-
«Sən hara getsən, mən də ora gedəcəyəm»İman örnəkləri
-
-
16—18. a) Rutun məhəbbəti nədən görünür? b) Məhəbbətlə bağlı Rutdan nə öyrənirik? (Həmçinin Rutla Naimənin təsvir olunduğu şəklə bax.)
16 Bu çöl-biyabanda Naiməylə təkbətək qalan Rut onun gözlərinə baxanda düzgün qərar verdiyinə bir daha əmin olur. Rut Naiməyə və onun ibadət etdiyi Allaha hədsiz məhəbbət bəsləyir. O deyir: «Səni atıb getməyi, geri qayıtmağı məndən istəmə. Sən hara getsən, mən də ora gedəcəyəm, harada qalsan, orada qalacağam, xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq. Sən harada ölsən, mən də orada öləcəyəm və məni orada dəfn edəcəklər. Əgər ölümdən başqa bir şey məni səndən ayırarsa, qoy Yehova cəzamı versin» (Rut 1:16, 17).
«Xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq»
17 Rutun bu sözlərinin üstündən üç min il keçib, amma bu kəlmələr hələ də çoxlarının yaddaşındadır. Bu sözlərdə məhəbbət kimi gözəl xüsusiyyət öz əksini tapır. Rutun məhəbbəti o qədər güclü, o qədər sarsılmaz idi ki, Naiməylə dünyanın o başına belə, getməyə hazır idi. Onları yalnız ölüm ayıra bilərdi. O, Muabda olan hər şeyi, hətta əvvəllər sitayiş etdiyi allahları belə, unutmağa hazır idi. Naimənin xalqı onun xalqı olacaqdı. Orpadan fərqli olaraq, Rut tam səmimiyyətlə deyə bilərdi ki, Naimənin Allahı Yehova onun da Allahı olacaqa.
-
-
«Sən hara getsən, mən də ora gedəcəyəm»İman örnəkləri
-
-
a Maraqlıdır ki, Rut digər yadellilərdən fərqli olaraq, sadəcə «Allah» demədi, Allahın adını çəkdi. «İzahlı Müqəddəs Kitab»ın şərhində deyilir: «Yazıçı bu yolla yadelli qadının tək olan Allaha ibadət etdiyini vurğulayır» («The Interpreter’s Bible»).
-