Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 oktyabr s. 4—6
  • Əsil uğura aparan yol

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əsil uğura aparan yol
  • Oyanın! 2014
  • Oxşar material
  • Həyatda əsil müvəffəqiyyətə nail ol
    Gözətçi qülləsi 2012
  • Əsil uğur nədir?
    Oyanın! 2014
  • Müvəffəqiyyəti necə qazana bilərsiniz?
    Gözətçi qülləsi 2007
  • Sən yolunu uğurlu edə bilərsən. Necə?
    Gözətçi qülləsi 2011
Əlavə
Oyanın! 2014
g14 oktyabr s. 4—6
Şarlot və Timoti

ÜZ QABIĞINDA | ƏSİL UĞUR NƏDİR?

Əsil Uğura Aparan Yol

Əsil uğurun nə olduğunu bizə Müqəddəs Kitab göstərir. Ancaq Müqəddəs Kitab sehrli nağılların aşıladığı «xəyalların bir göz qırpımında gerçəkləşər, təki sən istə» fikrini dəstəkləmir. İnsanlar böyüdükcə başa düşürlər ki, həyat nağıllardakı kimi deyil və çox vaxt məyus olurlar. Digər tərəfdən, biz düşünə bilərik ki, uğur təkcə barmaqla saya biləcəyimiz bəxtəvərlərə nəsib olur.

Əslində isə hər kəs əsil uğura nail ola bilər. Amma bunun üçün zəhmət çəkmək lazımdır. Gəlin Allahın Kəlamında yazılan nəsihətlərə nəzər salaq.

  • Qəpiklər

    MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan» (Vaiz 5:10).

    BU, NƏ DEMƏKDİR? Var-dövlətə köklənmiş həyat tərzi insana məmnunluq gətirmir. Əslində, bu, əks nəticə verir. Doktor Cin Tvenqi «“Mən” nəsli» kitabında yazır: «Gözəl insani münasibətlərə dəyər verənlərlə müqayisədə, aldıqları nəfəsi də var-dövlət üçün alan insanlar daha çox narahatçılıq keçirir və depressiyaya daha çox meyilli olurlar. Araşdırmalar hər dəfə sübut edir ki, xoşbəxtliyi pulla almaq olmur, çünki insan özünü təmin edəcək qədər pul qazanandan sonra qazandığı artıq pul xoşbəxtliyini elə də artırmır» («Generation Me»).

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Puldan və mal-mülkdən daha dəyərli olan məqsədlərə can atın. Allahın Kəlamında deyilir: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15).

  • Qürurlu insan

    MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr» (Süleymanın məsəlləri 16:18).

    BU, NƏ DEMƏKDİR? Xudbin məqsədlərə can atmaqla və lovğalanmaqla əsil uğura nail olmaq mümkün deyil. Bir kitabda deyilir ki, uğurlu şirkət başçıları «təvazökar, adi insanlardan seçilməyən, özlərini başqalarından yuxarı tutmayan insanlardır. Analoji şirkətlərin üçdə ikisi başçılarının çox xudbin olması ucbatından iflasa uğramış və ya ortabab şirkətlər sırasına düşmüşlər» («Good to Great»). Hansı qənaətə gəlmək olar? İnsanın özü haqda həddindən çox düşünməsi uğura yox, uğursuzluğa aparır.

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Öz nüfuzunuzu yüksəltməkdənsə, təvazökar olmağı öyrənin. Allahın Kəlamında deyilir: «Özü bir şey olmaya-olmaya, özü haqqında yüksək fikirdə olan insan özünü aldadır». Heç belə insana uğurlu demək olar?! (Qalatiyalılara 6:3).

  • Çəkic tutan əl

    MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «İnsan üçün... gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24).

    BU, NƏ DEMƏKDİR? İşinə düzgün yanaşan insan ondan daha çox sevinc duyur. Doktor Madlen Levayn kitablarının birində yazıb: «Uğur qismən hansısa işin ustası olmaqdan asılıdır, hansısa işin ustası olmaq üçün isə, adətən, səy və əzmkarlıq tələb olunur» («Teach Your ChildrenWell»). Bunun üçün də gərək insan vaxtaşırı baş verən uğursuzluqların qarşısında diz çökməsin.

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Mütəxəssis səviyyəsinə gəlib çatmaq üçün səylə çalışın və qarşınıza əngəl çıxanda geri çəkilməyin. Uşaqlarınız varsa, onlara problemlərinin öhdəsindən özlərinin gəlməsinə imkan verin, ancaq yaş və qabiliyyətlərini də nəzərə alın. Dərhal müdaxilə edib hər şeyi yoluna qoymağa çalışmayın. Gənclər həyatın çətinlikləri qarşısında sınmamağı öyrənəndə məmnunluq duyurlar və gələcəkləri üçün təcrübə yığırlar.

  • İt

    MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Diri it ölü şirdən yaxşıdır» (Vaiz 9:4).

    BU, NƏ DEMƏKDİR? İnsan yaşamaq üçün işləməlidir, işləmək üçün yaşamamalıdır. Həqiqətən də, əgər siz işinizdə zirvələri fəth edib, amma sağlamlığınızı və ailənizin hörmətini itirmisinizsə, heç buna uğur demək olar? Əsil uğura nail olmuş insanlar işin və ailənin yerini bilən, sağlamlıqlarının qeydinə qalan insanlardır.

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Canınızın qədrini bilin. Doyunca istirahət edin. Sağlamlığı, ailəni, dostları unudub saxta uğur üçün gecə-gündüz tər töküb işləmək mənasızdır.

  • Açıq Müqəddəs Kitab

    MÜQƏDDƏS KİTABDA DEYİLİR:

    «Ruhani ehtiyaclarını dərk edənlər nə xoşbəxtdirlər» (Matta 5:3, haşiyə).

    BU, NƏ DEMƏKDİR? Əsil uğura aparan yol Müqəddəs Kitabı araşdırıb oradakı məsləhətlərə əməl etməkdən keçir. Milyonlarla Yehovanın Şahidləri öz təcrübələrindən bilirlər ki, Allaha ibadəti hər şeydən üstün tutanda əvvəlki kimi pul dərdi çəkmirsən (Matta 6:31—33).

    SİZ NƏ EDƏ BİLƏRSİNİZ? Müqəddəs Kitabı oxuyub öyrənsəniz, əsil uğura gedən yolu tapacaqsınız. Əlavə məlumat üçün yerli Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya rəsmi www.jw.org/az-latn saytımıza daxil olun.

«Mən yalnız üzdən uğurlu görünürdüm»

Şarlot və Timoti

Timoti ilə Şarlotun çoxotaqlı böyük evi və bir neçə lüks maşını var idi. Ər-arvad ildə bir neçə dəfə bahalı səyahətlərə çıxardı. Var-dövlət baxımından uğurun zirvəsində olsalar da, hər şeydən imtina etdilər. «Oyanın!» jurnalının müxbiri Timotidən düşüncə tərzlərinin dəyişməsinə nəyin səbəb olduğunu soruşdu.

Nə işlə məşğul olurdunuz?

Mən musiqi sənayesində və maliyyə sahəsində çalışırdım, yoldaşım Şarlot isə xiropraktik assistenti idi, həmçinin bank işi ilə məşğul olurdu. Bir müddətdən sonra dörd bərbərxana açdıq. Məni bu sahələrin hər birində uğur qazanmış insan hesab edirdilər. Əlimin altında işçilərim olduğundan o qədər də çox işləməli olmurdum. Amma Şarlotla bir yerdə qərar verdik ki, işimizi azaldaq. Buna görə çox şeyimizi satdıq.

Niyə bu qərara gəldiniz?

Hiss edirdik ki, əldə etdiyimiz uğur, əslində, uğur deyil. Hər iş əvvəl-əvvəl sevinc versə də, bu, ötəri idi, geriyə yalnız boşluq və məyusluq hissi qalırdı.

Əsil uğura necə nail oldunuz?

Bir Yehovanın Şahidi kimi, Allaha ibadətdə həmişə fəal olmuşam. Hətta bir müddət biz insanlara Allahın Kəlamını öyrənməyə kömək etmək üçün hər ay 70 saat sərf edirdik, bununla belə, Allaha ibadət həyatımızda əsas yeri tutmurdu. Ona görə də çox şeyimizi satdıq və Allahın Kəlamını öyrədən insanlara tələbat olan yerlərdə xidmət etmək qərarına gəldik. Hal-hazırda biz Yehovanın Şahidlərinin ABŞ-dakı filialında xidmət edirik. Bu, ibadətimizin bir hissəsi olduğundan məvacib almırıq və bizə başqalarından fərqli münasibət göstərilmir. Yaşamaq üçün nə lazımdırsa, varımızdır və biz həyatımızı dünya malı üzərində qurmuruq.

Bəs indi əsil uğuru əldə etdiyinizi düşünürsünüz?

Yüz faiz. Əvvəllər mən yalnız üzdən uğurlu görünürdüm. Lakin indi malik olduğum şeylərin mənə verdiyi məmnunluq ötəri deyil. Çünki mən bilirəm ki, gördüyüm iş sayəsində bütün dünyada insanlar Müqəddəs Kitabdakı xoş xəbəri öyrənirlər və bu, onlara həyatlarını yaxşılaşdırmağa kömək edira.

a Yehovanın Şahidləri Müqəddəs Kitab üzrə maarifləndirmə fəaliyyətlərinə görə məvacib almırlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş