Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/1 s. 4—7
  • Müvəffəqiyyəti necə qazana bilərsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müvəffəqiyyəti necə qazana bilərsiniz?
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • «Pislərin məsləhəti»
  • Dünyanın düşüncənizə tə’sir etməsinə yol verməyin
  • Allahın məsləhətinə əməl etmək müvəffəqiyyət qazandırır
  • Müvəffəqiyyətə necə nail olmaq olar?
  • Həyatda əsil müvəffəqiyyətə nail ol
    Gözətçi qülləsi 2012
  • Yehovanın qanunlarından zövq alırsanmı?
    Gözətçi qülləsi 2004
  • Əsil uğura aparan yol
    Oyanın! 2014
  • Gənclər, gəncliyinizi gözəl yaşayın!
    Gözətçi qülləsi 2018
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/1 s. 4—7

Müvəffəqiyyəti necə qazana bilərsiniz?

VALİDEYNLƏR uşaqlarının qayğısına qaldığı və onların uğur qazanmasını istədiyi kimi, səmavi Atamız da bizim qayğımıza qalır və uğurlu olmağımızı istəyir. Buna görə də, O bizə müvəffəqiyyət və uğursuzluq haqqında çox şeyi öyrədir. Allahın sözlərinə diqqət yetirən adam haqqında Müqəddəs Kitabda əminliklə deyilir: «[O] etdiyi hər işdə uğur qazanar» (Məzmur 1:3).

Bəs nə üçün müvəffəqiyyətli, xoşbəxt və mə’nalı həyat çoxlarına nəsib olmur? Bu məzmuru nəzərdən keçirməklə sualımıza cavab tapacaq və uğur qazanmağın yolunu öyrənəcəyik.

«Pislərin məsləhəti»

Məzmurçu «pislərin məsləhəti» ilə getməyin təhlükəli olduğu barədə xəbərdarlıq edir (Məzmur 1:1). Pislərin ən böyüyü isə Şeytan İblisdir (Matta 6:13). Müqəddəs Yazılarda deyilir ki, o «bu dünyanın rəisi»dir və «bütün dünya... şəririn hakimiyyəti altındadır» (Yəhya 16:11; 1 Yəhya 5:19). Buna görə də, təəccüblü deyil ki, dünyada verilən məsləhətlərin əksəriyyəti Şeytanın düşüncə tərzini əks etdirir.

Pislərin verdiyi məsləhət necə olur? Onlar adətən ‘Allaha küfr edir’, yə’ni Ona e’tinasızlıq göstərirlər (Məzmur 10:13). Onların məsləhətləri bütün dünyanı bürüyüb. Müasir cəmiyyətdə «cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü» aşılanır (1 Yəhya 2:16). Kütləvi informasiya vasitələri «bacardığın qədər həyatdan hər şeyi götür» ideyasını insanların beyninə yeridir. Bütün dünyada kompaniyalar insanlara ehtiyacları olub-olmadığına baxmayaraq, məhsullarını aldırmaq üçün reklama ildə 500 milyard ABŞ dolları xərcləyir. Bu reklamlar adamların sadəcə alış-veriş tərzini deyil, müvəffəqiyyətə baxışını da təhrif edib.

Bu gün insanlar əvvəllər onlar üçün əlçatmaz olan əşyalara sahib olsalar da, yenə də gözləri doymur. Onlar elə düşünürlər ki, hansısa əşyaları əldə etməyincə xoşbəxt olmayacaqlar. Bu səhv fikir «Atadan deyil, dünyadandır» (1 Yəhya 2:16).

Yaradan səadətimizin nədən asılı olduğunu bilir. Onun məsləhəti ‘pislərin məsləhətindən’ fərqlənir. Bu səbəbdən, həm Allahı razı salmaq, həm də uğur qazanmaq üçün dünyanın yolları ilə getmək, iki müxtəlif cığırla eyni zamanda yeriməyə bənzəyir. Bu isə heç cür mümkün deyil. Buna görə də, Müqəddəs Kitabın «bu zəmanəyə uyğunlaşmayın» xəbərdarlığı yerindədir (Romalılara 12:2).

Dünyanın düşüncənizə tə’sir etməsinə yol verməyin

Şeytanın tə’siri altında olan bu dünya elə təəssürat oyatmağa çalışır ki, guya bizim qayğımıza qalır. Lakin diqqətli olmaq lazımdır. Unutmayın ki, Şeytan öz mənfəətini güdərək ilk qadın Həvvanı aldatdı. Sonra Şeytan ondan istifadə edərək Adəmi günaha sürüklədi. Şeytan bu gün də öz pis məsləhətini yaymaq üçün insanlardan istifadə edir.

Məsələn, əvvəlki məqalədə xatırlanan Devid iş vaxtından artıq işləməli, tez-tez işgüzar səfərlər etməli olurdu. «Mən bazar ertəsi səhər tezdən çıxır, cümə axşamı gecə qayıdırdım», — deyə o danışır. Dünyada uğur qazanmaq üçün belə qurbanlar tələb olunduğunu başa düşən yaxın dostları, ailə üzvləri və iş yoldaşları ona «ailəsinin xətrinə bu işi əldən buraxmamağı» məsləhət edirdilər. Onlar belə fikir yürüdürdülər ki, o yalnız bir neçə il, özünü tutanacan belə işləməli olacaq. Devid deyir: «Onların sözlərinə görə, ailəm üçün belə daha yaxşı olacaqdı, çünki evə daha çox pul gətirəcək, daha çox uğur qazanacaqdım. Ailəmin yanında olmadığıma baxmayaraq, dostlarım məni inandırırdılar ki, əslində onlar üçün çox şey edirəm». Bir çoxları Devid kimi gecə-gündüz işləyirlər ki, ailələrini, onların zənnincə, ehtiyacları olan hər şeylə tə’min etsinlər. Ancaq belə məsləhət uğur qazandırarmı? Əslində ailənin nəyə ehtiyacı var?

Devid ailəsinin nəyə ehtiyacı olduğunu işgüzar səfərlərdən birində başa düşdü. O deyir: «Bir dəfə qızım Anjelika ilə telefonla danışanda o məndən soruşdu: “Atacan, axı niyə bizimlə qalmaq istəmirsən?” Bu mənim üçün bir zərbə oldu». Qızının sözləri onun bu işdən çıxmaq arzusunu daha da gücləndirdi. Devid ailəsinin həqiqi ehtiyacını ödəmək, yə’ni özünü, vaxtını və diqqətini onlara sərf etmək qərarına gəldi.

Allahın məsləhətinə əməl etmək müvəffəqiyyət qazandırır

Dünyada geniş yayılan yanlış düşüncə tərzinə qarşı durmaq necə mümkündür? Məzmurçunun sözlərinə görə ‘Rəbbin qanunundan zövq alan, gecə-gündüz bu tə’limatı dərin düşünən’ adam xoşbəxt və müvəffəqiyyətlidir (Məzmur 1:2).

Allah Yeşuanı İsrail xalqının başçısı tə’yin edəndə dedi: «Gecə-gündüz onun [Allahın Kəlamı] üzərində düşün». Düzdür, Allahın Kəlamını oxumaq və üzərində düşünmək çox vacib olsa da, Yeşua həm də ‘orada yazılan hər şeyə dəqiq əməl etməli’ idi. Əlbəttə, Müqəddəs Kitabı oxumaq sizə mö’cüzəli şəkildə uğur qazandırmayacaq. Gərək oxuduğunuza əməl edəsiniz. Yehova Yeşuaya demişdi: «Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan» (Yeşua 1:8).

Nəvazişli atanın qucağında oturub, onunla birlikdə sevimli hekayəsini oxuyan uşağın sevincini təsəvvür edin. Hekayəni dəfələrlə oxumuş olsalar da, bu anlar onlar üçün çox şirindir. Eyni tərzdə, Allahı sevən insan Müqəddəs Kitabı gündəlik oxuyarkən səmavi Atası ilə birgə keçirdiyi xoş dəqiqələrdən məmnunluq duyur. Yehovanın məsləhətini və rəhbərliyini qəbul edən insan «axar sular kənarında əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar» (Məzmur 1:3).

Məzmurçunun təsvir etdiyi ağac öz-özünə şaxə verməyir. Bağban onu axar sular kənarında əkib ona qulluq edir. Səmavi Atamız da Müqəddəs Yazılar vasitəsilə məsləhət verərək bizim düşüncə tərzimizi düzəldir. Belə qayğının sayəsində biz Allaha məqbul bəhrələr gətirir və yollarımızda uğurlu oluruq.

Ancaq «pis adamlar belə deyil». Düzdür, hərdən adama elə gəlir ki, onların hər işi yaxşı gətirir, lakin belə insanların sonu pis olacaq. Onlar ‘hökm günündə dayana bilməyəcəklər’. ‘Pislərin yolu onları ölümə aparır’ (Məzmur 1:4-6).

Beləliklə, qoymayın ki, dünya sizin məqsəd və dəyərlərinizə tə’sir etsin. İste’dadınız və dünyada uğur qazanmaq imkanınız olsa belə, iste’dadınızı nəyə sərf etdiyinizə diqqət yetirin və dünyanın ondan istədiyi kimi istifadə etməsinə yol verməyin. Qarşısına mə’nasız məqsədlər qoyan, var-dövlət dalınca qaçan insan ‘solar’. Ancaq Allahla yaxşı münasibət bizi həqiqi müvəffəqiyyətə çatdırar və xoşbəxtlik gətirər.

Müvəffəqiyyətə necə nail olmaq olar?

İnsan Allahın məsləhətinə əməl edəndə nə üçün hər işində uğur qazanır? Məzmurçu bu dünyada uğur qazanmaqdan danışmırdı. Allah adamının uğuru Allahın iradəsini yerinə yetirməklə bağlıdır, Onun iradəsi isə heç vaxt müvəffəqiyyətsizliyə uğramır. Gəlin görək Müqəddəs Kitab prinsiplərini həyata keçirərək necə uğur qazanmaq olar.

Ailədə. Müqəddəs Yazılar ərə ‘arvadını, öz bədəni qədər sevməyi’, arvada isə ‘ərinə hörmət etməyi’ nəsihət edir (Efeslilərə 5:28, 33). O, həmçinin valideynləri uşaqlarla vaxt keçirməyə, gülüb-danışmağa və həyatda vacib şeyləri onlara öyrətməyə çağırır (Qanunun təkrarı 6:6, 7; Vaiz 3:4). Allahın Kəlamı valideynlərə «uşaqlarınızı qəzəbləndirməyin» məsləhətini də verir. Onlar belə davrananda uşaqlar üçün də «valideynlərinizə itaət edin», «atana və anana hörmət et» əmrlərinə riayət etmək asan olur (Efeslilərə 6:1-4). Allahın bu məsləhətlərinə əməl etmək ailəyə xoşbəxtlik gətirər.

Dostlarla münasibətdə. İnsanların çoxu dost arzusundadır. Bizim sevib-sevilməyə ehtiyacımız var. İsa davamçılarına ‘bir-birlərini sevməyi’ əmr etmişdi (Yəhya 1­3:34, 35). Onların arasında sevəcəyimiz, hətta ən dərin fikirlərimizi və hisslərimizi e’tibar edə biləcəyimiz dostlar tapırıq (Süleymanın məsəlləri 18:24b). Ən vacibi isə, Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə biz ‘Allaha yaxınlaşar’ və hətta İbrahim kimi, «Allahın dostu» adlanarıq (Yaqub 2:23; 4:8).

Həyatın mə’nası. Sözün əsl mə’nasında uğurlu olan insanlar mə’nasız ömür sürmürlər, onlar həyatın mə’nasını tapmışlar. Belə insanların həyatı qeyri-sabit təməllər üzərində qurulmayıb. Qarşılarına qoyduqları məqsədlər onlara həqiqi və uzunsürən məmnunluq gətirir, çünki həyatları həqiqi mə’naya malikdir. Bəs insanın həyatının mə’nası nədədir? «Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur» (Vaiz 12:13).

Ümid. Allahla dostluq, eyni zamanda gələcəyə ümid verir. Həvari Pavel həmimanlılarını «güvənilə bilməyən var-dövlətə» deyil, ‘Allaha ümid bəsləməyə’ çağırırdı. Belə etməklə onlar ‘özlərinə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplayırlar ki, həqiqi həyata nail olsunlar’ (1 Timoteyə 6:17-19, İ–93). Səmavi Padşahlıq tezliklə Yer kürəsində Cənnəti bərpa edəcək, o zaman həqiqi həyat gerçəkliyə çevriləcək (Luka 23:43).

Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə siz bütün problemlərdən müdafiə olunmasanız da, pislərin özlərini düçar etdiyi bir çox əzab və bəlalardan uzaq olacaqsınız. Yuxarıda xatırlanan Devid və onun kimi milyonlarla insan Müqəddəs Kitab prinsiplərini tətbiq etməyin faydasını gördü. Əlverişli qrafiki olan iş tapandan sonra Devid bu haqda deyir: «Yoldaşım və uşaqlarımla münasibətim və Yehova Allaha yığıncaqda ağsaqqal kimi xidmət etməyim məni çox sevindirir». Buna görə də, Müqəddəs Kitabda Allahın məsləhətinə qulaq asan insan haqqında «etdiyi hər işdə uğur qazanar» deyilməsi təəccüblü deyil!

[6-cı səhifədəki cədvəl]

MÜVƏFFƏQİYYƏT QAZANDIRAN BEŞ ADDIM

1. Dünyanın sizin düşüncə tərzinizə tə’sir etməsinə yol verməyin.

Məzmur 1:1; Romalılara 12:2

2. Allahın Kəlamını hər gün oxuyun və üzərində düşünün.

Məzmur 1:2, 3

3. Müqəddəs Kitab məsləhətlərinə əməl edin.

Yeşua 1:7-9

4. Allahla dost olun.

Yaqub 2:23; 4:8

5. Həqiqi Allahdan qorxun və Onun əmrlərini yerinə yetirin.

Vaiz 12:13

[7-ci səhifədəki şəkillər]

Müvəffəqiyyətə aparan addımları atırsınızmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş