Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yehovanın böyüklüyü ağlasığmazdır
    Gözətçi qülləsi 2004 | 1 aprel
    • Allahın mə’nəvi keyfiyyətləri necə də böyükdür!

      20, 21. a) Yehovanın böyüklüyü Məzmur 145:7-9 ayələrində hansı keyfiyyətlərlə əlaqələndirilir? b) Allahın burada xatırlanan keyfiyyətləri Onu sevən insanlara hansı tə’siri bağışlayır?

      20 Artıq yuxarıda qeyd olunduğu kimi, 145-ci Məzmurun birinci altı ayəsində Yehovanın ağlasığmaz böyüklüyü ilə əlaqəli işlərinə görə Onu təqdis etmək üçün əsaslı səbəblər gətirilir. 7-dən 9-a kimi ayələr Allahın mə’nəvi keyfiyyətlərini təsvir edərək Onun böyüklüyünü yüksəldir. Davud oxuyurdu: “Böyük yaxşılığının anılmasını e’lan edəcəklər və ədalətini tərənnüm edəcəklər. Rəbb mərhəmətli və rəhmlidir; çox səbirlidir və inayəti böyükdür. Rəbb hər kəsə yaxşıdır; mərhəmətləri də bütün işləri üzərindədir”.

      21 Əvvəlcə Davud diqqəti Yehovanın yaxşılığına və ədalətliyinə — Şeytan İblisin sual altına qoyduğu keyfiyyətlərə yönəldir. Bu keyfiyyətlər Allahı sevən və Onun rəhbərliyinə tabe olan insanlarda hansı hissləri oyadır? Yehovanın yaxşılığı və ədalətli rəhbərlik tərzi Onun xidmətçilərinə elə sevinc gətirir ki, onlar Allaha həmd etməkdən özlərini saxlaya bilmirlər. Bundan əlavə, Yehovanın yaxşılığı hamını əhatə edir. Ümid etmək istəyirik ki, bu hələ çox insanlara tövbə etməyə və hələ ki, çox gec deyil həqiqi Allahın xidmətçiləri olmağa kömək edəcək (Həvarilərin işləri 14:15-17).

      22. Yehova Öz xidmətçiləri ilə necə rəftar edir?

      22 Davud həm də Allahın, Musanın önündən keçərkən Özünün vurğuladığı keyfiyyətləri qiymətləndirirdi: “Yehova, Yehova, çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti və həqiqəti çox olan” Allahdır (Çıxış 34:6). Buna görə də Davud bəyan edə bilirdi: “Rəbb mərhəmətli və rəhmlidir; çox səbirlidir və inayəti böyükdür”. Yehova ağlasığmaz dərəcədə böyük olsa da, xidmətçilərinin ləyaqətinə hörmət edir və onlarla şəfqətlə davranır. O, inayətlə doludur — tövbə edən günahkarları İsanın fidiyə qurbanlığı əsasında bağışlamağa hazırdır. Yehova həm də gec qəzəblənəndir, belə ki, Öz xidmətçilərinə ədalətin hökm sürdüyü yeni dünyaya daxil olmağa mane olan zəifliklərin öhdəsindən gəlmək imkanı verir (2 Peter 3:9, 13, 14).

  • Yehovanın inayəti böyükdür
    Gözətçi qülləsi 2004 | 1 aprel
    • Yehovanın inayəti böyükdür

      “Rəbb... inayəti böyükdür” (MƏZMUR 145:8).

      1. Allahın məhəbbəti nə qədər genişdir?

      “ALLAH məhəbbətdir” (1 Yəhya 4:8). Bu tə’sirli sözlər göstərir ki, Yehova Öz hakimiyyətini məhəbbətlə həyata keçirir. Buna görə də O, hətta Ona itaət etməyən insanlara belə günəş işığı və yağış verir (Matta 5:44, 45). Allahın bəşəriyyətə olan məhəbbəti sayəsində, Onun düşmənləri belə, tövbə etmək, Ona tərəf dönmək və həyat əldə etmək imkanına malikdirlər (Yəhya 3:16). Lakin Yehova islah olunmayan pis insanları tezliklə məhv edəcək ki, Onu sevən insanlar salehliyin ömür sürdüyü dünyada əbədi həyatdan həzz ala bilsinlər (Məzmur 37:9-11, 29; 2 Peter 3:13).

      2. Özünün həsr olunmuş xidmətçilərinə Yehova hansı xüsusi tərzdə məhəbbət göstərir?

      2 Yehovanın Öz həqiqi xidmətçilərinə olan məhəbbəti xüsusi bağlılıqla fərqlənir. Bu cür məhəbbət “sevgi dolu inayət” və ya “sadiq məhəbbət” kimi tərcümə olunan ibrani sözünə işarə edir. Qədim İsrailin Padşahı Davud Allahın inayətini yüksək qiymətləndirirdi. Şəxsi təcrübəsi və Allahın başqaları ilə rəftarı üzərində dərindən düşünməsi sayəsində, Davud əminliklə oxuya bilirdi: “Rəbb... inayəti [və ya sadiq məhəbbəti] böyükdür” (Məzmur 145:8).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş