Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w16 dekabr s. 29—31
  • Həlimlik hikmətin bəzəyidir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həlimlik hikmətin bəzəyidir
  • Gözətçi qülləsi 2016
  • Başlıqlar
  • Oxşar material
  • HƏLİMLİYİN FAYDASI
  • Mülayimlik. Onun bizə faydası
    Gözətçi qülləsi 2020
  • «Aranızda hikmətli və dərrakəli olan kimdir?»
    Gözətçi qülləsi 2008
  • Mülayimsinizsə, güclüsünüz
    Gözətçi qülləsi 2023
Gözətçi qülləsi 2016
w16 dekabr s. 29—31
Xəstə baxıcısı əsəbi qadınla söhbət edir

Həlimlik hikmətin bəzəyidir

Xəstə baxıcısı işləyən Toni qapının zəngini çalır. Qapını ortayaşlı bir qadın açır. O, gec gəldiyi üçün Toninin üstünə qışqırır. Toni bu qadının yaşlı anasına baxır. Əslində, Toni gecikməyib, sadəcə, vaxtı danışanda onlar bir-birini düz başa düşməyiblər. Bununla belə, Toni qadından üzr istəyir.

NÖVBƏTİ dəfə qadın yenə Toninin üstünə qışqırır. Bəs bu dəfə Toni nə edir? Toni bölüşür: «Çox çətin vəziyyət idi. O, haqsız yerə məni təhqir edirdi». Ancaq Toni bu dəfə də ondan üzr istəyir və deyir ki, onun nələr çəkdiyini yaxşı başa düşür.

Toninin yerində siz olsaydınız, nə edərdiniz? Siz də həlim davranmağa çalışardınız? Özünüzü ələ almaq çətin olardı, yoxsa asan? Təbii ki, belə bir vəziyyətdə özünü ələ almaq asan deyil. Gərgin vəziyyət yarananda və kimsə bizi əsəbiləşdirəndə həlim davranmaq çox çətin ola bilər.

Bununla belə məsihilər həlim davranmalıdır, çünki Müqəddəs Kitabda belə buyrulur. Orada həlimliyin hikmətlə bağlı olduğu vurğulanır. Yaqub peyğəmbər yazmışdı: «Aranızda hikmətli və dərrakəli kimdir? Qoy bunu yaxşı davranış və hikmətə xas mülayimliklə əməldə göstərsin» (Yaq. 3:13). Nəyə görə demək olar ki, mülayimlik və ya həlimlik hikmətin göstəricisidir? Yuxarıdan nazil olan bu xüsusiyyəti özümüzdə necə yetişdirə bilərik?

HƏLİMLİYİN FAYDASI

Həlimlik gərgin vəziyyəti yüngülləşdirə bilər. «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar» (Məs. 15:1).

Gərgin vəziyyət yarananda qəzəblə cavab vermək odun üstünə yağ tökmək kimi bir şeydir (Məs. 26:21). Həlimlik isə, adətən, gərginliyi yatırır, hətta çox qəzəbli insanı belə, sakitləşdirməyə qadirdir.

Toni bunun şəxsən şahidi olmuşdu. O, üstünə qışqıran həmin qadına mülayim şəkildə cavab verəndə qadın ağlamağa başlayır. Deyir ki, həm şəxsi, həm də ailə problemləri başından aşır. Toni ona Allahın Kəlamındakı həqiqəti çatdırır və onunla Müqəddəs Kitab dərsi başlayır. Bütün bunlar bacının həlimliyi sayəsində baş verdi.

Həlimlik insanı xoşbəxt edir. «Həlimlər xoşbəxtdir, çünki Yer onların olacaq» (Mət. 5:5).

Nəyə görə demək olar ki, həlim insanlar xoşbəxtdirlər? Çox çılğın xasiyyətli insanlar bu xüsusiyyəti yetişdirəndən sonra özlərini xoşbəxt hiss edirlər. Onların həyatı yaxşılığa doğru dəyişir və onlar cənnət ümidi ilə yaşayırlar (Kol. 3:12). Gəlin görək, İspaniyada rayon nəzarətçisi kimi xidmət edən Adolfo həqiqətə gəlməzdən əvvəlki həyatını necə təsvir edir.

«Həyatım uçuruma doğru gedirdi. Tez-tez özümdən çıxırdım. Vəziyyət o yerə çatmışdır ki, dostlarım belə, məndən qorxurdu. Bir gün dava vaxtı altı bıçaq yarası aldım. Qanaxmadan az qala ölmüşdüm. Bu hadisə həyatımda dönüş nöqtəsi oldu».

Bu gün isə Adolfo insanlara sözləri və davranışı ilə həlim olmağı öyrədir. Mülayim və gözəl xasiyyəti insanları ona cəlb edir. Adolfo deyir ki, həyatında etdiyi dəyişikliklər onu xoşbəxt edib. O, Yehova Allaha ona həlim insan olmağa kömək etdiyi üçün minnətdardır.

Həlimlik Yehovanın ürəyini sevindirir. «Oğlum, hikmətli ol, qəlbim sevinsin, Mənə meydan oxuyana cavab verə bilim» (Məs. 27:11).

Yehovanın qatı düşməni olan Şeytan Ona meydan oxuyur. Buna görə də Yehovanın qəzəblənməyə tam haqqı var, amma Müqəddəs Kitabda deyilir ki, O, səbirli Allahdır (Çıx. 34:6). Allahın səbir və həlimlik kimi gözəl xüsusiyyətlərini əks etdirməklə biz hikmətli insan olduğumuzu göstəririk və beləcə, Allahın rizasını qazanırıq (Efes. 5:1).

Bu gün əksər insanlar bir-birinə ədavət bəsləyir. İnsanların nə qədər «lovğa, özündən razı, küfr danışan,.. böhtançı, özünə hakim olmayan, zalım» olduğu aydın görünür (2 Tim. 3:2, 3). Ancaq bu, məsihilərə özlərində həlimlik yetişdirməyə mane olmamalıdır. Müqəddəs Kitabda deyilir ki, «yuxarıdan nazil olan hikmət... sülhpərvər, mülayim»dir (Yaq. 3:17). Sülhpərvər və mülayim olmaqla ilahi hikmətə sahib olduğumuzu sübut edirik. Gərgin vəziyyət yarananda bu hikmət bizə həlimlik göstərməyə kömək edəcək və bizi sonsuz hikmət sahibi olan Yehova Allaha daha da yaxınlaşdıracaq.

Həlim olmaq üçün nə edim?

Kimsə bizimlə kobud rəftar edəndə, haqsız davrananda təmkinimizi pozmayıb özümüzü Yehova Allahın bəyəndiyi şəkildə aparmağa bizə nə kömək edər? Gəlin bu mövzu ilə bağlı bir neçə prinsipi nəzərdən keçirək.

  1. 1ÖZÜNÜZÜ DÜNYANIN RUHUNDAN QORUYUN (1 Kor. 2:12). Çoxları həlimliyə zəiflik kimi baxır. Onların nəzərincə həyatda güclü olmaq üçün həmişə öz sözünü yeritməlisən, lazım gəlsə, güc tətbiq etməlisən. Amma bu, dünyaya xas düşüncə tərzidir, yuxarıdan nazil olan hikmət isə bizi tamam başqa cür davranmağa təşviq edir. Bu dünyadakı fikrin əksi olaraq, Müqəddəs Kitabda deyilir ki, həlimlik güclü olmaq deməkdir. «Səbirlə sərkərdə fəth edilər. Həlim dil daşı da yumşaldar» (Məs. 25:15).

    Özünüzü təhlil edin:

    Həlimliyə zəiflik əlaməti kimi baxıram, yoxsa güclü insana xas cəhət kimi?

    «Günahlı bədənin əməlləri»ndən qaçıram, məsələn, qəzəbdən püskürməmək və mübahisə etməmək üçün əlimdən gələni edirəm? (Qal. 5:19, 20).

  2. 2 DÜŞÜNÜN SONRA DANIŞIN. «Saleh adam cavab verməzdən qabaq ürəyində fikirləşər, şər adamın ağzından isə pislik tökülər» (Məs. 15:28). İnsan hirsli başla elə söz deyə bilər ki, sonra buna görə çox peşman olar. Amma danışmazdan əvvəl düşünmək bizə sakitləşməyə və həlim cavab verməyə kömək edər, həmçinin qarşı tərəfə müsbət təsir göstərə bilər.

    Özünüzü təhlil edin:

    Tez özümdən çıxmağım nə ilə nəticələnə bilər?

    Sülh xatirinə haqsızlığa dözə bilərəm? (Məs. 19:11).

  3. 3 TEZ-TEZ DUA EDİN. Dua edib Allahdan dünyada ən üstün qüvvə olan müqəddəs ruh istəyin (Luka 11:13). Nəzərə alın ki, mülayimlik və özünə hakim olmaq bu ruhun bəhrəsinə daxil xüsusiyyətlərdir. Məqalədə adı çəkilən Adolfo deyir: «Tez-tez dua etməyin, xüsusilə də gərgin anlarda, mənə çox böyük köməyi dəyib». Yehova Allaha daima dua etsəniz, O, sizin də hərarətli dualarınızı cavabsız qoymayacaq (Rom. 12:12).

    Özünüzü təhlil edin:

    Ürəyimdəkiləri üzə çıxarması üçün Yehovaya tez-tez dua edirəm?

    Onun bəyəndiyi şəkildə davranmaq üçün Ondan müqəddəs ruh və hikmət diləyirəm? (Zəb. 139:23, 24; Yaq. 1:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş