Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 31
  • Şənbə günü sünbül dərmək olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şənbə günü sünbül dərmək olar?
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Şənbə günü sünbül dərmək olar?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Məsihilər Şənbəni qeyd etməlidirlər?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Şənbə günü hansı işləri görmək olar?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İşin və istirahətin «öz vaxtı var»
    Gözətçi qülləsi 2019
İsa Məsihin həyatı və xidməti
gt fəs. 31

Fəsil 31

Şənbə günü sünbül dərmək olar?

BİR qədər sonra İsa Məsih şagirdləri ilə birgə Yerusəlimdən çıxıb Qalileyaya qayıdır. Bahar fəslidir və zəmilərdə taxıl yetişib. Şagirdlər ac olduqlarından sünbülləri dərir və ovub yeyirlər. Onların bu hərəkəti gözdən yayınmır, çünki bu gün şənbədir.

Bayaq Yerusəlimdə din rəhbərləri İsanı guya Şənbəyə aid əmri pozduğuna görə öldürmək istəyirdilər. İndi fəriseylər bu ittihamı irəli sürürlər: «Bax, sənin şagirdlərin şənbə günü qadağan olunmuş işi görürlər».

Fəriseylər iddia edirlər ki, sünbül dərmək və sünbülü əldə ovmaq taxıl biçmək və dən üyütmək kimi bir işdir. Din rəhbərlərinin qoyduğu məhdudlaşdırıcı qaydalar ucbatından Şənbə ruhani cəhətdən təravətləndirici, xoş gün deyil, üzücü bir ənənə olmuşdur. Buna görə də İsa Məsih Müqəddəs Yazılardan nümunələr gətirərək göstərir ki, Şənbə haqqındakı qanunu bu cür sərt çərçivəyə salmaq Yehova Allahın niyyətinə ziddir.

İsa deyir ki, qədimdə Davud və yoldaşları acanda Allahın evinə girib Allaha qurban gətirilmiş çörəkləri yemişdilər. Yehova Allahın önündən götürülüb yeniləri ilə əvəz olunmuş bu çörəkləri, adətən, kahinlər üçün saxlayırdılar. Lakin Davud və onun yoldaşları çətin vəziyyətdə olduqlarından bu çörəkləri yediklərinə görə ittiham olunmadılar.

Sonra İsa digər nümunə çəkir: «Qanunda oxumamısınız ki, şənbə günləri kahinlər məbəddə şənbə gününü pozsalar da günahkar sayılmırlar?» Bəli, məbəddə xidmət edən kahinlər qurbanları təqdim etməklə əlaqədar şənbə günü də heyvan kəsməli və digər işləri görməlidirlər. İsa deyir: «Bunu bilin ki, burada məbəddən də böyük bir adam durub».

İsa fəriseyləri məzəmmət edərək əlavə edir: «Eh, əgər siz: “Mən qurban yox, mərhəmət istəyirəm”, — sözlərinin mənasını başa düşsəydiniz, günahsız adamları məhkum etməzdiniz». O, sözünü belə yekunlaşdırır: «Çünki insan Oğlu şənbə gününün Ağasıdır». İsa bu sözlərlə nə demək istəyir? O, özünün əmin-amanlıq gətirəcək səmavi Padşahlıqda minillik hakimiyyətini nəzərdə tutur.

Artıq 6000 ildir ki, bəşəriyyət Şeytan İblisin əsarətindən əzab çəkir, zorakılıq və müharibələr baş alıb gedir. Ancaq Böyük Şənbə, yəni İsa Məsihin hakimiyyəti insanlar üçün bu köləlikdən azadlıq və əzab-əziyyətdən rahatlıq vaxtı olacaq. Matta 12:1—8; Levililər 24:5—9; 1 Şamuel 21:1—6; Saylar 28:9; Huşə 6:6.

▪ İsa Məsihin şagirdləri nədə təqsirləndirilir və İsa buna necə cavab verir?

▪ İsa fəriseylərin nədə yanıldıqlarını göstərir?

▪ İsa hansı mənada «şənbə gününün Ağasıdır»?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş