Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Allah ona ürək-dirək verdi
    İman örnəkləri
    • 20, 21. a) İlyas peyğəmbər mağaranın ağzında duranda nə baş verir? b) Yehova Allah qüdrətini nümayiş etdirməklə peyğəmbərə nəyi başa salmaq istəyirdi?

      20 Yehova Allah İlyas peyğəmbərin qorxusunu və narahatçılığını necə aradan qaldırır? Mələk İlyas peyğəmbərə mağaranın ağzında durmağı buyurur. Səbəbini bilməsə də, peyğəmbər əmrə tabe olur. Birdən güclü külək qalxır. Küləyin səsi qulaq batırır, elə güclü əsir ki, dağları yarır, qayaları parçalayır. Belə bir səhnəni təsəvvür edin: İlyas peyğəmbər bir əli ilə gözlərini örtüb, o biri əli ilə bərk-bərk tüklü, ağır paltarından yapışıb. Küləyin dalınca zəlzələ başlayır, yer titrəyir, peyğəmbər çalışır ki, yıxılmasın. Hələ özünü toparlamamış çox güclü alov qalxır, onun istisindən İlyas peyğəmbər tez mağaranın içinə girir (1 Pad. 19:11, 12).

      İlyas peyğəmbər mağaranın ağzında durub özünü oddan qoruyur

      Yehova Allah möhtəşəm gücü ilə İlyas peyğəmbərə ürək-dirək verdi

      21 Müqəddəs Kitabda deyilir ki, Yehova Allah bu təbiət qüvvələrinin heç birində deyildi. İlyas peyğəmbər bilirdi ki, Yehova Allah bütpərəstlərin «buludlara süvar olan», yəni yağış yağdıran allah saydığı Baal kimi əfsanəvi təbiət allahı deyil. Yehova Allah möhtəşəm təbiət qüvvələrini yaradandır və yaratdığı şeylərdən qat-qat ucadır. O, hətta göylərə belə, sığmaz! (1 Pad. 8:27). Bütün bunlar İlyas peyğəmbərə necə kömək etdi? Yadınızdadır, o, Əhəbdən və İzəbildən necə qorxmuşdu? Yehova kimi qüdrətli Allah onunla idi, onun kimdənsə qorxmasına səbəb yox idi. (Zəbur 118:6 ayəsini oxu.)

      22. a) «Sakit, həzin səs» İlyas peyğəmbərə necə toxtaqlıq verir? b) «Sakit, həzin səs» kimin səsi idi? (Haşiyəyə bax.)

      22 Alov yox olandan sonra ətrafa sükut çökür və İlyas peyğəmbər «sakit, həzin səs» eşidir. Bu səs onu yenə də ürəyini boşaltmağa təşviq edir, peyğəmbər yenə də ürəyindən keçənləri dilə gətirira. Yəqin bu, ona bir az da toxtaqlıq verir. Sözsüz ki, bu səsin sonra dediyi sözlər ona daha çox toxtaqlıq verir. Yehova Allah İlyas peyğəmbəri əmin edir ki, o, Onun gözündə dəyərlidir. Allah onu buna necə əmin edir? Yehova Allah peyğəmbərinə Baal dininə qarşı mübarizənin gələcək gedişatını açır. İlyas peyğəmbərin gördüyü iş hədər deyil, çünki Allah Öz niyyətini yavaş-yavaş həyata keçirir və heç kim buna mane ola bilməz. Üstəlik, Yehova Allah İlyas peyğəmbərə yeni tapşırıq verib göstərir ki, bu niyyətin həyata keçməsində onun da payı var (1 Pad. 19:12—17).

  • Allah ona ürək-dirək verdi
    İman örnəkləri
    • a Ehtimal ki, «sakit, həzin səs» 1 Padşahlar 19:9 ayəsində Yehova Allahın sözünü çatdıran ruhani varlığın səsi idi. Həmin fəslin 15-ci ayəsində İlyas peyğəmbərlə danışan varlıq «Yehova» adı ilə təqdim olunur. Gəlin İsrail xalqına səhrada bələdçilik edən mələyi yadımıza salaq. Onun barəsində Yehova Allah demişdi: «O, Mənim adımı daşıyır» (Çıx. 23:21). Maraqlıdır ki, İsa Məsih yer üzünə gəlməzdən öncə Yehova Allahın sözlərini Onun xidmətçilərinə çatdırdığı üçün Yəhya 1:1 ayəsində «Söz» adlanır.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş