ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 11—15
Əyyub dirilməyə inanırdı
Əyyub Allahın onu diriltməyə qadir olduğuna inanırdı
Əyyub ağacı, çox ehtimal ki, zeytun ağacını nümunə çəkərək Allahın onu diriltməyə qadir olduğuna inandığını göstərdi
Zeytun ağacı gövdəsi məhv olsa da, şaxələnən kökü sayəsində yenidən əmələ gələ bilər. Nə qədər ki kökü sağdır, ağac yenidən zoğ verəcək
Güclü yağış sərt quraqlığa son qoyanda zeytun ağacının qurumuş kötüyündə yenidən fidanlar baş qaldırır və ağac cavan bitki kimi qol-budaq atır