Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/3 s. 21—25
  • «Aranızda hikmətli və dərrakəli olan kimdir?»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Aranızda hikmətli və dərrakəli olan kimdir?»
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Həqiqi müdriklik əməllərdə təzahür olunur
  • Ağılsız adama xas olan xüsusiyyətlər
  • Hikmətli insanın təzahür etdirdiyi keyfiyyətlər
  • Mülayimlik. Onun bizə faydası
    Gözətçi qülləsi 2020
  • Həlimlik məsihçi keyfiyyətinin ayrılmaz hissəsidir
    Gözətçi qülləsi 2003
  • “Bütün insanlara tam həlimlik” göstərin
    Gözətçi qülləsi 2003
  • Həqiqi hikmət hay salır
    Gözətçi qülləsi 2022
Gözətçi qülləsi 2008
w08 15/3 s. 21—25

«Aranızda hikmətli və dərrakəli olan kimdir?»

«Aranızda hikmətli və dərrakəli olan kimdir? Qoy yaxşı əməllərini müsbət yaşayışı ilə, hikmətdən gələn həlimliklə göstərsin». YAQ. 3:13

1, 2. Hikmətli hesab edilən adamlar haqqında nə demək olar?

SİZCƏ, kimi əsl hikmətli adam hesab etmək olar? Valideynlərinizi, yaşlı adamı, yoxsa məktəb müəllimini? Ola bilsin, müdrikliyə olan baxışınız aldığınız tərbiyənin və şəraitin təsiri altında formalaşıb. Ancaq Allahın xidmətçilərini birinci növbədə Allahın nöqteyi-nəzəri maraqlandırır.

2 Dünyanın hikmətli saydığı insanların hamısı Allahın gözündə hikmətli deyil. Məsələn, Əyyub müdrik kəlamlar söylədiklərini düşünən kişilərlə danışandan sonra belə nəticəyə gəldi: «Aranızdan bir hikmətli insan tapmaram» (Əyy. 17:10). Allah haqqında biliyi rədd edən bəzi adamlara gəldikdə həvari Pavel yazırdı: «Özlərini müdrik adlandırdılar, lakin ağılsız oldular» (Rom. 1:22). Yehova Özü Yeşaya peyğəmbər vasitəsilə açıq-aydın demişdi: «Vay halına özlərini müdrik zənn edənlərin!» (Yeşaya 5:21).

3, 4. Həqiqətən hikmətli olmaq üçün nə tələb olunur?

3 Aydındır ki, bizə nəyin insanı həqiqətən hikmətli etdiyini müəyyən etmək lazımdır, çünki Allahın lütfünü bunun sayəsində qazanmaq olar. Süleymanın məsəlləri 9:10 ayəsi bunu bizə açıqlayır: «Rəbb qorxusu hikmətin başlanğıcıdır, müqəddəsi tanımaq idraklı olmaqdır». Hikmətli adam Allah qarşısında düzgün qorxuya malik olmalı və Onun normalarına hörmət etməlidir. Ancaq sadəcə Allahın mövcudluğunu və Onun normalarının olduğunu qəbul etmək azdır. Şagird Yaqub bununla bağlı bizim fikirlərimizə düzgün istiqamət verir. (Yaqub 3:13 ayəsini oxu.) Bu ifadəyə fikir verin: «Qoy yaxşı əməllərini müsbət yaşayışı ilə... göstərsin». Həqiqi müdriklik insanın gündəlik əməllərində və danışığında özünü büruzə verməlidir.

4 Həqiqi müdriklik sağlam fikir yürütməyi, eləcə də, bilik və dərrakəni uğurla həyatda tətbiq etməyi özünə daxil edir. Belə müdrikliyə sahib olmağımız özünü hansı əməllərdə büruzə verəcək? Yaqub müdrik adamların hərəkətlərində təzahür olunan bir neçə şeyin adını çəkira. Onun sözlərinə əsasən, həmimanlılarla, eləcə də yığıncaqdan kənarda olan insanlarla yaxşı münasibət qurmağa bizə nə kömək edə bilər?

Həqiqi müdriklik əməllərdə təzahür olunur

5. Həqiqətən hikmətli olan insan necə davranacaq?

5 Bir daha xatırlatmağa dəyər ki, Yaqub müdrikliyi yaxşı əməllərlə əlaqələndirirdi. Yehova qarşısında qorxu hikmətin başlanğıcı olduğu üçün hikmətli adam Allahın yollarına və normalarına uyğun davranmağa çalışır. İnsan həqiqi müdrikliyə anadangəlmə sahib olmur. Onu Müqəddəs Kitabı müntəzəm öyrənməklə və üzərində düşünməklə əldə etmək olar. Bu bizə Efeslilərə 5:1 ayəsindəki «Allahı təqlid edin» məsləhətini yerinə yetirməyə kömək edəcək. Yehovanı nə qədər çox təqlid etsək, bir o qədər də əməllərimizdə müdrikliyi təzahür etdirəcəyik. Yehovanın yolları insan yollarından çox-çox yüksəkdir (Yeşaya 55:8, 9). Beləliklə, əgər biz hər şeyi Yehovanın etdiyi kimi etməyə çalışırıqsa, yığıncaqdan kənarda olan insanlar bizim onlardan fərqləndiyimizi görəcəklər.

6. Nə üçün həlimlik insanın Allahı təqlid etməsinin əlamətidir və bu keyfiyyət özünə nəyi daxil edir?

6 Yaqub göstərir ki, Yehovaya bənzəmək üçün bizdə ‘hikmətdən gələn həlimlik’ olmalıdır. Həlimlik özünə yumşaqlığı daxil etsə də, məsihçi eyni zamanda ona tarazlı olmağa kömək edən möhkəm iradəyə sahib olmalıdır. Qeyri-məhdud gücə malik olmasına baxmayaraq, Allah həlimdir və biz Ona yaxınlaşmağa qorxmuruq. Allahın Oğlu Atasının həlimliyini mükəmməl tərzdə əks etdirdiyi üçün deyə bilmişdi: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız» (Mat. 11:28, 29; Filip. 2:5-8).

7. Nəyə görə Musa həlimliyi təzahür etdirməkdə yaxşı nümunədir?

7 Müqəddəs Kitabda həlimliyi ilə seçilən başqa insanlardan da bəhs edilir. Onlardan biri Musa idi. Üzərinə çox böyük məsuliyyətlər qoyulduğuna baxmayaraq, o, «yer üzündə yaşayan bütün adamlardan daha həlim bir insan» kimi təsvir olunur (Say. 11:29; 12:3). Hələ Yehovanın Öz iradəsini yerinə yetirmək üçün Musaya verdiyi gücü yadınıza salın. Niyyətinin yerinə yetirilməsi üçün həlim insanlardan istifadə etmək Yehovaya xoş idi.

8. Qeyri-kamil insanların ‘hikmətdən gələn həlimliyi’ təzahür etdirməsi necə mümkündür?

8 Sözsüz ki, qeyri-kamil insanların ‘hikmətdən gələn həlimliyi’ təzahür etdirməsi mümkündür. Bəs biz? Bu keyfiyyəti daha yaxşı necə təzahür etdirə bilərik? Həlimlik Yehovanın müqəddəs ruhunun səmərəsinə daxildir (Qalat. 5:22, 23). Həlimliyi daha yaxşı təzahür etdirməyə Allahın kömək edəcəyinə arxayın olaraq, Onun ruhu üçün dua edib, bu ruhun səmərəsini təzahür etdirmək üçün məqsədyönlü şəkildə cəhd göstərə bilərik. Məzmurçunun Allahın Öz yolunu ‘həlimlərə’ (YD) öyrətdiyini söyləməsi bizi buna daha çox təşviq edir (Məz. 25:9).

9, 10. Allaha məqbul həlimliyi təzahür etdirmək üçün hansı səy tələb olunur və nəyə görə?

9 Ancaq bu sahədə nailiyyətlər əldə etmək üçün ciddi səy tələb oluna bilər. Aldığımız tərbiyədən irəli gələrək biz həlimliyə bir o qədər də meylli olmaya bilərik. Bundan başqa ətrafımızdakı adamlar bizə aşılaya bilərlər ki, dünyadan baş çıxarmaq üçün gərək başqaları kimi aqressiv olasan. Bəs bu, doğrudanmı müdrik hərəkətdir? Əgər evinizdə yanğın baş veribsə, onu söndürmək üçün üstünə benzin, yoxsa soyuq su tökəcəksiniz? Odun üstünə benzin tökmək işi daha da korlayacaq, ancaq soyuq su isə gözlədiyimiz nəticəni verəcək. Buna bənzər tərzdə Müqəddəs Kitab məsləhət verir: «Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar» (Sül. məs. 15:1, 18). Gələn dəfə istər yığıncaqda, istərsə də yığıncaqdan kənarda kimsə qəzəbli olanda, həlimlik təzahür etdirərək həqiqətən hikmətli olduğumuzu göstərə bilərikmi? (2 Tim. 2:24).

10 Yuxarıda deyildiyi kimi, dünyanın ruhunun təsiri altında olanların çoxu mülayimlikdən, sülhpərvərlikdən və dinclikdən uzaqdırlar. Əksinə, sərt və təkəbbürlü adamlar çoxluq təşkil edir. Yaqub bundan agah idi, ona görə də xəbərdarlıq edirdi ki, yığıncaqdakı adamlar da belə ruha yoluxmasınlar. Onun verdiyi məsləhətdən daha nə öyrənə bilərik?

Ağılsız adama xas olan xüsusiyyətlər

11. Hansı xüsusiyyətlər həqiqi müdrikliyə zidd gedir?

11 Yaqub həqiqi müdrikliyə birbaşa zidd gedən xüsusiyyətlər haqqında açıq-aydın yazmışdı. (Yaqub 3:14 ayəsini oxu.) «Həsəd və davakarlıq» (YD) ruhani deyil, cismani xüsusiyyətlərdir. İnsan cismani düşüncə tərzinə uyanda nə baş verdiyini nəzərdən keçirək. Yerusəlimdə, İsanın öldürüldüyü və dəfn olunduğu yerdə tikildiyi güman edilən «İsanın qəbri kilsəsi»ni xristianlığa mənsub olan altı dini qrup idarə edir. Onların arasında həmişə rəqabət gedir. 2006-cı ildə «Taym» jurnalında əvvəllər baş vermiş bir hadisə, rahiblərin «dörd saat ərzində... bir-birini iri şamdanlarla» döyməsi yazılmışdı. Onların bir-birinə inamsızlığı o qədər güclü idi ki, kilsənin açarını müsəlmana etibar etdilər.

12. Müdrik davranmayanda nə baş verə bilər?

12 Sözsüz ki, məsihçi yığıncağında belə dava-dalaşa rast gəlmək olmaz. Ancaq hərdən qeyri-kamillik ucbatından bəziləri öz dediyini yeritmək üçün inadkarlıq göstərirlər. Bu, mübahisəyə və küsülülüyə gətirib çıxara bilər. Həvari Pavel Korinf yığıncağında belə şeyi gördüyü üçün yazırdı: «Əgər aranızda qısqanclıq, mübahisə və fikir ayrılığı vardırsa, onda siz cismani deyilsinizmi və adi insanlar kimi hərəkət etmirsinizmi?» (1 Kor. 3:3). Belə kədərli hal birinci əsrdə bu yığıncaqda bir müddət mövcud olmuşdu. Buna görə də, ehtiyatlı olmalıyıq ki, belə ruh bu gün yığıncağa daxil olmasın.

13, 14. Cismani ruhun təzahür olunmasına dair nümunə çəkin.

13 Bu cür ruh yığıncağa necə yol tapa bilər? Bu, cüzi bir şeydən başlaya bilər. Məsələn, Padşahlıq Zalı tikiləndə işin yerinə yetirilməsinə dair müxtəlif fikirlər ola bilər. Təklifi qəbul edilməyən qardaşlardan biri qəbul edilmiş qərarları tənqid etməyə başlayaraq deyinə bilər. O hətta tikinti işində işləməkdən də imtina edə bilər! Belə edən məsihçi yaddan çıxarmış olur ki, yığıncaqla bağlı işin başa çatdırılması hansısa iş üsulundan çox, yığıncaqdakı sülhdən asılıdır. Yehova davakarlığı deyil, həlimliyi xeyir-dualandırır (1 Tim. 6:4, 5).

14 Başqa bir nümunə. Tutaq ki, yığıncaq ağsaqqalları hansısa ağsaqqalın bir neçə il xidmət etməsinə baxmayaraq, indi Müqəddəs Kitab tələblərinə uyğun olmadığını görürlər. Əvvəllər müəyyən məsləhətlər alsa da, qardaşın düzəlmədiyini görən rayon nəzarətçisi ağsaqqal məsuliyyətini onun üzərindən götürmək təklifi ilə razılaşır. Həmin ağsaqqal buna necə münasibət göstərməlidir? O, ağsaqqalların yekdil qərarını və Müqəddəs Kitab məsləhətini həlimlik və mülayimliklə qəbul edib, yenidən xidmət edə bilmək üçün Müqəddəs Kitab tələblərinə cavab verməyə qəti qərarlı olacaqmı? Yoxsa bir zamanlar malik olduğu məsuliyyətdən məhrum olduğu üçün inciklik və paxıllığın ürəyində yuva qurmasına yol verəcək? Başqa ağsaqqalların bu qardaşın tələblərə cavab vermədiyini düşündüyü halda, nəyə görə o özünün bu tələblərə cavab verdiyini israr etməlidir? Həlimlik göstərib, çıxarılan qərarı qəbul etmək necə də müdriklik olardı!

15. Sizin fikrinizcə, Yaqub 3:15, 16 ayələrindəki ilhamlanmış məsləhət nəyə görə bu qədər vacibdir?

15 Düzdür, bu cür əhval-ruhiyyə özünü başqa hallarda da büruzə verə bilər. Ancaq necə vəziyyət yaranırsa-yaransın, çalışmalıyıq ki, belə xüsusiyyətlərdən qaçaq. (Yaqub 3:15, 16 ayələrini oxu.) Bu cür əhval-ruhiyyə ruhanilikdən məhrum və cismani olduğu üçün şagird Yaqub onu «dünyəvi» adlandırır. Bu o mənada ‘nəfsanidir’ ki, şüursuz varlıqların xüsusiyyətlərinə bənzəyən cismani meyllərin məhsuludur. Belə əhval-ruhiyyə şeytanidir, çünki Allahın ruhani düşmənlərinin xüsusiyyətlərini əks etdirir. Məsihçilərə bu cür xüsusiyyətləri əks etdirmək heç yaraşmaz!

16. Hansı dəyişiklikləri etməyə ehtiyacımız ola bilər və buna necə nail ola bilərik?

16 Yığıncağın hər bir üzvü özünü yoxlamalı və bu cür xüsusiyyətləri aradan qaldırmağa çalışmalıdır. Yığıncağın müəllimləri olan ağsaqqallar mənfi əhval-ruhiyyədən azad olmağa səy göstərməlidirlər. Qeyri-kamilliyimiz və dünyanın təsiri ucbatından buna nail olmaq asan deyil. Bu, palçıqlı, sürüşkən təpəyə çıxmağa bənzəyir. Heç nədən yapışmasaq, geriyə sürüşərik. Ancaq Müqəddəs Kitabdakı məsləhətdən, eləcə də Allahın yerdəki yığıncağının köməyindən möhkəm yapışsaq, irəliləyə biləcəyik (Məz. 73:23, 24).

Hikmətli insanın təzahür etdirdiyi keyfiyyətlər

17. Hikmətli adam adətən pis işlərə sövq edən vəziyyət yarananda necə hərəkət edir?

17 Yaqub 3:17 ayəsini oxu. ‘Yuxarıdan nazil olan hikməti’ təzahür etdirərkən özünü büruzə verən keyfiyyətlərin bəzilərini nəzərdən keçirmək bizim üçün faydalı ola bilər. Saflıq — təmiz olmaq, hərəkət və niyyətlərin ləkəsiz olması deməkdir. Biz pis şeyləri dərhal rədd etməli, buna qeyri-ixtiyari reaksiya verməliyik. Yəqin elə olub ki, kiminsə barmağı az qalıb gözünüzə girsin. Siz dərhal başınızı geri çəkmiş, ya da onun əlini tutmusunuz. Bu qeyri-ixtiyari reaksiyadır, bunu etmək üçün düşünmək lazım gəlmir. Eynilə, pis iş görməyə sövq edən vəziyyət yarananda da belə etmək lazımdır. Saf olmağımız və Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanımız pis şeyləri rədd etməyə bizi qeyri-ixtiyari sövq etməlidir (Rom. 12:9). Müqəddəs Kitabda bu cür hərəkət edən adamların, məsələn, Yusifin və İsanın nümunələri var (Yar. 39:7-9; Mat. 4:8-10).

18. a) Sülhpərvər olmaq, b) sülh yaradan olmaq nə deməkdir?

18 Yuxarıdan nazil olan müdriklik həm də sülhpərvər olmağı tələb edir. Bu, aqressivlikdən, davakarlıqdan və ya sülhü poza biləcək hərəkətlərdən uzaq olmaq deməkdir. Yaqub bu məqamı daha geniş açıqlayır: «Salehliyin bəhrəsi də sülh yaradanlar üçün sülh içində əkilir» (Yaq. 3:18). «Sülh yaradanlar» ifadəsinə fikir verin. Yığıncaqda biz necə tanınırıq, sülh yaradanlar kimi, yoxsa sülhü pozanlar kimi? Asanlıqla inciyərək, ya da başqalarını incidərək, onlarla tez-tez narazılığımız yaranırmı? Hamının bizi olduğumuz kimi qəbul etməsini tələb edirik, yoxsa başqalarına xoş gəlməyən xüsisiyyətlərimizi təvazökarlıqla düzəltməyə çalışırıq? Biz bağışlamağa və səhvləri yaddan çıxarmağa hazır olaraq, sülhü qorumağa çalışan adam kimi tanınırıqmı? Vicdanla özümüzü yoxlamaq bizə bu sahədə yuxarıdan nazil olan müdrikliyi daha yaxşı təzahür etdirməyə ehtiyacımızın olub-olmadığını görməyə kömək edəcək.

19. İnsan nəyin sayəsində mülayim adam kimi tanına bilər?

19 Yaqub yuxarıdan nazil olan müdrikliyi əks etdirən xüsusiyyətləri sadalayarkən mülayimliyi də daxil etmişdi. Heç bir Müqəddəs Kitab prinsipi pozulmursa, şəxsi qayda-qanunlarımızı təyin etməyərək başqalarına güzəştə gedən, yumşaq adam kimi tanınırıqmı? Bizimlə asanlıqla dil tapmaq olurmu? Belə şeylər mülayimliyi öyrəndiyimizi göstərir.

20. Araşdırdığımız Allaha məqbul keyfiyyətləri təzahür etdirmək hansı nəticələri gətirəcək?

20 Bacı-qardaşlar Yaqubun haqqında yazdığı Allaha məqbul keyfiyyətləri göstərməyə çalışsalar, yığıncaqda necə də gözəl ab-hava olar! (Məz. 133:1-3). Bir-birimizlə həlim, sülhpərvər və mülayim rəftar etməyimiz münasibətləri yaxşılaşdıracaq və bizim ‘yuxarıdan nazil olan hikmətə’ sahib olduğumuzu göstərəcək. Gələn məqalədə başqalarına Yehovanın gözü ilə baxmağı öyrənməyin bu baxımdan bizə necə kömək edə biləcəyini araşdıracağıq.

[Haşiyə]

a Kontekstdən görünür ki, Yaqub ilk növbədə ağsaqqalları və ya yığıncağın ‘müəllimlərini’ nəzərdə tuturdu (Yaq. 3:1). Bu adamlar həqiqi müdrikliyi təzahür etdirməkdə nümunəvi olmalıdırlar, bununla belə hər birimiz onun məsləhətindən özümüzə dərs götürə bilərik.

İzah edə bilərsinizmi?

• Məsihçini həqiqətən hikmətli edən nədir?

• Həqiqi müdrikliyi daha yaxşı necə təzahür etdirə bilərik?

• ‘Yuxarıdan nazil olan hikməti’ təzahür etdirməyənlər hansı xüsusiyyətləri göstərirlər?

• Hansı keyfiyyətləri daha çox inkişaf etdirməyə qərarlısınız?

[23-cü səhifədəki şəkil]

Bu gün mübahisələr nəyin üstündə düşə bilər?

[24-cü səhifədəki şəkil]

Pis işləri qeyri-ixtiyari olaraq rədd edirsinizmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş