Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Allah nə üçün əzab-əziyyətə yol verir?
    Gözətçi qülləsi 2014 | 1 yanvar
    • Səidə: «Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: “Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?” Qadın ilana dedi: “Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”. İlan qadına dedi: “Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız”».

  • Allah nə üçün əzab-əziyyətə yol verir?
    Gözətçi qülləsi 2014 | 1 yanvar
    • Mətanət: Düzdür. Növbəti sözlərlə Şeytan Allahı ittiham etdi. Görün o nə deyir: «Əsla ölməzsiniz». Şeytan Allahı yalançı adlandırdı!

      Səidə: Bunu heç vaxt eşitməmişdim.

      Mətanət: Şeytan Allahı yalançı adlandırmaqla elə bir sual qaldırdı ki, onun həll olunması üçün vaxt tələb olunmalı idi. Bilirsiniz, bu hansı sualdır?

      Səidə: Yox.

      Mətanət: Bunu anlamaq üçün bir nümunə çəkim. Təsəvvür edin, günlərin bir günü sizə yaxınlaşıb deyirəm ki, mən sizdən güclüyəm. Mənim səhv olduğumu necə sübut edə bilərsiniz?

      Səidə: Yoxlamaqla.

      Mətanət: Əlbəttə! Hansısa ağır əşyanı qaldırıb-qaldırmamaqla kimin güclü olduğunu asanlıqla sübut etmək olar.

      Səidə: Aydındır.

      Mətanət: Bəs əgər mən güc yox, dürüstlük məsələsinə toxunsam, onda necə? Bu, bir az fərqlidir, düzdür?

      Səidə: Razıyam.

      Mətanət: Bəs dürüstlüyü güc kimi tez bir zamanda asanlıqla yoxlamaq mümkündür?

      Səidə: Yox, mümkün deyil.

      Mətanət: İkimizdən kimin dürüst olub-olmadığını insanlar görsün deyə xeyli vaxt keçməlidir.

      Səidə: Məntiqlidir.

      Mətanət: İndi gəlin yenidən oxuduğumuz ayələri yadımıza salaq. Şeytan nəyi şübhə altına aldı? Allahın gücünü?

      Səidə: Yox.

      Mətanət: Belə etsəydi, Allah elə həmin an Öz gücünü göstərərdi. Ancaq Şeytan iddia etdi ki, guya Allah yalançı, o isə dürüstdür.

      Səidə: Sən bir işə bax.

      Mətanət: Müdrik Yaradan bilirdi ki, bu məsələni həll etməyin ən yaxşı üsulu hər şeyi zamanın öhdəsinə buraxmaqdır. Vaxt keçdikcə kimin yalançı, kimin isə dürüst olduğu üzə çıxmalı idi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş