Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/1 s. 17—29
  • «Bu torpağı» dolaş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Bu torpağı» dolaş
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Məsafənin əhəmiyyəti
  • İnsanların niyyətlərini və hərəkətlərini başa düşməyin açarı
  • Fədakarlıq
  • «Bu torpaq» və gələcəkdə baş verəcək şeylər haqda öyrən
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • Cədun mədyəniləri məğlub edir
    Müqəddəs Kitab dünyasına səyahət
Gözətçi qülləsi 2005
w05 1/1 s. 17—29

«Bu torpağı» dolaş

«Bu torpağı uzununa və eninə dolaş» (YARADILIŞ 13:17).

1. Allah İbrahimə hansı qeyri-adi tapşırığı vermişdi?

SƏN təbiətin qoynuna səyahət etməyi xoşlayırsanmı? Bə’ziləri istirahət günləri avtomobillə şəhər kənarına gedirlər. Başqaları velosipedlə getməyi daha çox xoşlayırlar, çünki bu sağlamlıq üçün faydalıdır, həmçinin təbiəti seyr etməyə gözəl imkanlar yaradır. Kimlər isə həmin ərazi ilə daha yaxından tanış olmaq və onun bütün gözəlliklərindən həzz almaq üçün yolu piyada gedirlər. Bu cür səyahətlər adətən bir o qədər də uzun sürmür. Lakin Allah İbrahimə: «Qalx, bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm» dediyi zaman onun keçirdiyi hissləri təsəvvür et! (Yaradılış 13:17).

2. İbrahim Misiri tərk edib, hara getdi?

2 Bu sözlərin kontekstini nəzərdən keçirək. İbrahim arvadı və ailə üzvləri ilə birlikdə bir müddət Misirdə yaşadı. «Yaradılış» kitabının 13-cü fəslində xəbər verilir ki, onlar Misirdən çıxıb, öz sürüləri ilə «Negev torpağına» yola düşdülər. Sonra isə İbrahim «Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Beyt-Elə qədər» getdi. İbrahimin çobanları ilə qardaşı oğlu Lutun çobanları arasında mübahisə yarananda və mə’lum olanda ki, ayrı-ayrı otlaqlar axtarmaq lazımdır, İbrahim alicənablıqla Luta birinci seçməyə imkan verdi. Lut «İordan çayının kənarındakı» «Rəbbin bağı kimi» çiçəklənən düzənliyə üstünlük verdi və Sodomda məskunlaşdı. İbrahimə isə Allah dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax». Yəqin ki, Beyt-El yaxınlığındakı yüksəklikdə dayanaraq, İbrahim çox şeyi görə bilirdi. Lakin onu daha çox şeylər gözləyirdi. Allah ona ‘bu torpağı dolaşmağı’, təbiətinin xüsusiyyətləri ilə yaxından tanış olmağı təklif etdi.

3. Nəyə görə bir çoxlarına İbrahimin səyahətini təsəvvür etmək çətindir?

3 Biz İbrahimin Xevrona gəlməzdən əvvəl həmin ərazidə nə qədər dolaşdığını bilmirik, lakin o, sözsüz ki, Və’d edilmiş diyarla bizim əksəriyyətimizdən daha yaxşı tanış idi. Bu epizodda xatırlanan yerlər haqda düşünək: Negev, Beyt-El, İordan civarı, Sodom və Xevron. Onların harada yerləşdiyini təsəvvür etmək sənə asandırmı? Yəqin ki, çətindir, çünki Yehovanın xidmətçilərinin çox az qismi Müqəddəs Kitabda oxuduqları yerləri ziyarət etmiş və həmin torpaqları «uzununa və eninə» gəzmişlər. Bununla belə Müqəddəs Kitabda təsvir olunan yerlərə canlı maraq göstərməyimizə dəyər. Nəyə görə?

4, 5. a) Müqəddəs Kitabda təsvir olunan torpaqlar haqqında bilik əldə etmək üçün dərrakənin tələb olunduğu Süleymanın məsəlləri 18:15 ayəsində necə göstərilir? b) «Sefanya» kitabının 2-ci fəsli hansı fikrə aydınlıq gətirir?

4 Allahın Kəlamında deyilir: «Dərrakəli ürək bilik qazanar, hikmətlinin qulağı bilik axtarar» (Süleymanın məsəlləri 18:15). Dünyada maraqlı şeylər çoxdur, lakin ən vacibi — Yehova Allah və Onun işləri haqqında dəqiq bilik əldə etməkdir. Bunun üçün, ilk növbədə Müqəddəs Kitabı oxumaq lazımdır (2 Timoteyə 3:16). Diqqət yetirək ki, eyni zamanda «dərrakəli» olmaq da gərəkdir. Dərrakə — nəyin isə mə’nasına varmaq, hissəciklərlə bütöv şeylər arasında əlaqə yaradaraq, götür-qoy etmək qabiliyyətidir. Bu, həmçinin Müqəddəs Kitabda xatırlanan yerlər haqqındakı mə’lumata da aiddir. Məsələn, Misirin harada yerləşdiyi çoxlarımıza mə’lumdur, bəs İbrahim üçün «Negevə», oradan Beyt-Elə, daha sonra isə Xevrona getməyin nə demək olduğunu həqiqətən də başa düşürükmü? Həmin yerlərin bir-birindən nə qədər uzaq olduğunu bilirikmi?

5 Müqəddəs Kitabın oxunması qrafikinə riayət edərkən, ehtimal ki, biz «Sefanya» kitabının 2-ci fəslini nəzərdən keçirmişik. Orada müxtəlif şəhər, xalq və ölkə adlarına rast gəlinir. Qəzzə, Aşqelon, Aşdod, Eqron, Sodom və Nineva, həmçinin Kən’an, Moav, Ammon, Aşşur — bunların hamısı bir fəsildə sadalanır. Bir zamanlar real insanlar yaşamış və üzərlərində Allahın peyğəmbərliyi yerinə yetmiş bu yerləri nə dərəcədə yaxşı təsəvvür edirik?

6. Nəyə görə bə’zi məsihçilər coğrafi xəritələri qiymətləndirməyə başlamışlar? (Çərçivəyə baxın.)

6 Allahın Kəlamını tədqiq edən bir çox insanlar çox vaxt Müqəddəs Kitabda təsvir olunan ərazilərin xəritəsindən istifadə edirlər. Onlar bunu, coğrafiyanı çox sevdikləri üçün deyil, Allahın Kəlamını daha yaxşı başa düşmək üçün edirlər. Coğrafi xəritələr onlara öyrənməyə dərrakəli surətdə yanaşmağa və artıq mə’lum olan faktların indicə öyrəndikləri ilə necə əlaqədar olduğunu görməyə kömək edir. Bir neçə nümunəni nəzərdən keçirdikdən sonra, ehtimal ki, sən də Yehovanı daha çox sevəcək və Onun Kəlamında deyilənləri anlayacaqsan. (26-cı səhifədəki çərçivəyə bax.)

Məsafənin əhəmiyyəti

7, 8. a) Şimşon Qəzzədə hansı qeyri-adi işi gördü? b) Hansı mə’lumat Şimşonun göstərdiyi hünərə başqa cür baxmağa yol verir? c) Şimşonla baş verən hadisə bizə hansı əminliyi verir?

7 Hakimlər 16:2 ayəsində hakim Şimşonun Qəzzəyə gəldiyi barədə oxuyuruq. Bu gün Qəzzənin adı xəbərlərdə çəkilir, buna görə də biz Şimşonun təxminən hara gəldiyini təsəvvür edə bilərik. O, Aralıq dənizi sahilindəki Filişt diyarına gəlmişdi [11]. İndi Hakimlər 16:3 ayəsini oxuyaq: «Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı».

8 Şübhəsiz, Qəzzə kimi istehkamlı bir şəhərin darvazası və dirəkləri böyük və ağır idi. Onları daşımağın necə ağır olduğunu təsəvvür et! Bununla belə Şimşon bunu etdi, bəs o, onları hara apardı və hansı yolla getməli oldu? Qəzzə sahildə, təxminən dəniz səviyyəsindədir [15]. Xevron isə Qəzzədən şərqdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir — bəli, bu cür dağa qalxmaq heç də asan deyildi! Biz ‘Xevronun qarşısındakı dağın təpəsinin’ harada yerləşdiyini dəqiq bilmirik, lakin şəhərin özü Qəzzədən təxminən 60 kilometr aralıdır, həmçinin ora getmək üçün dağa qalxmaq lazımdır! Bu məsafələri təsəvvür edərək, biz Şimşonun bu hünərinə tamamilə başqa cür baxmağa başlamırıqmı? Həmçinin Şimşonun bu kimi işləri nəyin sayəsində edə bildiyini xatırlayaq: «Rəbbin Ruhu qüvvəsi ilə onun üstünə» enirdi (Hakimlər 14:6, 19; 15:14). Bu gün biz Allahın ruhunun bizə qeyri-adi fiziki qüvvə verəcəyini gözləmirik. Bununla belə, məhz həmin qüdrətli ruh bizə dərin ruhani məsələləri başa düşməyə kömək edir və daxili varlığımızı möhkəmləndirir (1 Korinflilərə 2:10-16; 13:8; Efeslilərə 3:16; Koloslulara 1:9, 10). Şimşonun hadisəsi bizə əminlik verir ki, Allahın ruhu bizə də kömək edəcək.

9, 10. a) Gideonun Midyanlılar üzərindəki qələbəsi özünə nəyi daxil edirdi? b) Coğrafi xüsusiyyətləri bilmək bizə həmin epizodu daha yaxşı başa düşməkdə necə kömək edir?

9 Məsafələri təsəvvür etməyin nə qədər vacib olduğunu görməyə kömək edən daha bir hadisə — Gideonun midyanlılar üzərində çaldığı qələbədir. Müqəddəs Kitab oxucularının çoxu bilir ki, hakim Gideon başda olmaqla 300 nəfər israilli əsgər midyanlıların, amaleqlilərin və More təpəsi yaxınlığındakı İzreel vadisində ordugah qurmuş digər xalqların birləşmiş 135 minlik qoşununu darmadağın etmişdir [18]. Gideonun adamları boru çalıb, əllərindəki məş’əllərin üstündəki bardaqları sındırdılar və qışqırdılar: «Rəbbin və Gideonun qılıncı!» Düşmənlər çaxnaşmaya düşüb bir-birlərini öldürməyə başladılar (Hakimlər 6:33; 7:1-22). Hər şey tez və asanmı baş verdi? «Hakimlər» kitabının 7-ci və 8-ci fəsillərini oxuduqda görəcəyik ki, Gideon hücuma keçmişdir. Bu parçada bir çox ərazi adları xatırlanır. Onlardan bə’zilərinin yerini müəyyən etmək çətindir, buna görə də Müqəddəs Kitab xəritəsində göstərilməyib. Bununla belə, Gideonun yolunu izləmək üçün bizim kifayət qədər mə’lumatımız var.

10 Gideon düşmən qoşunun qalığını Bet-Şittaya qədər, sonra isə cənub istiqamətində İordan yaxınlığındakı Avel-Mexola qədər tə’qib etdi (Hakimlər 7:22-25). Müqəddəs Kitab şahidlik edir: «Gideon İordan çayına çatdı, özü və yanındakı üç yüz nəfərlə bərabər çayı keçdilər. Onlar yorulmaqlarına baxmayaraq düşmənləri tə’qib etməkdə davam edirdilər». İsraillilər İordan çayını keçərək, düşməni cənuba, Yabboq yaxınlığında yerləşən Sukkota və Penuelə, daha sonra isə Yoqboha (müasir Amman, İordaniya yaxınlığında) dağına qədər qovdular. Hücuma keçərək, israillilər 80 kilometrə yaxın qət etdilər. Gideon iki Midyan padşahını tutub öldürdü, sonra isə öz şəhərinə, Ofraya, təxminən döyüşün başlandığı yerə qayıtdı (Hakimlər 8:4-12, 21-27). Görürük ki, Gideonun nümayiş etdirdiyi şücaətə sadəcə bir neçə dəqiqə boru çalmaq, məş’əl yelləmək və qışqırmaq daxil deyildi. Bunun üzərində düşünməklə, biz iman ərləri haqda deyilmiş növbəti sözləri daha yaxşı anlayacağıq: «Gidon [Gideon]... və başqa[ları] haqqında nəql etmək üçün vaxtım çatmaz. Onlar... zəifliyə rəğmən qüvvətləndilər, döyüşdə möhkəm oldular» (İbranilərə 11:32-34). Hərdən məsihçilər də yorulurlar, lakin ən vacibi — Allahın iradəsini yerinə yetirərkən təslim olmamaqdır, elə deyilmi? (2 Korinflilərə 4:1, 16; Qalatiyalılara 6:9).

İnsanların niyyətlərini və hərəkətlərini başa düşməyin açarı

11. İsraillilər Qadeşə qədər və Qadeşdən sonra nə qədər yol qət etdilər?

11 Bə’ziləri müəyyən şəhərlərin və ərazilərin harada yerləşdiyini öyrənmək üçün Müqəddəs Kitab xəritələrinə müraciət edirlər, bəs xəritələr insanların niyyətlərini başa düşməyə kömək edə bilərmi? Misal üçün, israillilərin Sina dağından Və’d edilmiş diyara yola düşdüklərini nəzərdən keçirək. Yolda bir neçə dəfə dayandıqdan sonra, onlar nəhayət Qadeşə (və ya Qadeş-Barneaya) çatdılar [9]. Qanunun təkrarı 1:2 ayəsi bunu 11 günlük səyahət kimi təsvir edir. Başqa sözlərlə, onlar 270 kilometrə yaxın yol qət etmişdilər. Musa oradan 12 adam göndərdi ki, Və’d edilmiş diyarı araşdırsınlar (Saylar 10:12, 33; 11:34, 35; 12:16; 13:1-3, 25, 26). Onlar Negevi keçib şimala doğru yola düşdülər, ehtimal ki, Beer-Şevadan keçib, sonra isə Xevrona və nəhayət Və’d edilmiş diyarın şimal sərhədlərinə gəlib çatırlar (Saylar 13:21-24). İsraillilər 10 kəşfiyyatçının yaydığı pis şayiəyə qulaq asdılar və 40 il ərzində səhrada dolaşmaq məcburiyyətində qaldılar (Saylar 14:1-34). Bu, onların imanı və Yehovaya güvənməyə hazır olub-olmadıqları haqda nə deyir? (Qnunun təkrarı 1:19-33; Məzmur 78:22, 32-43; Yəhuda 5).

12. Biz israillilərin imanı barədə hansı nəticəyə gələ bilərik və bu bizi nə haqda düşünməyə vadar edir?

12 Bu haqda coğrafi nöqteyi-nəzərdən düşünək. Əgər israillilər iman edib, Yeşuanın və Kalevin məsləhətinə əməl etsəydilər, onlar Və’d edilmiş diyara bu qədər çox yol getməli olardılarmı? Qadeş İshaq və Rivqanın yaşadıqları Beer-Laxay-Roidən təxminən 16 kilometr aralıda yerləşirdi [7]. Və’d edilmiş diyarın şimal bölgəsi sayılan Beer-Şevaya qədər 95 kilometrdən az məsafə var idi (Yaradılış 24:62; 25:11; 2 Şamuel 3:10). Misirdən Sina dağına qədər olan yolu qət edib, Qadeşə qədər daha 270 kilometr yol getdikdən sonra, demək olar ki, Və’d edilmiş diyarın astanasında dayanmışdılar. Biz isə, Allahın və’d etdiyi yer üzündə olacaq Cənnətin astanasında durmuşuq. Biz buradan hansı ibrət dərsini götürə bilərik? Həvari Pavel bu hadisəni xatırladaraq, nəsihət verir: «Beləliklə, o istirahətə nail olmağa çalışaq ki, kimsə eyni itaətsizlik nümunəsinə uyub yıxılmasın» (İbranilərə 3:16–4:11).

13, 14. a) Giveonluları qətiyyətli addımlar atmağa nə təşviq etdi? b) Giveonluların əhval-ruhiyyəsi nəyi göstərir və biz onlardan nə öyrənə bilərik?

13 Giveonluların hadisəsində isə, tamamilə başqa əhval-ruhiyyə — Allaha e’timad və Onun iradəsini yerinə yetirməyə hazırlıq ruhu görürük. Yeşua israilliləri İordan çayından keçirdiyi və onların Allahın İbrahimin nəslinə və’d etdiyi torpağa qədəm qoyduqları zaman, artıq kə’nanlıları qovmaq vaxtı gəlib çatmışdı (Qanunun təkrarı 7:1-3). Bu, Giveonlulara da aid idi. İsraillilər Yerixo və Ay şəhərlərini məhv etmiş və indi Qilqal yaxınlığında ordugah qurmuşdular. Giveonlular digər kə’nanlılar kimi lə’nətə düçar olub, məhv olmaq istəmirdilər, buna görə də onlar öz elçilərini Qilqala Yeşuanın yanına göndərdilər. Onlar ibranilərlə sülh yaratmaq üçün özlərini elə göstərdilər ki, guya uzaqdan gəliblər.

14 Elçilər dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik» (Yeşua 9:3-9). Sanki paltarları və çörəkləri onların sözlərini təsdiq edirdi, əslində isə onların doğma şəhərləri olan Giveon Qilqaldan təxminən 30 kilometr aralıda yerləşirdi [19]. Onlara inanaraq, Yeşua və cəmiyyətin rəisləri Giveonla və ona bitişik olan şəhərlərlə əhd kəsdilər. Giveonlular nə üçün hiyləyə əl atdılar? Onlar bunu sadəcə məhvdən yaxa qurtarmaq üçünmü etdilər? Xeyr, onlar israillilərin Allahının iltifatını qazanmaq istəyirdilər. Yehovanın razılığı il giveonlular «bütün icma üçün odun kəsən və su daşıyan» oldular (Yeşua 9:11-27). Giveonlular bundan sonra da Yehovaya xidmətdə hər bir işi təvazökarlıqla yerinə yetirməyə hazır idilər. Onlardan bə’ziləri, ola bilsin, Babildən qayıdıb, mə’bədi bərpa etməyə kömək edən netinimlərin sırasında idilər (Ezra 2:1, 2, 43-54; 8:20). Biz Allahla sülhü qoruyaraq və Ona xidmətdə hər bir işi hazırlıqla görərək, onlardan nümunə götürə bilərik.

Fədakarlıq

15. Yunanca Müqəddəs Yazıları oxuyarkən coğrafiyanı bilmək nəyə görə faydalıdır?

15 Yunanca Müqəddəs Yazılarda da, məsələn, İsa Məsihin və həvari Pavelin xidmətləri təsvir olunan hissələrdə də çoxlu coğrafi adlar var (Mark 1:38; 7:24, 31; 10:1; Luka 8:1; 13:22; 2 Korinflilərə 11:25, 26). Gəlin, aşağıda təsvir olunan səyahətlər barədə düşünərkən, onların marşrutunu təsəvvür etməyə çalışaq.

16. Veriyadakı məsihçilər Pavelin xidmətini qiymətləndirdiklərini necə göstərdilər?

16 İkinci missioner səyahəti zamanı (xəritədə bənövşəyi xətt) Pavel Filipiyə (bu gün Yunanıstanın ərazisi) gəldi [33]. O, orada şahidlik etmiş, zindana atılmış, sonra isə azadlığa buraxılmışdır. Oradan isə Salonik şəhərinə yola düşmüşdür (Həvarilərin işləri 16:6–17:1). Yəhudilərin ucbatından nizamsızlıq yarananda, Salonikdən olan qardaşlar Paveli öz şəhərlərindən təxminən 65 kilometr aralıda yerləşən Veriyaya yola saldılar. Pavelin Veriyadakı xidməti uğurlu keçirdi, lakin yəhudilər gəlib xalqı həvariyə qarşı qaldırdılar. «O zaman qardaşlar, Paveli dərhal yola saldılar ki, dənizə tərəf getsin... Paveli müşayiət edənlər onu Afinaya qədər gətirdilər» (Həvarilərin işləri 17:5-15). Görünür, məsihçiliyi təzə qəbul edənlərdən bə’ziləri Egey dənizinə qədər 40 kilometr piyada getməyə və baha başa gəlsə də, gəmi ilə 500 kilometr üzməyə hazır idilər. Belə səyahət təhlükəsiz deyildi, lakin qardaşlar Allahın bu səyyah xidmətçisi ilə daha çox ünsiyyətdə olmaq üçün onunla yol getməyə hazır idilər.

17. Miletlə Efes arasındakı məsafəni nəzərə alsaq, nəyi daha yaxşı anlaya bilərik?

17 Üçüncü səyahəti zamanı (xəritədə yaşıl xətt) Pavel liman şəhəri olan Miletə gəldi. Oradan təxminən 50 kilometr aralıda yerləşən Efes yığıncağındakı ağsaqqalların dalınca adam göndərdi. Ağsaqqallar bütün işlərini atıb Pavelin yanına gəlirlər. Yolda, ehtimal ki, onları gözləyən görüşü şövqlə müzakirə edirlər. Pavel ilə görüş qurtardıqdan və o, dua etdikdən sonra, ‘hamı çox ağladı və Pavelin boynuna sarılıb, onu öpdülər’. Bundan sonra «onu gəmiyə qədər yola saldılar» və həvari Yerusəlimə yola düşdü (Həvarilərin işləri 20:14-38). Geri Efesə qayıdarkən yolda onlar çox şey haqqında fikirləşə və səyahətləri haqda danışa bilərdilər. Onların ruhani şeylərə olan məhəbbətləri, onlara öyüd verən və onları ruhlandıra bilən səyyah xidmətçi ilə birlikdə olmaq üçün bu qədər yol qət etməyə hazır olmaları, məgər sənə təəssürat bağışlamırmı? Bu qardaşların nümunəsi bizə də nə isə öyrətmirmi?

«Bu torpaq» və gələcəkdə baş verəcək şeylər haqda öyrən

18. Biz Müqəddəs Kitab coğrafiyasına necə yanaşmalıyıq?

18 Bütün bu nümunələr, Allahın israillilərə verdiyi və bir çox Müqəddəs Kitab hadisələri ilə bağlı torpaq haqqında öyrənməyin nə qədər vacib olduğunu göstərir. (Biz Müqəddəs Kitabda xatırlanan ətraf torpaqlar haqqında da öyrənməklə öz dünyagörüşümüzü genişləndirə bilərik.) Gəlin, Və’d edilmiş diyar haqqında biliyimizi və anlayışımızı artırmaqla, israillilərin «süd və bal axan diyara» girmələri və orada yaşaya bilmələri üçün hansı şərtlərin tələb olunduğunu yadda saxlayaq. Onlar Yehovadan qorxmalı və Onun əmrlərinə riayət etməli idilər (Qanunun təkrarı 6:1, 2; 27:3).

19. Bizim nəzərimiz hansı iki növ cənnətə yönəlməlidir?

19 Bu gün bizdən də eyni şey tələb olunur: biz Yehovadan qorxmalı və Onun yolları ilə yeriməliyik. Bunun sayəsində ümumdünya məsihçi yığıncağımızda mövcud olan ruhani cənnətimiz daha da böyük və gözəl olacaqdır. Bizim ruhani cənnət haqqında və onunla bağlı xeyir-dualar haqqında anlayışımız daha da artacaq. Bilirik ki, bizi qarşıda daha artıq şeylər gözləyir. Yeşua israilliləri İordandan keçirib, gözəl bərəkətli diyara daxil etdi. Bizim isə yer üzündə olacaq Cənnəti — önümüzdə duran «gözəl torpağı» əminliklə gözləmək üçün tam əsasımız var.

Xatırlayırsınızmı?

• Nəyə görə bizdə Müqəddəs Kitab coğrafiyasını daha yaxşı bilmək və anlamaq arzusu olmalıdır?

• Bu məqalədə nəzərdən keçirilən hansı coğrafi xüsusiyyət sizə xüsusilə maraqlı idi?

• Bə’zi hadisələrə coğrafi nöqteyi-nəzərdən baxdıqdan sonra, siz özünüzə hansı dərsi götürdünüz?

[26-cı səhifədəki çərçivə/şəkil]

«“Gözəl torpağa” baxın»

2003-cü və 2004-cü illərdə keçən konqreslərdə Yehovanın Şahidləri «“Gözəl torpağa” baxın» broşürasını aldıqları üçün çox şad idilər. Təxminən 80 dildə çıxan bu yeni nəşrdə çoxlu rəngli xəritələr var. Bu xəritələrdə Müqəddəs Kitab torpaqları, xüsusilə də Və’d edilmiş diyar müxtəlif dövrlərdə təsvir olunur.

Öyrənmək üçün olan bu məqalədə bə’zi xəritələrə göstərişlər verilir: qalın şriftlə müvafiq səhifə göstərilir, məsələn [15]. Əgər bu yeni broşüra səndə varsa, vaxt ayır ki, onun Allahın Kəlamının məğzinə daha yaxşı varmağa kömək edən xüsusiyyətləri ilə tanış olasan.

1) Bir çox xəritələrdə şərti işarələr olan çərçivə vardır [18]. 2) Xəritələrin çoxunda miqyas mil və kilometrlərlə işarələnib, bunun da sayəsində ölçüləri və məsafələri təsəvvür etmək asan olacaqdır [26]. 3) Yerin səmtini müəyyən etməkdə şərqə işarə edən ox kömək edir [19]. 4) Adətən relyefi göstərmək üçün xəritələrdə müxtəlif rənglərdən istifadə olunur [12]. 5) Çox vaxt xəritələrin kənarlarında, şəhərləri və digər obyektləri tapmağa kömək edən xəyali şəbəkəni müəyyən edən hərflər və rəqəmlər verilir [23]. 6) Xəritələrə işarə edən ikisəhifəlik Göstəricidə [34, 35] səhifələrin nömrələri qalın şriftlə yazılır. Bu, çox vaxt şəbəkənin yerini, məsələn, C10 kimi müəyyənləşdirən indekslə birlikdə verilir. Bu xüsusiyyətlərdən bir neçə dəfə istifadə etdikdən sonra, onun Müqəddəs Kitab həqiqətləri haqda bilik və anlayışı artırmaqda necə kömək etdiyinə təəccüb edəcəksən.

[24 və 25-ci səhifələrdəki cədvəl/xəritə]

COĞRAFİ ZONALAR

(Xəritəyə nəşrin özündə baxın)

A. Böyük dənizin sahilboyu ərazisi

B. İordan çayının qərb sahilindəki düzənliklər

1. Aşer düzənliyi

2. Dorun sahil qurşağı (Nafot-Dor)

3. Şaron otlaqları

4. Filişt düzənliyi

5. Mərkəzi şərq-qərb vadisi

a. Megiddo düzənliyi

b. İzreel vadisi

C. İordan çayının qərb sahilindəki yüksəkliklər

1. Qalileya dağları

2. Karmel dağ silsiləsi

3. Samariya dağları

4. Şefela (təpələr)

5. Yəhuda yaylası

6. Yəhuda səhrası

7. Negev

8. Paran səhrası

Ç. Arava (Rift vadisi)

1. Hula gölü hövzəsi

2. Qalileya dənizi ərazisi

3. İordan vadisi

4. Duz dənizi (Ölü dəniz)

5. Arava (Duz dənizinin cənubunda)

D. Dağlar/İordandan şərqdə yerləşən yaylalar

1. Başan

2. Gilead

3. Ammon və Moav

4. Edomun dağlıq yaylası

E. Livan dağları

[Xəritə]

Xermon d.

More

Avel-Mexola

Sukkot

Yoqboha

Beyt-El

Qilqal

Giveon

Yerusəlim

Xevron

Qəzzə

Beer-Şeva

Sodom?

Qadeş

[27-ci səhifədəki xəritə/şəkil]

(Xəritəyə nəşrin özündə baxın)

KƏN’AN

Megiddo

GİLEAD

Dotan

Şekem

Beyt-El (Luz)

Ay

Yerusəlim (Salem)

Beyt-Lexem (Efrata)

Mamre

Xevron (Maxpela)

Gerar

Beer-Şeva

Sodom?

NEGEV

Rexovot (?)

[Mountains]

Moriya

[Bodies of water]

Duz dənizi

[Rivers]

İordan

[Şəkil]

İbrahim «bu torpağı» dolaşdı.

[28-ci səhifədəki xəritə]

(Xəritəyə nəşrin özündə baxın)

Troas

SAMOTRAKİYA

Neapolis

Filipi

Amfipolis

Salonik

Veriya

Afina

Korinf

Efes

Milet

RODOS

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş