Məsihin nəsil şəcərəsini təsvir edib, «Salnamələr»də isə İsrail xalqının padşah və kahinlərinin nəsil şəcərəsi yazılıb. Hər iki siyahıda Süleyman, Davud, Yaqub, İshaq, İbrahim, Nuh və ən nəhayət, Adəm kimi yaxşı tanış olan adamların adları çəkilir. Bu iki siyahıdakı bütün adları real adamlar daşımışlar və hər iki siyahıda adı çəkilən Adəm həqiqətən də yaşayan ilk insan olmuşdur.

Bundan əlavə, Müqəddəs Kitabda Adəm və Həvva dönə-dönə mifik xarakterlər kimi yox, real insanlar kimi təqdim olunur. Aşağıda buna dair bir neçə nümunə gətirilir:

• «[Allah] bütün yer üzündə məskunlaşması üçün bir insandan hər milləti yaratdı» (HƏVARİLƏRİN İŞLƏRİ 17:26, YD).

• «Günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi... Adəmdən Musaya qədər olüm... hökm sürdü» (ROMALILARA 5:12, 14).

• «İlk insan olan Adəm yaşayan can oldu» (1 KORİNFLİLƏRƏ 15:45).

• «İlk yaradılan Adəm olmuşdur, Həvva isə sonra yaradılmışdır» (1 TİMOTEYƏ 2:13).

• «Adəmdən sonra yeddinci nəsildə olan Hanox da bu adamlar üçün peyğəmbərlik edərək demişdir» (YƏHUDA 14).

Daha vacibi isə, Müqəddəs Kitabda ən etibarlı şahid olan İsa Məsih Adəmlə Həvvanın mövcudluğunu təsdiq etmişdi. Boşanma mövzusu ilə bağlı suallara İsa belə cavab vermişdi: «Kainatın başlanğıcından isə “Allah onları kişi və qadın yaratdı”. “Buna görə insan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır. İkisi də bir bədən olacaqdır”... Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Mark 10:6-9). İsa məcazi məna daşıyan məlumata əsaslanaraq riayət olunması mütləq olan tələbi qoyardımı? Xeyr! İsa «Yaradılış» kitabına bir həqiqət kimi istinad edirdi.

Müqəddəs Yazılardakı sübutlara belə yekun vurulur: «Yeni əhd “Yaradılış” kitabının ilk fəsillərində deyilənlərin tarixiliyini təsdiq edir».

Zəncirvari əlaqə

Kilsəyə gedən bir çox səmimi insanlar yaxşı məsihçi olmaq üçün Adəmlə Həvvanın mövcudluğuna inanmağın vacib olmadığını düşünürlər. İlk baxışdan, bu həqiqət kimi görünə bilər. Lakin gəlin bir az dərinə gedək və baxaq görək bu, bizi hara aparıb çıxaracaq.

Məsələn, gəlin kilsəyə gedənlərin mühüm saydığı Müqəddəs Kitab təlimini — fidyəni götürək. Bu təlimə əsasən, İsa Məsih insanları günahdan azad etmək üçün öz kamil həyatını fidyə olaraq vermişdi (Matta 20:28; Yəhya 3:16). Bildiyimiz kimi, fidyə itirilmiş və ya müsadirə edilmiş bir şeyi satın almaq üçün ödənilən müvafiq dəyərdir. Buna görə də Müqəddəs Kitabda İsanın ‘özünü [«müvafiq», YD] fidyə verdiyi’ yazılıb (1 Timoteyə 2:6). Bizdə sual yarana bilər ki, o, özünü nəyə müvafiq fidyə kimi vermişdir. Bu suala Müqəddəs Kitab belə cavab verir: «Necə ki, Adəmdə hamı ölür, Məsihdə də hamı həyata qovuşur» (1 Korinflilərə 15:22). İsanın itaətkar bəşəriyyəti satın almaq üçün qurban verdiyi kamil həyatı Adəmin Edendə ilk günahın nəticəsində itirdiyi kamil həyata müvafiqdir (Romalılara 5:12). Aydındır ki, Adəm mövcud olmasaydı, Məsihin özünü fidyə kimi verməsi tamamilə mənasız olardı.

«Yaradılış»da Adəm və Həvva haqqında deyilənləri rədd etmək və ya onun əhəmiyyətini azaltmaq Müqəddəs Kitabın, demək olar ki, bütün əsas təlimlərini mənasız edird! Bu cür fikirlər çoxlu cavabsız suallar doğurur və nəticədə heç bir təməli olmayan iman yaranır (İbranilərə 11:1).

Həyatın mənası varmı?

Nəhayət biz ən əsas suala gəlib çıxırıq: «Yaradılış»da yazılanları rədd etmək insana həyatın mənasını tapmağa kömək edirmi? Görkəmli təkamülçü və ateist Riçard Doukinsin fikrinə görə, kainatda nə niyyət, nə plan, nə xeyir, nə də şər var, sadəcə kor, amansız laqeydlik mövcuddur. Bu, insan təbiətinə büsbütün zidd olan son dərəcə məyusedici bir fikirdir!

Bunun əksinə olaraq, Müqəddəs Kitabda həyatın ən vacib suallarına qənaətbəxş cavab verilir: biz necə yaranmışıq? Həyatın mənası nədədir? Nə üçün dünyada bu qədər pislik və əzab-əziyyət var? Pisliyə nə vaxtsa son qoyulacaqmı? Və sairə. Bundan başqa, biz Məsihin fidyə qurbanlığına iman sayəsində Allahın ilk insan olan Adəmlə Həvvanı yerləşdirdiyi Eden bağına bənzər Cənnətdə əbədi yaşamağa ümid edə bilərik (Məzmur 37:29; Vəhy 21:3-5). Doğrudan da gözəl ümiddire!

Adəmlə Həvva haqqında deyilənlər təkamül nəzəriyyəsinə uyğun gəlməsə də, elmə məlum olan bir çox faktlarla uzlaşır. Üstəlik, o, insanların həyatına məna qatan və Allahdan ilham alan Müqəddəs Kitabda deyilənlərə tam uyğun gəlir.

Belə isə, nə üçün Müqəddəs Kitabı şəxsən araşdırmayasınız? Yehovanın Şahidləri canla-başla bu işdə sizə kömək etməyə hazırdırlar.

[Haşiyələr]

a Hesablama sisteminə görə bu rəqəmlər 7 yanında 27 sıfır və 100 yanında 12 sıfır kimi yazılır.

b Əlavə məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Qayğıkeş Yaradan mövcuddurmu?» və «Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?» kitablarına baxın.

c Əlbəttə, bu alimlər həyat yaratmırlar. Əksinə, onlar artıq mövcud olan canlı hüceyrələrlə işləyirlər.

d Bura Allahın ali hakimiyyəti, insanın nöqsansızlığı, xeyir və şər, azad iradə, ölülərin vəziyyəti, nikah, vəd olunmuş Məsih, yerüzü cənnət, Allahın Padşahlığı və bir çox başqa təlimlər daxildir.

e Əlavə məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının «Allahın yer üçün niyyəti nədən ibarətdir?» adlı 3-cü və «Fidyə Allahın ən böyük hədiyyəsidir» adlı 5-ci fəslinə baxın.

[14-cü səhifədəki yazı]

Aydındır ki, Adəm mövcud olmasaydı, Məsihin özünü fidyə kimi verməsi tamamilə mənasız olardı.

[12 və 13-cü səhifədəki şəkillər]

Şatlın layihəsində olduğu kimi, insan bədənində də hər şey dəqiqliklə düşünülmüşdür

[15-ci səhifədəki şəkil]

İsa Adəmlə Həvvanın mövcudluğunu təsdiq etmişdi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş